ABŞ-ın ən varlı on texnoloqiya milyardçısının ümumi sərvəti 2025-ci ildə süni intellekt (SİA) sektorundakı buma şəraitində 550 milyard dollardan çox artaraq 2,5 trilyon dollara çatıb.
GDP xəbər verir ki, məlumat Bloomberg-in maliyyə məlumatları əsasında Financial Times tərəfindən yayılıb.
Hesablamalara görə, bu şəxslərin aktivlərinin ümumi dəyəri 24 dekabr bazar bağlanışı məlumatlarına əsasən 2,5 trilyon dollar təşkil edib ki, bu da cari ilin əvvəlindəki 1,9 trilyon dollarla müqayisədə əhəmiyyətli artımı göstərir. Bu dövrdə S&P 500 fond indeksi də təxminən 18% yüksəlib.
Sərvət artımında lideri Tesla və SpaceX-in təsisçisi **İlon Mask** tutur. Onun ümumi sərvəti 49% artım göstərib və 645 milyard dollara çatıb. Mask yalnız sentyabr ayında Oracle şirkətinin qurucusu **Larri Ellison** tərəfindən qısa müddətliyinə üstələnsə də, ilin sonuna 251 milyard dollar sərvəti olan Ellison ümumi reytinqdə beşinci yerdə qərarlaşıb.
SİA bumu ilə bağlı qazanclılardan biri də Nvidia-nın baş direktoru **Censen Xuan** olub. Onun sərvəti 37% artaraq 156 milyard dollara yüksəlib və o, ən varlı texnologiya liderləri siyahısında səkkizinci yeri tutur.
Mütəxəssislər qeyd edirlər ki, süni intellekt texnologiyalarına artan investisiyalar və bu sahədəki şirkətlərin səhm qiymətlərindəki sürətli artım məhz bu milyardçıların sərvətinin rekord sürətlə artmasının əsas səbəbi kimi çıxış edir.

