Azərbaycan 2026-cı ili 1,5 milyard manat büdcə kəsiri ilə başa vura bilər.
GDP xəbər verir ki, Maliyyə Nazirliyinin gözləntilərinə əsasən, 2026-cı ilin sonunda dövlət büdcəsinin kəsiri 1 milyard 497,6 milyon manat təşkil edə bilər.
Kəsirin gözlənilən ÜDM-ə nisbəti 1,1% səviyyəsində proqnozlaşdırılır.
Kəsirin maliyyələşdirilməsinin daxili borclanmadan cəlb olunan vəsait, vahid xəzinə hesabının sərbəst qalığı və məqsədli büdcə fondlarının vəsaitlərinin qalığı hesabına təmin edilməsi nəzərdə tutulur

