2025-ci ilin yekunlarına əsasən, Aqrar Sığorta Fondu ölkənin 54 rayonu üzrə ümumilikdə 9,2 milyon manat sığorta ödənişi həyata keçirib.
GDP xəbər verir ki, kompensasiyaların əsas hissəsi — 8,8 milyon manatı 51 rayonu əhatə edən bitkiçilik sahəsinin payına düşüb. Heyvandarlıq sektorunda isə 21 rayonda fəaliyyət göstərən təsərrüfatlara 400 min manat məbləğində ödəniş edilib.
Hesabat dövründə ödənişlərin coğrafiyası daha da genişlənib. Belə ki, fondun fəaliyyəti dövründə ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının Babək və Şahbuz rayonlarında da sığorta ödənişləri qeydə alınıb.

