Azərbaycanda beynəlxalq “Yaşıl Kart” sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığorta şirkətlərinin siyahısı açıqlanıb.
GDP xəbər verir ki, bu barədə İcbari Sığorta Bürosunun (İSB) yaydığı məlumatda bildirilib.
Məlumata əsasən, hazırda Azərbaycanda 6 sığorta şirkəti “Yaşıl Kart” sistemi üzrə İSB-nin iştirakçısıdır.
Həmin şirkətlər aşağıdakılardır:
- “Atəşgah” Sığorta Şirkəti ASC
- “Azərbaycan Sənaye Sığorta” ASC
- “Meqa Sığorta” ASC
- “Paşa Sığorta” ASC
- “Qala Sığorta” ASC
- “Xalq Sığorta” ASC
Bildirilib ki, “Yaşıl Kart” sisteminə üzv ölkələrə avtomobillə səfər etməyi planlaşdıran vətəndaşlar müvafiq sığorta təminatını bu şirkətlər vasitəsilə əldə edə bilərlər.
Qeyd edək ki, İcbari Sığorta Bürosu beynəlxalq “Yaşıl Kart” sistemi üzrə əlaqələndirici və ixtisaslaşmış təşkilat kimi fəaliyyət göstərir və Azərbaycanı Beynəlxalq Yaşıl Kart Sistemində təmsil edir.

