“Azər Türk Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
GDP.AZ bankın səhmdarlara ünvanladığı bildirişə istinadən xəbər verir ki, yığıncaq 23 noyabr 2026-cı il saat 12:00-da bankın Bakı şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 85; 192/193 ünvanında yerləşən inzibati binasında baş tutacaq.
Yığıncağın gündəliyinə bankın Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi məsələsi daxil edilib.
Səhmdarlar bildirişdə göstərilən tələblərə uyğun sənədləri və doldurulmuş səsvermə bülletenini qapalı zərfdə 23 noyabr 2026-cı il saat 12:00-dək bankın ünvanına göndərməklə səsvermədə qiyabi iştirak edə bilərlər.
Təqdim edilmiş zərflərin açılması və elektron qaydada verilmiş səslərin sayılması ümumi yığıncağın keçirildiyi gün həyata keçiriləcək.


