Close Menu
    What's Hot

    A-Qroup Sığorta Şirkətinin xalis mənfəəti 34,24% artıb , likvidliyi 14,12%, sığorta ehtiyatları 4,45%, azalıb

    04 Dekabr 2025

    Azərbaycanda xaricə pul köçürmələri 31% azaldı, banka daxilolmalar 27,6% artdı

    04 Dekabr 2025

    Fitch Ratings 2025-2027-ci illər üçün neft və qaz qiymətləri proqnozunu aşağı salıb

    04 Dekabr 2025
    Trending
    • A-Qroup Sığorta Şirkətinin xalis mənfəəti 34,24% artıb , likvidliyi 14,12%, sığorta ehtiyatları 4,45%, azalıb
    • Azərbaycanda xaricə pul köçürmələri 31% azaldı, banka daxilolmalar 27,6% artdı
    • Fitch Ratings 2025-2027-ci illər üçün neft və qaz qiymətləri proqnozunu aşağı salıb
    • İnvestisiya şirkətlərinin əməliyyat həcminə və bazar payına görə renkinqi (2025 Yanvar-Noyabr)
    • İnvestisiya şirkətlərinin əməliyyat həcmləri necə dəyişib,hansı şirkətlər bazar payını itirib?-müqaisəli təhlil
    • Bakı Fond Birjasının ümumi ticarət həcmi 9%-ə yaxın,REPO əməliyyatlarının həcmi isə 16%-dən çox azalıb
    • Mərkəzi Bankın sədri Taleh Kazımov Koreyada Koreya Maliyyə Nəzarət Xidmətinin rəhbəri ilə görüşüb
    • TuranBank beynəlxalq maliyyə qurumundan yerli valyutada kredit cəlb edib – MƏBLƏĞ
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Azərbaycanda xaricə pul köçürmələri 31% azaldı, banka daxilolmalar 27,6% artdı

      04 Dekabr 2025
      Recent

      Azərbaycanda xaricə pul köçürmələri 31% azaldı, banka daxilolmalar 27,6% artdı

      04 Dekabr 2025

      Mərkəzi Bankın sədri Taleh Kazımov Koreyada Koreya Maliyyə Nəzarət Xidmətinin rəhbəri ilə görüşüb

      03 Dekabr 2025

      TuranBank beynəlxalq maliyyə qurumundan yerli valyutada kredit cəlb edib – MƏBLƏĞ

      03 Dekabr 2025
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      İnvestisiya şirkətlərinin əməliyyat həcminə və bazar payına görə renkinqi (2025 Yanvar-Noyabr)

      03 Dekabr 2025

      İnvestisiya şirkətlərinin əməliyyat həcmləri necə dəyişib,hansı şirkətlər bazar payını itirib?-müqaisəli təhlil

      03 Dekabr 2025

      Bakı Fond Birjasının ümumi ticarət həcmi 9%-ə yaxın,REPO əməliyyatlarının həcmi isə 16%-dən çox azalıb

      03 Dekabr 2025

      Dövlətin borclanma landşaftı dəyişir: Dövlət istiqrazlarının həcmi 66%-dən, gəlirliyi 28%-dən çox azalıb

      01 Dekabr 2025

      OPEC+: 2026-cı ilin I rübündə hasilat artımı dayandırılır

      01 Dekabr 2025

      Gümüşün qiyməti tarixi maksimuma çatdı – Unsiyası 54.53 ABŞ dolları

      29 Noyabr 2025

      Neftin qiymətləri bir ay ərzində ilk dəfə olaraq barrelı 62 dollardan aşağı düşüb

      21 Noyabr 2025

      Nvidia səhmləri 5% bahalaşdı: Şirkət 57 milyard dollar rekord gəlir açıqlayıb

      20 Noyabr 2025

      Strategy fondu çökür: Bitcoin investorları 80%-dən çox zərərdə

      03 Dekabr 2025

      Türkmənistanda kriptovalyuta mayninqi və kriptobirjalar leqallaşdırıldı

      28 Noyabr 2025

      BlackRock 145 milyon dollara 1669 Bitkoin aldı, Bitkoinin qiyməti 87 min dollara qalxdı

      25 Noyabr 2025

      Deutsche Bankın analitikləri: Bitcoin qızılın tarixi yolunu təkrarlayır və Mərkəzi Bankların ehtiyatlarında yer ala bilər

      25 Sentyabr 2025

      İnvestisiya şirkətlərinin əməliyyat həcminə və bazar payına görə renkinqi (2025 Yanvar-Noyabr)

      03 Dekabr 2025

      İnvestisiya şirkətlərinin əməliyyat həcmləri necə dəyişib,hansı şirkətlər bazar payını itirib?-müqaisəli təhlil

      03 Dekabr 2025

      Bakı Fond Birjasının ümumi ticarət həcmi 9%-ə yaxın,REPO əməliyyatlarının həcmi isə 16%-dən çox azalıb

      03 Dekabr 2025

      Strategy fondu çökür: Bitcoin investorları 80%-dən çox zərərdə

      03 Dekabr 2025
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      “Nar” QHT-lərlə KSM sahəsində əməkdaşlığın gücləndirilməsinə dəstək verir

      02 Dekabr 2025
      Recent

      “Nar” QHT-lərlə KSM sahəsində əməkdaşlığın gücləndirilməsinə dəstək verir

      02 Dekabr 2025

      8-ci “Zeekr 001”i Bəxtiyar Süleymanov qazandı

      28 Noyabr 2025

      Bakcell və Visa tərəfdaşlığa başlayır

      26 Noyabr 2025
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Sığorta » A-Qroup Sığorta Şirkətinin xalis mənfəəti 34,24% artıb , likvidliyi 14,12%, sığorta ehtiyatları 4,45%, azalıb
    Sığorta

    A-Qroup Sığorta Şirkətinin xalis mənfəəti 34,24% artıb , likvidliyi 14,12%, sığorta ehtiyatları 4,45%, azalıb

    04 Dekabr 2025
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    A-Qroup Sığorta Şirkəti ASC-nin 2025-ci ilin ilk doqquz ayında xalis mənfəətin 34,24% artaraq 1,657 milyon manata çatması hesabat dövrünün əsas uğurlarından biri kimi qiymətləndirilə bilər. Bu nəticə həm əməliyyat xərclərinin optimallaşdırılması, həm də investisiya fəaliyyətinin gücləndirilməsi ilə bağlıdır.

    GDP xəbər verir ki, A-Qroup Sığorta Şirkəti ASC-nin xalis mənfəətdəki əhəmiyyətli artım əsasən iki faktorun təsirindən formalaşıb:
    – Əsas sığorta xərclərinin 5,63% azalması nəticəsində əməliyyat yükü yüngülləşib və sığorta fəaliyyətinin rentabelliyi yüksəlib.
    – İnvestisiya gəlirlərinin 125,22% kimi yüksək templə artması isə şirkətin maliyyə aktivlərini daha səmərəli idarə etdiyini və investisiya bazarındakı əlverişli şəraitdən maksimum yararlandığını göstərir.

    Faiz/dividend gəlirlərinin 119,38% artması və investisiya zərərinin 82,72% azalması da investisiya portfelinin gücləndiyini təsdiqləyir.

    A-Qroup Sığorta Şirkəti ASC 2025-ci ilik ik 3 rübündə sığorta biznesi üzrə gəlirlər stabil artım xəttini qoruyub. Ümumi sığorta gəlirləri 4,90% artaraq 11,155 milyon manata yüksəlib. Xüsusilə qeyri-şərti sığorta üzrə gəlirlərin 27,30% artması şirkətin yeni risk sahələrində genişlənmə strategiyasının uğurlu olduğunu göstərir. “Digər risklər” kateqoriyasının 307,68% artması isə bu istiqamətdə potensialın böyük olduğunu ortaya qoyur.

    Bununla yanaşı, avtomobil sığortasında 4,82%-lik geriləmə bazarda rəqabətin güclənməsi və ya tarif dəyişiklikləri ilə əlaqədar ola bilər və diqqət tələb edən məqam olaraq qiymətləndirilir.

    Hesabat dövründə şirkət investisiya portfelini şaxələndirərək daha aktiv idarəetmə modeli tətbiq etmişdir. İstiqraz portfeli 18,77% artaraq 8,189 milyon manata yüksəlib. Dövlət istiqrazlarına investisiyanın azalması fonunda “aşağı/dövlət istiqrazları” kateqoriyasına 1,59 milyon manat həcmində yeni vəsait ayırılması portfelin gəlirlilik/risk balansında yenilənmə olduğunu göstərir.

    Ümumilikdə investisiya aktivləri 7,01% artmış və bu, aktivlərin daha böyük hissəsinin gəlir yaradan alətlərə yönəldiyini ifadə edir.

    Şirkətin maliyyə sağlamlığı hesabat dövründə güclənmişdir. Ümumi aktivlərin 3,07% artaraq 25,4 milyon manata çatması, kapitalın isə 6,98% artaraq 15,1 milyon manat səviyyəsində qərarlaşması şirkətin maliyyə dayanıqlığını artırmışdır. Kapital artımının əsas mənbəyi bölüşdürülməmiş mənfəətin və kapital ehtiyatlarının genişlənməsidir.

    Eyni zamanda öhdəliklərin 2,12% azalması maliyyə leverage-nin azaldığını göstərir. Kapital buferinin 2,41% artması şirkətin tənzimləyici normalara uyğunluq və maliyyə təhlükəsizliyi baxımından daha güclü mövqeyə sahib olduğunu təsdiqləyir.

    Bununla yanaşı bir sıra göstəricilər diqqətli yanaşma tələb edir:

    • Pul vəsaitlərinin 14,12% azalması likvidlik səviyyəsinin zəifləməsi kimi qiymətləndirilə bilər. Bu, investisiya yönləndirmələrinin artması və ya debitor yığımının ləngiməsi ilə bağlı ola bilər.

    • Kreditor borclarının 21,83% artması qısamüddətli öhdəliklərin artdığını göstərir. Likvidlik azalması fonunda bu tendensiya risk yarada bilər.

    • Avtomobil sığortası gəlirlərinin azalması şirkətin ənənəvi gəlir mənbələrindən birində zəifləməyə işarə edir.

    • Xalis sığorta əməliyyatlarının 9,39% azalması gələcək dövr üçün sığorta portfelində daralma ehtimalını göstərən siqnaldır.

    Şirkətin müsbət dinamikanı qorumaq və riskləri idarə etmək üçün aşağıdakı istiqamətlərdə tədbirlər görməsi məqsədəuyğun ola bilər:

    1. Likvidlik nəzarətinin gücləndirilməsi, debitor borcların yığımı üzrə konseptual tədbirlərin artırılması.

    2. Kreditor borclarındakı artımın səbəblərinin təhlili və ödəniş dövrlərinin optimallaşdırılması.

    3. Avtomobil sığortası üzrə rəqabət analizinin aparılması, tarif və məhsul siyasətinin yenidən nəzərdən keçirilməsi.

    4. Yüksək artım tempinə malik “digər risklər” sektorunda genişlənmə, məhsul xəttinin diversifikasiyası.

    5. Yeni investisiya alətlərinin risk profilinin davamlı monitorinqi, xüsusilə yüksək gəlirli istiqraz kateqoriyalarında.

    Ümumilikdə A-Qroup 2025-ci ilin ilk 9 ayında maliyyə nəticələrini yaxşılaşdırmış, kapital mövqeyini gücləndirmiş və mənfəətliliyini əhəmiyyətli dərəcədə artırmışdır. Şirkət həm əməliyyat, həm də investisiya baxımından düzgün strategiya həyata keçirmişdir. Bununla yanaşı, qısamüddətli likvidlik göstəriciləri və bəzi sığorta sahələrindəki zəif dinamika diqqətlə izlənilməli və müvafiq tədbirlər görülməlidir. Bu yanaşma şirkətin həm mövcud müsbət tendensiyanı qorumasına, həm də uzunmüddətli davamlı inkişaf strategiyasını formalaşdırmasına imkan verəcək.

    Müəllif: Aynur Qəniyeva

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    İSB-nin Risk Komitəsi haqqında Əsasnamə təsdiqlənib

    25 Noyabr 2025

    Azərbaycanda ilk dəfə meyvənin dəyərinin azalması üzrə aqrar sığorta ödənişi edilib

    20 Noyabr 2025

    Məhəmməd Məhərrəmli İcbari Sığorta Bürosunun Risklərin İdarə Edilməsi Komitəsinin sədri təyin edilib

    18 Noyabr 2025

    Sığorta haqları 13%, sığorta ödənişləri 23% artıb

    27 Oktyabr 2025
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.