Azərbaycan Respublikasının Hesablama Palatasının 2024-cü il dövlət büdcəsinin icrası barədə hesabatına əsasən, ötən il dövlət büdcəsindən ssudalar verilib və həmin ssudalar tam qaytarılıb.
GDP xəbər verir ki, hesabatda ssudalarla bağlı ətraflı məlumat olmasa da, büdcənin icrasına dair sənədlərdə bəzi vəsaitlərin ssudalar üçün istifadə edildiyi qeyd olunub.
“Azər Türk Bank” ASC-də manatla verilən vəsait ilin əvvəlindən artaraq iyun ayında 1 milyard manata çatıb, sonra isə ilin sonunda tam geri qaytarılıb. Xarici valyutada verilmiş vəsaitlər isə mart-iyun ayları arasında azalmış, daha sonra bir hissəsi yenidən verilmişdir.
2024-cü ilin yanvar-iyun aylarında 17 təşkilata ümumilikdə 964 milyon manat ssuda verilib və ilin sonunda bu vəsaitlər tam qaytarılıb. Bu təşkilatlar büdcə təşkilatları və dövlətə bağlı digər qurumları əhatə edir.
Qeyd edək ki, 2024-cü ilin büdcəsində ssudaların verilməsi rəsmi olaraq nəzərdə tutulmayıb.