Close Menu
    What's Hot

    AÇG-də 2026-cı ilin ilk yarısında 59 milyon barel neft hasil edilib

    06 Avqust 2026

    Səudiyyə Ərəbistanı sentyabr ayı üçün Asiyaya neft tədarükündə satış qiymətlərini aşağı salıb

    06 Avqust 2026

    Assosiasiyaların pul köçürmələrinə limit təklifi banklar üçün məcburi xarakter daşımır

    06 Avqust 2026
    Trending
    • AÇG-də 2026-cı ilin ilk yarısında 59 milyon barel neft hasil edilib
    • Səudiyyə Ərəbistanı sentyabr ayı üçün Asiyaya neft tədarükündə satış qiymətlərini aşağı salıb
    • Assosiasiyaların pul köçürmələrinə limit təklifi banklar üçün məcburi xarakter daşımır
    • Avro əskinasları onilliklərdən sonra ilk dəfə yeni dizaynda təqdim ediləcək
    • Ceff Bezos yenidən Amazon səhmlərini satıb- bu dəfə 346,5 milyon dollar dəyərində
    • Neft bazarında yeni reallıq: Çin oyunun qaydalarını dəyişir
    • BTB Bank Əmanətlərin Sığortalanması Fondunun reyestrindən çıxarılıb
    • Qızılın qiyməti bir gün ərzində 4,5% artaraq bir unsiya üçün 4 255 dollara çatıb
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Avro əskinasları onilliklərdən sonra ilk dəfə yeni dizaynda təqdim ediləcək

      06 Avqust 2026
      Recent

      Avro əskinasları onilliklərdən sonra ilk dəfə yeni dizaynda təqdim ediləcək

      06 Avqust 2026

      BTB Bank Əmanətlərin Sığortalanması Fondunun reyestrindən çıxarılıb

      05 Avqust 2026

      Rabitəbankdan “MİDA” xətti ilə güzəştli ipoteka imkanı

      05 Avqust 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      ABB Invest investisiya bölməsini yenilədi

      23 İyul 2026

      Özəlləşdirmə çekləri ilə bağlı yayılan məlumatlar yalandır – Birgə açıqlama

      20 İyul 2026

      Ziraat Bank 30 milyon manat həcmində istiqraz buraxır bu investorlar üçün fürsətdir, yoxsa risk?

      19 İyul 2026

      Milli Depozit Mərkəzinin İdarə Heyətinə üzv təyin edilib

      16 İyul 2026

      Ceff Bezos yenidən Amazon səhmlərini satıb- bu dəfə 346,5 milyon dollar dəyərində

      06 Avqust 2026

      Qızılın qiyməti bir gün ərzində 4,5% artaraq bir unsiya üçün 4 255 dollara çatıb

      05 Avqust 2026

      Brent nefti 79,01 dollara düşüb

      05 Avqust 2026

      ABŞ-ın səhm bazarları Microsoft-un güclü hesabatı ilə yüksəlib

      30 İyul 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      “Strategy” ilk dəfə həftəlik bitcoin alışını dayandırdı

      25 May 2026

      Coinbase 2026-cı ilin birinci rübündə 88 milyon dollarlıq bitcoin alıb

      08 May 2026

      BlackRock: Bitcoin-in qlobal dəyər saxlancı sahəsində real rəqibi yoxdur

      05 May 2026

      Ceff Bezos yenidən Amazon səhmlərini satıb- bu dəfə 346,5 milyon dollar dəyərində

      06 Avqust 2026

      Qızılın qiyməti bir gün ərzində 4,5% artaraq bir unsiya üçün 4 255 dollara çatıb

      05 Avqust 2026

      Brent nefti 79,01 dollara düşüb

      05 Avqust 2026

      ABŞ-ın səhm bazarları Microsoft-un güclü hesabatı ilə yüksəlib

      30 İyul 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      AÇG-də 2026-cı ilin ilk yarısında 59 milyon barel neft hasil edilib

      06 Avqust 2026
      Recent

      AÇG-də 2026-cı ilin ilk yarısında 59 milyon barel neft hasil edilib

      06 Avqust 2026

      Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 14 vaqon buğda göndəriləcək

      05 Avqust 2026

      Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et

      04 Avqust 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Sığorta » Sığorta şirkətlərinin mənfəəti azalır: Sığorta ödənişləri, sığorta haqlarından 13 dəfə sürətli artıb-Sığorta sektorunun təhlili
    Sığorta

    Sığorta şirkətlərinin mənfəəti azalır: Sığorta ödənişləri, sığorta haqlarından 13 dəfə sürətli artıb-Sığorta sektorunun təhlili

    25 Dekabr 2025
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2025-ci ilin yanvar–noyabr ayları üzrə sığorta sektorunun göstəricilərinin 2024-cü ilin eyni dövrü ilə müqayisəsi sektorun nominal artım nümayiş etdirməsinə baxmayaraq, struktur baxımından tarazlığın ciddi  şəkildə pozulduğnu  ortaya qoyur. Xüsusilə sığorta ödənişlərinin artım tempinin haqların artımını xeyli üstələməsi sektor üçün əsas risk faktoru olduğu müşhidə edilir.

    2025 ci ilin yanvar-noyabr ayları ərzində sığorta haqlarının ümumi həcmi 1 milyard 353 milyon manatdan 1 milyard 365 milyon manata yüksələrək 12,2 milyon manat və ya 0,9% artıb. Bununla yanaşı, sığorta ödənişləri 752,7 milyon manatdan 844,8 milyon manata çataraq 92,1 milyon manat və ya 12,24% artıb. Bu nisbət göstərir ki, sektor üzrə ödənişlərin artım tempi haqların artım tempindən dəfələrlə yüksəkdir ki, bu da sığorta şirkətlərinin gəlirliliyinə birbaşa mənfi təsir göstərir.

    Sözügedən dövr ərzində illik müqaisədə könüllü sığortalar üzrə haqlar 1 milyard 11 milyon manatdan 1 milyard 34 milyon manata yüksələrək 22,7 milyon manat  və ya 2,24% artıb. Lakin eyni dövrdə könüllü sığorta ödənişləri 613 milyon manatdan 713,1 milyon manata qalxaraq 100,1 milyon manat və ya 16,33% artdığı müşahidə edilir. Bu fərq könüllü sığortalar seqmentində risk yükünün sürətlə artdığını göstərir.

    Könüllü həyat sığortası haqları 643,8 milyon manatdan 683,2 milyon manata yüksələrək 39,4 milyon manat yaxud 6,12% artıb. Bu artım əsasən həyatın yaşam sığortası üzrə haqların 37,7 milyon manat və ya 6,29%, ölüm halından sığorta üzrə haqların 959 min manat  və ya  2,81%, əmək qabiliyyətinin itirilməsi üzrə 303 min manat yaxud 8,40% və sağalmaz xəstəliklər üzrə 457 min manat yaxud  6,67% artması hesabına formalaşıb.

    Lakin daha çox diqqəti cəlb edən məqam ödənişlərdə müşahidə olunan kəskin yüksəlişdir. Həyat sığortası üzrə ödənişlər 477,5 milyon manatdan 590,1 milyon manata qalxaraq 112,7 milyon manat yaxud 23,6% artıb. Bu tendensiya uzunmüddətli yaşam sığortası müqavilələrinin kütləvi şəkildə müddətinin başa çatması, əhalinin yaşlanması və kritik xəstəlik hallarının artması ilə izah oluna bilər.

    2025-ci ilin yanvar -noyabr ayları ərzində  2024-cü ilin müvafiq dövrü ilə müqaisədə qeyri-həyat könüllü sığorta haqları 367,5 milyon manatdan 350,8 milyon manata enərək 16,7 milyon manat  və ya 4,55% azalıb. Ödənişlər isə 135,5 milyon manatdan 123 milyon manata düşərək 12,6 milyon manat yaxud 9,26% azalıb.

    Şəxsi sığorta üzrə haqlar demək olar dəyişməyib yəni cəmi 0,15% artıb, lakin ödənişlər 15,6% azalıb. Bu azalma əsasən tibbi sığorta üzrə ödənişlərin 15,86 % azalması ilə bağlıdır. Tibbi sığorta haqları isə 0,96% geriləyib.

    Əmlak sığortasında mənzərə daha risklidir. Əmlak sığortası üzrə  sığorta haqları  2024-cü ilin yanvar-noyabr ayları ərzində 233.507 milyondan 2025-ci ildə bu göstərici 7,24% azalaraq 216,6 milyon manata düşdüyü halda, ödənişlər illik müqaisədə 37.924 milyon manatdan 40,582 milyon manata yüksəlib ki, bu da 7,01% artımın göstəricisidir. Xüsusilə avtonəqliyyat vasitələrinin sığortasında haqlar cəmi 2,67% artsa da, ödənişlər 24,61% artıb. Bu, yol-nəqliyyat hadisələrinin artması, ehtiyat hissələrinin bahalaşması və inflyasiya təsiri ilə əlaqədardır.

    Məsuliyyət sığortasında haqlar 8,59% artsa da, ödənişlər 63,73% azalıb ki, bu da daha sərt risk seçimi və ya iddia sayının azalması ilə izah oluna bilər. Kredit sığortasında isə həm haqlar 9,09%, həm də ödənişlər 25% azalıb.

    Məcburi sığortalar üzrə haqlar 341,9 milyon manatdan 331,3 milyon manata düşərək 10,5 milyon manat və ya 3,08% azalıb. Ödənişlər isə 5,73% azalaraq 131,7 milyon manat təşkil edib.

    Məcburi həyat sığortasında haqlar cüzi yəni 0.53% artsa da, ödənişlər 4,13% azalıb. Məcburi qeyri-həyat sığortasında isə haqlar 4,37%, ödənişlər isə 5,8 % geriləyib. Avtomobil sahiblərinin icbari məsuliyyət sığortasında həm haqlar, həm də ödənişlər azalıb. Daşınmaz əmlakın icbari sığortasında isə haqlar 10,68%, ödənişlər isə 29,73 % azalıb ki, bu da daşınmaz əmlak bazarındakı durğunluq və zərər hadisələrinin azalması ilə əlaqəlidir.

    2025-ci ilin ilk 11 ayında Azərbaycan sığorta sektoru nominal artım fonunda ciddi risklərlə üzləşib. Həyat sığortasında kəskin ödəniş artımları və avtonəqliyyat sığortasında zərərli portfel strukturu sektorun maliyyə dayanıqlığını zəiflədən əsas amillərdir. Əgər ödənişlərin haqlardan daha sürətli artımı davam edərsə, sığorta şirkətləri qiymət artımlarına getmək və ya riskli seqmentlərdən çəkilmək məcburiyyətində qala bilərlər. Bu isə uzunmüddətli perspektivdə həm bazarın strukturuna, həm də istehlakçıların sığortaya çıxış imkanlarına mənfi təsir göstərə bilər.

    Müəllif: Aynur Qəniyeva

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    “PAŞA Sığorta” I yarımildən 15 milyon manata yaxın xalis mənfəətlə çıxdı

    28 İyul 2026

    Mərkəzi Bank sığorta agenti Rizvan Məmmədovun lisenziyasını ləğv edib

    22 İyul 2026

    Sığortaçılar Assosiasiyasında sığorta agentlərinin problemlərinə dair işçi qrupları yaradılıb

    20 İyul 2026

    “Avtoicbari sığortası üzrə hər il 100-120 milyon manat təzminat ödənilir”

    30 İyun 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.