“Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Seçki Qrupunun Toplantısı çərçivəsində Düşənbəyə işgüzar səfərimiz başlayıb.”
GDP xəbər verir ki. bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımov rəsmi sosial şəbəkə hesabında yazıb.
O bildirib: “Səfərin ilk görüşü tacikistanlı həmkarım Firdavs Tolibzoda ilə baş tutdu.
Tacikistanın Seçki Qrupunun Toplantısı kimi mühüm tədbirə ev sahibliyi etməsi münasibətilə təbriklərimi çatdıraraq dəvətə görə təşəkkürümü bildirdim.”
Taleh Kazımov görüşdə müzakirə edilən məsələləri də açıqlayıb “Görüşdə Azərbaycan və Tacikistan mərkəzi bankları arasında əməkdaşlığın mövcud vəziyyəti, eləcə də əlaqələrin daha da möhkəmləndirilməsi imkanlarını müzakirə etdik.”