İcbari Sığorta Bürosu Hüquqi Şəxslərin İttifaqının Himayəçilər Şurasının növbədənkənar iclasında təşkilati məsələlərə baxılıb.
GDP xəbər verir ki, iclasda İSB-nin Nizamnaməsinə uyğun olaraq, Mərkəzi Bankın Daxili audit departamentinin direktoru Elçin Əlizadə Şura üzvlüyünə təyin olunub və Himayəçilər Şurasının sədri seçilib.
E.Əlizadə bundan əvvəl, 2023-cü ilin fevral ayından İcbari Sığorta Bürosunun Audit Komitəsinin sədri vəzifəsində çalışıb.