ABŞ Federal Ehtiyat Sisteminin verdiyi qərara əsasən, bir sentlik sikkələrin buraxılışı 2025-ci ilin noyabr ayından etibarən dayandırılıb.
GDP xəbər verir ki, səbəb kimi sikkənin istehsal dəyərinin onun nominal dəyərindən (1 sent) xeyli yüksək olması göstərilib.
Son zərb edilmiş sentlərdən biri keçirilən auksionda 17 milyon ABŞ dolları dəyərində satılıb. Bu qiymət onun tarixi əhəmiyyəti və kolleksiya dəyəri ilə əlaqələndirilir.
Məlumatına görə, sentin istehsalı dayandırıldıqdan sonra qalan ehtiyat sikkələr dövriyyədə qalmaqla, tədricən kolleksiya predmetinə çevriləcək.

