Close Menu
    What's Hot

    Azərbaycanda 2026-cı ilin sistem əhəmiyyətli bankları açıqlandı – SİYAHI

    26 Fevral 2026

    Azərbaycan Sığorta bazarında ödənişlər artıb, yığımlar azalıb

    25 Fevral 2026

    SOCAR və Samsung E&A anlaşdı

    25 Fevral 2026
    Trending
    • Azərbaycanda 2026-cı ilin sistem əhəmiyyətli bankları açıqlandı – SİYAHI
    • Azərbaycan Sığorta bazarında ödənişlər artıb, yığımlar azalıb
    • SOCAR və Samsung E&A anlaşdı
    • Qazaxıstanın Ali Audit Palatası Azərbaycanın Hesablama Palatasının maliyyə hesabatlarını audit edib
    • ABŞ-ın nadir minerallardan asılılığı təhlükə yaradır: Çin faktoru
    • Azərbaycanda sahibkarların maliyyə xidmətlərinə əlçatanlığının artırılması müzakirə edilib
    • Seymur Adıgözəlov: “Ağdam Sənaye Parkı rezidentlərin sayına görə ölkədə ikinci yerdədir”
    • Exxon Dow Jones indeksində onu əvəz edən Salesforce-u 271%-lə geridə qoydu
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Azərbaycanda 2026-cı ilin sistem əhəmiyyətli bankları açıqlandı – SİYAHI

      26 Fevral 2026
      Recent

      Azərbaycanda 2026-cı ilin sistem əhəmiyyətli bankları açıqlandı – SİYAHI

      26 Fevral 2026

      Azərbaycanda sahibkarların maliyyə xidmətlərinə əlçatanlığının artırılması müzakirə edilib

      24 Fevral 2026

      Vüsal Xəlilov: “Rəqəmsal maliyyə texnologiyaları artıq dəstək funksiyası deyil, əsas inkişaf alətidir”

      23 Fevral 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      Reuters:”Bakı Fond Birjasının rəhbəri bildirir ki, IPO-lar və xarici tərəfdaşlıqlar artımı sürətləndirəcək”

      13 Fevral 2026

      Bakı Fond Birjasında əməliyyatların həcmi 48,6% azalıb, bazarın strukturu dəyişib

      04 Fevral 2026

      SOCAR istiqrazları üzrə dövr gəlirliliyi 6,67%-dən 6,25%-ə endi

      03 Fevral 2026

      AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb

      28 Yanvar 2026

      Exxon Dow Jones indeksində onu əvəz edən Salesforce-u 271%-lə geridə qoydu

      23 Fevral 2026

      Gənc amerikalılar ev əvəzinə səhmlərə üstünlük verir – Araşdırma

      17 Fevral 2026

      Çin banklara ABŞ xəzinə istiqrazlarına yatırımları azaltmağı tövsiyə edib

      09 Fevral 2026

      Qızıl son 30 sessiyada volatillik baxımından bitkoini geridə qoyub

      02 Fevral 2026

      Kriptovalyuta bazarında böyük itkilər: aparıcı fondların portfelləri milyardlarla dollar zərərdədir

      06 Fevral 2026

      Strategy fondu çökür: Bitcoin investorları 80%-dən çox zərərdə

      03 Dekabr 2025

      Türkmənistanda kriptovalyuta mayninqi və kriptobirjalar leqallaşdırıldı

      28 Noyabr 2025

      BlackRock 145 milyon dollara 1669 Bitkoin aldı, Bitkoinin qiyməti 87 min dollara qalxdı

      25 Noyabr 2025

      Exxon Dow Jones indeksində onu əvəz edən Salesforce-u 271%-lə geridə qoydu

      23 Fevral 2026

      Gənc amerikalılar ev əvəzinə səhmlərə üstünlük verir – Araşdırma

      17 Fevral 2026

      Reuters:”Bakı Fond Birjasının rəhbəri bildirir ki, IPO-lar və xarici tərəfdaşlıqlar artımı sürətləndirəcək”

      13 Fevral 2026

      Çin banklara ABŞ xəzinə istiqrazlarına yatırımları azaltmağı tövsiyə edib

      09 Fevral 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      SOCAR və Samsung E&A anlaşdı

      25 Fevral 2026
      Recent

      SOCAR və Samsung E&A anlaşdı

      25 Fevral 2026

      Qazaxıstanın Ali Audit Palatası Azərbaycanın Hesablama Palatasının maliyyə hesabatlarını audit edib

      25 Fevral 2026

      Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib

      23 Fevral 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Sığorta » A-Qroup Sığorta Şirkətinin xalis mənfəəti 34,24% artıb , likvidliyi 14,12%, sığorta ehtiyatları 4,45%, azalıb
    Sığorta

    A-Qroup Sığorta Şirkətinin xalis mənfəəti 34,24% artıb , likvidliyi 14,12%, sığorta ehtiyatları 4,45%, azalıb

    04 Dekabr 2025
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    A-Qroup Sığorta Şirkəti ASC-nin 2025-ci ilin ilk doqquz ayında xalis mənfəətin 34,24% artaraq 1,657 milyon manata çatması hesabat dövrünün əsas uğurlarından biri kimi qiymətləndirilə bilər. Bu nəticə həm əməliyyat xərclərinin optimallaşdırılması, həm də investisiya fəaliyyətinin gücləndirilməsi ilə bağlıdır.

    GDP xəbər verir ki, A-Qroup Sığorta Şirkəti ASC-nin xalis mənfəətdəki əhəmiyyətli artım əsasən iki faktorun təsirindən formalaşıb:
    – Əsas sığorta xərclərinin 5,63% azalması nəticəsində əməliyyat yükü yüngülləşib və sığorta fəaliyyətinin rentabelliyi yüksəlib.
    – İnvestisiya gəlirlərinin 125,22% kimi yüksək templə artması isə şirkətin maliyyə aktivlərini daha səmərəli idarə etdiyini və investisiya bazarındakı əlverişli şəraitdən maksimum yararlandığını göstərir.

    Faiz/dividend gəlirlərinin 119,38% artması və investisiya zərərinin 82,72% azalması da investisiya portfelinin gücləndiyini təsdiqləyir.

    A-Qroup Sığorta Şirkəti ASC 2025-ci ilik ik 3 rübündə sığorta biznesi üzrə gəlirlər stabil artım xəttini qoruyub. Ümumi sığorta gəlirləri 4,90% artaraq 11,155 milyon manata yüksəlib. Xüsusilə qeyri-şərti sığorta üzrə gəlirlərin 27,30% artması şirkətin yeni risk sahələrində genişlənmə strategiyasının uğurlu olduğunu göstərir. “Digər risklər” kateqoriyasının 307,68% artması isə bu istiqamətdə potensialın böyük olduğunu ortaya qoyur.

    Bununla yanaşı, avtomobil sığortasında 4,82%-lik geriləmə bazarda rəqabətin güclənməsi və ya tarif dəyişiklikləri ilə əlaqədar ola bilər və diqqət tələb edən məqam olaraq qiymətləndirilir.

    Hesabat dövründə şirkət investisiya portfelini şaxələndirərək daha aktiv idarəetmə modeli tətbiq etmişdir. İstiqraz portfeli 18,77% artaraq 8,189 milyon manata yüksəlib. Dövlət istiqrazlarına investisiyanın azalması fonunda “aşağı/dövlət istiqrazları” kateqoriyasına 1,59 milyon manat həcmində yeni vəsait ayırılması portfelin gəlirlilik/risk balansında yenilənmə olduğunu göstərir.

    Ümumilikdə investisiya aktivləri 7,01% artmış və bu, aktivlərin daha böyük hissəsinin gəlir yaradan alətlərə yönəldiyini ifadə edir.

    Şirkətin maliyyə sağlamlığı hesabat dövründə güclənmişdir. Ümumi aktivlərin 3,07% artaraq 25,4 milyon manata çatması, kapitalın isə 6,98% artaraq 15,1 milyon manat səviyyəsində qərarlaşması şirkətin maliyyə dayanıqlığını artırmışdır. Kapital artımının əsas mənbəyi bölüşdürülməmiş mənfəətin və kapital ehtiyatlarının genişlənməsidir.

    Eyni zamanda öhdəliklərin 2,12% azalması maliyyə leverage-nin azaldığını göstərir. Kapital buferinin 2,41% artması şirkətin tənzimləyici normalara uyğunluq və maliyyə təhlükəsizliyi baxımından daha güclü mövqeyə sahib olduğunu təsdiqləyir.

    Bununla yanaşı bir sıra göstəricilər diqqətli yanaşma tələb edir:

    • Pul vəsaitlərinin 14,12% azalması likvidlik səviyyəsinin zəifləməsi kimi qiymətləndirilə bilər. Bu, investisiya yönləndirmələrinin artması və ya debitor yığımının ləngiməsi ilə bağlı ola bilər.

    • Kreditor borclarının 21,83% artması qısamüddətli öhdəliklərin artdığını göstərir. Likvidlik azalması fonunda bu tendensiya risk yarada bilər.

    • Avtomobil sığortası gəlirlərinin azalması şirkətin ənənəvi gəlir mənbələrindən birində zəifləməyə işarə edir.

    • Xalis sığorta əməliyyatlarının 9,39% azalması gələcək dövr üçün sığorta portfelində daralma ehtimalını göstərən siqnaldır.

    Şirkətin müsbət dinamikanı qorumaq və riskləri idarə etmək üçün aşağıdakı istiqamətlərdə tədbirlər görməsi məqsədəuyğun ola bilər:

    1. Likvidlik nəzarətinin gücləndirilməsi, debitor borcların yığımı üzrə konseptual tədbirlərin artırılması.

    2. Kreditor borclarındakı artımın səbəblərinin təhlili və ödəniş dövrlərinin optimallaşdırılması.

    3. Avtomobil sığortası üzrə rəqabət analizinin aparılması, tarif və məhsul siyasətinin yenidən nəzərdən keçirilməsi.

    4. Yüksək artım tempinə malik “digər risklər” sektorunda genişlənmə, məhsul xəttinin diversifikasiyası.

    5. Yeni investisiya alətlərinin risk profilinin davamlı monitorinqi, xüsusilə yüksək gəlirli istiqraz kateqoriyalarında.

    Ümumilikdə A-Qroup 2025-ci ilin ilk 9 ayında maliyyə nəticələrini yaxşılaşdırmış, kapital mövqeyini gücləndirmiş və mənfəətliliyini əhəmiyyətli dərəcədə artırmışdır. Şirkət həm əməliyyat, həm də investisiya baxımından düzgün strategiya həyata keçirmişdir. Bununla yanaşı, qısamüddətli likvidlik göstəriciləri və bəzi sığorta sahələrindəki zəif dinamika diqqətlə izlənilməli və müvafiq tədbirlər görülməlidir. Bu yanaşma şirkətin həm mövcud müsbət tendensiyanı qorumasına, həm də uzunmüddətli davamlı inkişaf strategiyasını formalaşdırmasına imkan verəcək.

    Müəllif: Aynur Qəniyeva

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Azərbaycan Sığorta bazarında ödənişlər artıb, yığımlar azalıb

    25 Fevral 2026

    Aqrar Sığorta Fondunun 2025-ci ilin hesabatı: 9,2 milyon manat ödəniş edilib

    19 Fevral 2026

    ABŞ-da bazar çöküşü risklərinə qarşı sığortaya tələbat artıb

    16 Fevral 2026

    İcbari Sığorta Bürosu 4 yeni elektron xidməti istifadəyə verib

    06 Fevral 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.