İlk növbədə sığorta sahəsi üzrə müşahidə olunan müsbət dinamikadan danışmaq istərdim.Son 3 ilin göstəricilərinə əsasən sektorun cəmi aktivləri 34,2% ,kapitalı isə 7,8% artıb.
Bunu “Azərbaycan Beynəlxalq Sığorta Forumu”nda Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov deyib.
O bildirib:Bu dövrdə sığorta haqları 494 milyon artaraq 1 milyard 222 milyon səviyyəsinə çatıb.Sığorta ödənişləri isə analoji dövrdə 26.3% artaraq 587 milyon manata çatıb.
Taleh Kazımov qeyd edib ki,sığorta bazarının həcmi Ümumi Daxili Məhsula nisbətdə 1%-i ötüb.