Close Menu
    What's Hot

    Azərbaycan iqtisadiyyatı fevral ayında 0.3% ARTIB

    12 Mart 2026

    Tramp administrasiyası neft ehtiyatlarından rekord həcmdə atılmanı dəstəkləyib – KİV

    12 Mart 2026

    Citibank, Standard Chartered və HSBC Yaxın Şərqdə fəaliyyətini dayandırdı: Dubayda 100.000 dollarlıq məhdudiyyət və İran təhlükəsi

    12 Mart 2026
    Trending
    • Azərbaycan iqtisadiyyatı fevral ayında 0.3% ARTIB
    • Tramp administrasiyası neft ehtiyatlarından rekord həcmdə atılmanı dəstəkləyib – KİV
    • Citibank, Standard Chartered və HSBC Yaxın Şərqdə fəaliyyətini dayandırdı: Dubayda 100.000 dollarlıq məhdudiyyət və İran təhlükəsi
    • İran hakerləri ABŞ-ın tibb şirkətinə hücum etdi
    • YouTube 62 milyard dollarla ənənəvi medianı geridə qoydu
    • Tramp neft ehtiyatlarından istifadə edəcəyini açıqlayıb: Qiymətlər 93 dollara yüksəlib
    • Bakı Fond Birjasının rəhbəri Ruslan Xəlilov, ABŞ-da Azərbaycanın iqtisadi və maliyyə gələcəyinə dair panel müzakirələrində iştirak edib
    • Bank Respublika-nın rəhbərliyi növbəti dövr üçün prioritetlər, gözləntilər və qarşıdakı planlar barədə komanda ilə fikir mübadiləsi aparıb
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Citibank, Standard Chartered və HSBC Yaxın Şərqdə fəaliyyətini dayandırdı: Dubayda 100.000 dollarlıq məhdudiyyət və İran təhlükəsi

      12 Mart 2026
      Recent

      Citibank, Standard Chartered və HSBC Yaxın Şərqdə fəaliyyətini dayandırdı: Dubayda 100.000 dollarlıq məhdudiyyət və İran təhlükəsi

      12 Mart 2026

      Bank Respublika-nın rəhbərliyi növbəti dövr üçün prioritetlər, gözləntilər və qarşıdakı planlar barədə komanda ilə fikir mübadiləsi aparıb

      11 Mart 2026

      Murad Süleymanov: “Əminəm ki,”PAŞA Bank”ın planlaşdırdığı səhmlərin İlkin Kütləvi Təklifi kapital bazarının inkişafında əhəmiyyətli mərhələ olacaq”

      11 Mart 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      Bakı Fond Birjasının rəhbəri Ruslan Xəlilov, ABŞ-da Azərbaycanın iqtisadi və maliyyə gələcəyinə dair panel müzakirələrində iştirak edib

      11 Mart 2026

      SOCAR-ın “yaşıl” istiqrazları üzrə 4-cü faiz ödənişi həyata keçirilib

      11 Mart 2026

      Bakı Fond Birjasınının ümumi dövriyyəsi 34,8% azalıb

      04 Mart 2026

      Reuters:”Bakı Fond Birjasının rəhbəri bildirir ki, IPO-lar və xarici tərəfdaşlıqlar artımı sürətləndirəcək”

      13 Fevral 2026

      Azərbaycan neftinin 1 barreli 103,03 dollar olub

      10 Mart 2026

      Brent nefti 92,89 dollara qədər ucuzlaşıb

      10 Mart 2026

      ABŞ səhm bazarı həftəyə yüksəlişlə başladı

      10 Mart 2026

      Trampın İran açıqlaması nefti kəskin ucuzlaşdırdı – Qiymət 85 dollaradək düşüb

      10 Mart 2026

      Kriptovalyuta bazarında böyük itkilər: aparıcı fondların portfelləri milyardlarla dollar zərərdədir

      06 Fevral 2026

      Strategy fondu çökür: Bitcoin investorları 80%-dən çox zərərdə

      03 Dekabr 2025

      Türkmənistanda kriptovalyuta mayninqi və kriptobirjalar leqallaşdırıldı

      28 Noyabr 2025

      BlackRock 145 milyon dollara 1669 Bitkoin aldı, Bitkoinin qiyməti 87 min dollara qalxdı

      25 Noyabr 2025

      Bakı Fond Birjasının rəhbəri Ruslan Xəlilov, ABŞ-da Azərbaycanın iqtisadi və maliyyə gələcəyinə dair panel müzakirələrində iştirak edib

      11 Mart 2026

      SOCAR-ın “yaşıl” istiqrazları üzrə 4-cü faiz ödənişi həyata keçirilib

      11 Mart 2026

      Azərbaycan neftinin 1 barreli 103,03 dollar olub

      10 Mart 2026

      Brent nefti 92,89 dollara qədər ucuzlaşıb

      10 Mart 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Azərbaycan iqtisadiyyatı fevral ayında 0.3% ARTIB

      12 Mart 2026
      Recent

      Azərbaycan iqtisadiyyatı fevral ayında 0.3% ARTIB

      12 Mart 2026

      YouTube 62 milyard dollarla ənənəvi medianı geridə qoydu

      12 Mart 2026

      OPEC: Azərbaycan neft hasilatı kvotadan 93 min barel az olub

      11 Mart 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Sığorta » 2025-ci ildə Azərbaycan sığorta bazarı: artan həcmlər, sürətlə böyüyən risklər
    Sığorta

    2025-ci ildə Azərbaycan sığorta bazarı: artan həcmlər, sürətlə böyüyən risklər

    28 Yanvar 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    Azərbaycan sığorta bazarı 2025-ci ili həcmlərin artımı ilə başa vursa da, statistik göstəricilər sektor üçün daha mürəkkəb və riskli bir mənzərəni ortaya qoyur. Rəqəmlər göstərir ki, bazar genişlənir, lakin sığorta ödənişlərinin artım tempi haqların artımını əhəmiyyətli dərəcədə üstələyir ki, bu da şirkətlər üçün gələcək dövrdə maliyyə dayanıqlılığı baxımından ciddi siqnaldır.

    2024-cü ildə sığorta bazarı üzrə ümumi haqlar 1 milyard 353,2 milyon manat təşkil etdiyi halda, 2025-ci ildə bu göstərici 1 milyard 504,7 milyon manata yüksəlib. Beləliklə, bazar bir il ərzində 151,5 milyon manat və ya 11,2% artım nümayiş etdirib. Lakin eyni dövrdə sığorta ödənişləri daha sürətlə artaraq 752,7 milyon manatdan 920,4 milyon manata çatıb. Ödənişlərdə qeydə alınan 167,7 milyon manatlıq və ya 22,3 %-lik artım risklərin reallaşma intensivliyinin kəskin yüksəldiyini göstərir.

    Bazarın əsas hərəkətverici qüvvəsi olan könüllü sığortalar üzrə dinamika da bu tendensiyanı təsdiqləyir. Könüllü sığorta növləri üzrə yığılan haqlar 2024-cü ildə 1 milyard 11,3 milyon manat olduğu halda, 2025-ci ildə 1 milyard 138,9 milyon manata yüksəlib. Bu seqmentdə artım 12,6% təşkil edib. Eyni zamanda, könüllü sığortalar üzrə ödənişlər 613,0 milyon manatdan 773,8 milyon manata yüksələrək 26,2% artıb. Bu, könüllü sığorta bazarında risk yükünün xüsusilə gücləndiyini açıq şəkildə göstərir.

    Könüllü həyat sığortası 2025-ci ildə bazarın ən sürətlə böyüyən sahələrindən biri olub. Həyat sığortası üzrə haqlar bir il ərzində 643,8 milyon manatdan 751,5 milyon manata yüksələrək 16,7% artıb. Daha çox diqqəti cəlb edən məqam isə ödənişlərdəki kəskin sıçrayışdır. Həyat sığortası üzrə ödənişlər 477,5 milyon manatdan 637,0 milyon manata çatıb ki, bu da 33,4%-lik artım deməkdir. Xüsusilə həyatın yaşam sığortası üzrə ödənişlərin 33% artması, sağlamaz xəstəliklərdən sığorta üzrə ödənişlərin isə 2 dəfədən çox yüksəlməsi bu sahədə risklərin reallaşmasının sürətləndiyini göstərir. Eyni zamanda, əmək qabiliyyətinin sığortası üzrə ödənişlərin bir il ərzində 2 dəfədən çox artması sosial risklərin maliyyə sisteminə təsirinin gücləndiyini ortaya qoyur.

    Qeyri-həyat könüllü sığortalar üzrə vəziyyət daha balanslı görünür. Bu seqmentdə haqlar 367,5 milyon manatdan 387,4 milyon manata yüksələrək cəmi 5,4% artıb. Ödənişlər isə demək olar ki, dəyişməyərək 135,5 milyon manatdan 136,8 milyon manata yüksəlib. Bununla belə, alt sahələr üzrə fərqli mənzərə formalaşıb. Tibbi sığortada haqlar artsa da, ödənişlərin azalması diqqəti cəlb edir. Avtonəqliyyat vasitələrinin sığortasında isə əksinə, həm haqlar, həm də ödənişlər yüksək artım nümayiş etdirib və ödənişlər 39% yüksəlib. Kənd təsərrüfatı heyvanlarının sığortasında haqların iki dəfədən çox artmasına baxmayaraq, ödənişlərin 58% azalması risklərin hələlik reallaşmadığını göstərir. Yüklərin sığortasında isə ödənişlərin 70 faizdən çox azalması bu sahədə aktivliyin zəiflədiyini göstərən əsas göstəricilərdən biridir.

    Mülki məsuliyyət sığortası üzrə maraqlı, lakin ziddiyyətli dinamika müşahidə olunur. Bu sahədə haqlar 20,3 faiz artsa da, ödənişlər 63,7% azalıb. Bu, bir tərəfdən risklərin yığılmasını, digər tərəfdən isə faktiki zərər hallarının azalmasını göstərir və gələcək dövrlərdə potensial risklərin artacağına işarə edir.

    İcbari sığortalar üzrə göstəricilər isə daha stabil və mülayim artım nümayiş etdirir. İcbari sığortalar üzrə haqlar 341,9 milyon manatdan 365,8 milyon manata yüksələrək 7% artıb. Ödənişlər isə 139,7 milyon manatdan 146,6 milyon manata çataraq 4,9% artım göstərib. Avtonəqliyyat vasitələri sahiblərinin icbari sığortasında həm haqlar, həm də ödənişlər artıb. Daşınmaz əmlakın icbari sığortasında isə həm haqların, həm də ödənişlərin azalması bazarda aktivliyin zəiflədiyini göstərir. Sərnişinlərin icbari fərdi qəza sığortasında isə ikirəqəmli artım müşahidə olunub.

    Ümumilikdə, 2025-ci ilin nəticələri Azərbaycan sığorta bazarında kəmiyyət artımının davam etdiyini, lakin keyfiyyət baxımından risklərin daha sürətlə böyüdüyünü ortaya qoyur. Ödənişlərin haqlardan daha sürətli artması sığorta şirkətləri üçün tarif siyasətinə, risk qiymətləndirməsinə və ehtiyatların formalaşdırılmasına yenidən baxılmasını zəruri edir. Əks halda, növbəti illərdə sektorun rentabelliyi və maliyyə dayanıqlılığı üzərində təzyiqlərin artması qaçılmaz ola bilər.

    Müəllif:Aynur Qəniyeva 

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Azərbaycan Sığorta bazarında ödənişlər artıb, yığımlar azalıb

    25 Fevral 2026

    Aqrar Sığorta Fondunun 2025-ci ilin hesabatı: 9,2 milyon manat ödəniş edilib

    19 Fevral 2026

    ABŞ-da bazar çöküşü risklərinə qarşı sığortaya tələbat artıb

    16 Fevral 2026

    İcbari Sığorta Bürosu 4 yeni elektron xidməti istifadəyə verib

    06 Fevral 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.