Məmnuniyyətlə bildirirəm ki, cəmi 55 gün ərzində ABB səhmlərinə 15,000-dən çox investor tərəfindən 20,000-dən artıq sifariş yerləşdirilib.
GDP xəbər verir ki, bunu ABB -nin İdarə Heyətinin sədri Abbas İbrahimov deyib.
O bildirib: “Bizi qürurlandıran bəzi məqamları sizlərlə də bölüşmək istərdim:
– Təkcə son həftə ərzində 4 minə yaxın yeni investor cəlb edilib, bu rekord göstəricidir.
– Potensial səhmdarlarımızın 25%-i gənclərdir. Gənclərimizin ABB-yə inamı bizim üçün çox dəyərlidir.
– Sifarişlərin 85%-dən artıq hissəsi məhz rəqəmsal kanallarla yerləşdirilib. Kapital bazarlarının rəqəmsallaşmasında pionerlik etmək ayrı bir fəxr hissidir!
– Səhmlərə abunə yazılışının 34%-i isə məhz regionlarımızın payına düşür. Ölkə miqyasında maliyyə maarifləndirilməsinin nəticələr verməsi sevindiricidir.”
Abbas İbrahimov qeyd edib ki,“ABB Bizik” şüarı ilə başladığımız bu yolda bizə inanan, ABB ilə bütünləşməyi seçən hər bir kəsə təşəkkür edirik.