Close Menu
    What's Hot

    “AzerGold” Kəlbəcərə həsr olunmuş qızıl və gümüş sikkələr təqdim edib

    01 Oktyabr 2026

    Brent neftinin qiyməti 97 dollara düşüb

    01 Oktyabr 2026

    Gümüşün qiyməti 61 dolları ötüb

    01 Oktyabr 2026
    Trending
    • “AzerGold” Kəlbəcərə həsr olunmuş qızıl və gümüş sikkələr təqdim edib
    • Brent neftinin qiyməti 97 dollara düşüb
    • Gümüşün qiyməti 61 dolları ötüb
    • PAŞA Bank “SIBOS 2026” Beynəlxalq Bankçılıq Konfransında iştirak edir
    • Sabahdan kredit qaydaları dəyişir: Vətəndaşlar öz adlarına onlayn kredit rəsmiləşdirilməsini bloklaya biləcək
    • ABŞ və Çin ümumilikdə 60 milyard dollar dəyərində mallara tətbiq olunan gömrük rüsumlarını azaldacaq
    • Dollar son 1,5 ilin maksimumunu yeniləyib-bazarda FED-in faiz artımı gözləntiləri güclənir
    • Avro dollar qarşısında son 3 ayın minimumuna düşüb
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      PAŞA Bank “SIBOS 2026” Beynəlxalq Bankçılıq Konfransında iştirak edir

      30 Sentyabr 2026
      Recent

      PAŞA Bank “SIBOS 2026” Beynəlxalq Bankçılıq Konfransında iştirak edir

      30 Sentyabr 2026

      Sabahdan kredit qaydaları dəyişir: Vətəndaşlar öz adlarına onlayn kredit rəsmiləşdirilməsini bloklaya biləcək

      30 Sentyabr 2026

      Avro dollar qarşısında son 3 ayın minimumuna düşüb

      29 Sentyabr 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      Ruslan Xəlilov: “Beynəlxalq brokerlər Bakı Fond Birjasına məsafədən üzv ola biləcəklər”

      25 Sentyabr 2026

      Nərmin Bayramlı:“Bakı Fond Birjasının tarif strukturundakı dəyişiklik repo bazarının müddət bölgüsünə təsir edib”

      22 Sentyabr 2026

      Azərbaycanda 5 ildən uzunmüddətli istiqrazların həcmi 5 milyard manata çatıb

      22 Sentyabr 2026

      Nərmin Bayramlı:”SOCAR istiqrazlarının bazardan çıxması korporativ qiymətli kağızlarla repo əməliyyatlarını azaldıb”

      22 Sentyabr 2026

      Brent neftinin qiyməti 97 dollara düşüb

      01 Oktyabr 2026

      Gümüşün qiyməti 61 dolları ötüb

      01 Oktyabr 2026

      Dollar son 1,5 ilin maksimumunu yeniləyib-bazarda FED-in faiz artımı gözləntiləri güclənir

      30 Sentyabr 2026

      Dollar möhkəmlənir, qızıl ucuzlaşır

      29 Sentyabr 2026

      Belarus ilk iki kriptobankı rəsmi qeydiyyata alıb

      28 Sentyabr 2026

      Citi yaponiyalı korporativ müştərilər üçün blokçeyn ödənişlərini işə salır

      09 Sentyabr 2026

      Tramp tərəfdarının bitkoin şirkətində böyük çöküş: səhmlər 99% ucuzlaşdı

      03 Sentyabr 2026

      Coinbase “Apple” və “NVIDIA” səhmlərini tokenləşdirdi

      25 Avqust 2026

      Brent neftinin qiyməti 97 dollara düşüb

      01 Oktyabr 2026

      Gümüşün qiyməti 61 dolları ötüb

      01 Oktyabr 2026

      Dollar son 1,5 ilin maksimumunu yeniləyib-bazarda FED-in faiz artımı gözləntiləri güclənir

      30 Sentyabr 2026

      Dollar möhkəmlənir, qızıl ucuzlaşır

      29 Sentyabr 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      “BakuBus” Qarabağ üçün Çin şirkətindən 19 ədəd yeni avtobus alır -3.4 milyon manatlıq müqavilə

      29 Sentyabr 2026
      Recent

      “BakuBus” Qarabağ üçün Çin şirkətindən 19 ədəd yeni avtobus alır -3.4 milyon manatlıq müqavilə

      29 Sentyabr 2026

      “Nar” ilin ən yüksək nəticə göstərən abituriyentlərini mükafatlandırdı

      29 Sentyabr 2026

      AZAL Naxçıvan reyslərini təxirə saldı

      28 Sentyabr 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Bank » Neftin qiyməti 18.5% endi, strateji valyuta ehtiyatları 19.9% artdı-Azərbaycanın Tədiyə Balansının əsas göstəriciləri necə dəyişib?
    Bank

    Neftin qiyməti 18.5% endi, strateji valyuta ehtiyatları 19.9% artdı-Azərbaycanın Tədiyə Balansının əsas göstəriciləri necə dəyişib?

    18 Mart 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2025-ci ilin yekun  tədiyə balansı göstəricilərində ötən ilin sonuna nisbətən xam neftin orta qiymətinin 84.0 dollardan 15.6 ABŞ dolları  yaxud 18.5% azlaraq 68.5 dollara enməsi  xarici sektor göstəricilərinə əsas təsir edən amil olmuşdur.

    Cari əməliyyatlar balansı 2024-cü ildə 4,671.1 milyon dollar profisit təşkil etdiyi halda, 2025-ci ildə 3,475.1 milyon dollara enmişdir. Beləliklə, 1,196.0 milyon dollar və ya 25.6% azalma qeydə alınmışdır. Bu geriləmənin əsas səbəbi xarici ticarət balansının zəifləməsidir. Belə ki, xarici ticarət balansının profisiti 8,824.9 milyon dollardan 6,378.5 milyon dollara düşərək 2,446.4 milyon dollar və ya 27.7% azalmışdır. Bu dinamika əsasən neft qiymətlərinin aşağı düşməsi ilə izah olunur.

    Bununla yanaşı, xidmətlər balansında müsbət dinamika müşahidə olunmuşdur. Xidmətlər balansının kəsiri 2,050.8 milyon dollardan 1,659.1 milyon dollara enərək 391.7 milyon dollar və ya 19.1% yaxşılaşmışdır. İlkin gəlirlər balansında da oxşar tendensiya qeydə alınmış, kəsir 2,734.7 milyon dollardan 1,986.4 milyon dollara düşərək 748.3 milyon dollar və ya 27.4% azalmışdır. Bu çərçivədə investisiya gəlirlərinin repatriasiyasının 679.3 milyon dollar (21.5%) azalması xüsusi rol oynamışdır.

    Təkrar gəlirlər balansı isə əksinə artım nümayiş etdirərək 631.7 milyon dollardan 742.1 milyon dollara yüksəlmiş, yəni 110.4 milyon dollar və ya 17.5% artmışdır.

    Maliyyə hesabı üzrə ümumi kəsir nisbətən sabit qalmışdır. 2024-cü ildə 5,001.1 milyon dollar olan kəsir 2025-ci ildə 4,963.8 milyon dollar təşkil etmişdir (37.3 milyon dollar və ya 0.7% azalma). Lakin əsas dəyişiklik maliyyə axınlarının strukturunda baş vermişdir.

    Belə ki, xalis xarici maliyyə aktivləri 2,707.6 milyon dollardan 5,362.7 milyon dollara yüksələrək 2,655.1 milyon dollar və ya 98.1% artmışdır. Bu artım bütün əsas komponentlər üzrə qeydə alınmışdır:

    • birbaşa investisiyalar 22.6%,

    • portfel investisiyaları 165.9%,

    • digər investisiyalar isə 104.8% artmışdır.

    Bu, ölkənin xaricdə aktiv yerləşdirmə imkanlarının genişləndiyini göstərir.Eyni zamanda, xalis maliyyə öhdəliklərində kəskin struktur dönüş baş vermişdir. 2024-cü ildə 2,293.5 milyon dollar mənfi saldo qeydə alındığı halda, 2025-ci ildə 398.9 milyon dollar müsbət saldo formalaşmışdır. Bu, 2,692.4 milyon dollarlıq yaxşılaşma deməkdir. Xüsusilə portfel və digər investisiyalar üzrə öhdəliklərin azalması bu dinamikanın əsas hərəkətverici qüvvəsi olmuşdur. Ehtiyat aktivləri üzrə isə əks tendensiya müşahidə olunur. 2024-cü ildə 438.1 milyon dollar azalma qeydə alındığı halda, 2025-ci ildə bu göstərici 1,444.1 milyon dollara çatmışdır. Yəni azalma 1,006.0 milyon dollar və ya 2.3 dəfə artmışdır. Bu, strateji valyuta ehtiyatlarından istifadənin intensivləşdiyini göstərir. Bununla belə, ümumi strateji valyuta aktivləri 2025-ci ilin sonuna 14.1 milyard dollar və ya 19.9% artaraq 85.1 milyard dollara çatmışdır. Bu isə ehtiyatlardan istifadə ilə yanaşı, daha iri həcmdə valyuta daxilolmalarının da formalaşdığını göstərir.

    Xalis səhvlər və buraxılışlar göstəricisinin 106.7 milyon dollar mənfi saldodan 52.5 milyon dollar müsbət saldoya keçməsi  yəni 159.2 milyon dollar artması statistik uçotun keyfiyyətində nisbi yaxşılaşmanı göstərə bilər.

    Ümumilikdə, 2024–2025-ci illərdə Azərbaycanın tədiyə balansında müşahidə olunan dəyişikliklər enerji qiymətlərinin azalması fonunda belə xarici sektorun dayanıqlılığının qorunduğunu göstərir. Cari əməliyyatlar balansında zəifləmə qeydə alınsa da, maliyyə hesabında aktivlərin əhəmiyyətli artımı və öhdəliklərin strukturunun yaxşılaşması ölkənin xarici maliyyə mövqeyini gücləndirmişdir.

    Xüsusilə, xalis xarici maliyyə aktivlərinin kəskin artımı və strateji valyuta ehtiyatlarının genişlənməsi Azərbaycanın makroiqtisadi sabitliyinin əsas dayaqlarının qorunduğunu və iqtisadiyyatın qlobal şoklara qarşı yüksək adaptasiya qabiliyyətinə malik olduğunu təsdiqləyir.

    Müəllif: Aynur Qəniyeva

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    PAŞA Bank “SIBOS 2026” Beynəlxalq Bankçılıq Konfransında iştirak edir

    30 Sentyabr 2026

    Sabahdan kredit qaydaları dəyişir: Vətəndaşlar öz adlarına onlayn kredit rəsmiləşdirilməsini bloklaya biləcək

    30 Sentyabr 2026

    Avro dollar qarşısında son 3 ayın minimumuna düşüb

    29 Sentyabr 2026

    Abbas İbrahimov: ABB-nin strateji qərarlarında müstəqil baxış önəmli olacaq

    29 Sentyabr 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.