“PAŞA Sığorta” 2026-cı ilin avqust ayında müştərilərinə müxtəlif sığorta hadisələri üzrə ümumilikdə 18 milyon manatdan çox məbləğdə ödənişlər həyata keçirib.
Şirkət ay ərzində minlərlə avtonəqliyyat hadisəsi üzrə 10 milyon 72 min 958 manat, yüzlərlə əmlak hadisəsi üzrə 959 min 525 manat məbləğində sığorta ödənişi edib. Qeyd edək ki, ödənişlər həm icbari, həm də könüllü sığorta müqavilələri əhatə edib.
Bununla yanaşı, minlərlə könüllü tibbi sığorta, səyahət sığortası, məsuliyyət sığortası və digər sığorta növləri üzrə 7 milyon manatdan çox ödəniş edilib.
Gözlənilməz hadisə baş verdikdə müştərinin yanında olmaq, zərərin maliyyə yükünün azaldılmasına dəstək göstərmək və ödəniş prosesini həyata keçirmək şirkətin əsas prioritetidir.

