Close Menu
    What's Hot

    Türk İnvestisiya Fondu və Macarıstan–Qırğızıstan İnkişaf Fondu əməkdaşlıq imkanlarını müzakirə edib

    23 İyul 2026

    Norm “4Sİ Akademiyası – Milli Proqram”ın yeni mərhələsinin tərəfdaşıdır

    23 İyul 2026

    Saxta sahibkarlıqla məşğul olan dəstənin 40 milyon manatlıq MAXİNASİYASI

    23 İyul 2026
    Trending
    • Türk İnvestisiya Fondu və Macarıstan–Qırğızıstan İnkişaf Fondu əməkdaşlıq imkanlarını müzakirə edib
    • Norm “4Sİ Akademiyası – Milli Proqram”ın yeni mərhələsinin tərəfdaşıdır
    • Saxta sahibkarlıqla məşğul olan dəstənin 40 milyon manatlıq MAXİNASİYASI
    • Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketini təsdiqləyib
    • SOCAR dekarbonizasiya və rəqəmsallaşma sahəsində yeni əməkdaşlıq imkanlarını dəyərləndirib
    • Türkiyə Mərkəzi Bankı ardıcıl dördüncü dəfə faiz dərəcəsini dəyişməz saxlayacaq – Bloomberg
    • Brent markalı neftin qiyməti son altı həftədə ilk dəfə 95 dolları ötüb
    • Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Türkiyə Mərkəzi Bankı ardıcıl dördüncü dəfə faiz dərəcəsini dəyişməz saxlayacaq – Bloomberg

      22 İyul 2026
      Recent

      Türkiyə Mərkəzi Bankı ardıcıl dördüncü dəfə faiz dərəcəsini dəyişməz saxlayacaq – Bloomberg

      22 İyul 2026

      Rabitəbank Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüş keçirib

      21 İyul 2026

      Cəlal Orucov: “Qarşıdakı aylarda UnionPay kartları POS və mPOS şəbəkəmizdə qəbul ediləcək”

      20 İyul 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      Özəlləşdirmə çekləri ilə bağlı yayılan məlumatlar yalandır – Birgə açıqlama

      20 İyul 2026

      Ziraat Bank 30 milyon manat həcmində istiqraz buraxır bu investorlar üçün fürsətdir, yoxsa risk?

      19 İyul 2026

      Milli Depozit Mərkəzinin İdarə Heyətinə üzv təyin edilib

      16 İyul 2026

      İnvestisiya şirkətlərinin reytinqi: bazar payları və dövriyyə üzrə müqayisəli təhlil

      08 İyul 2026

      Brent markalı neftin qiyməti son altı həftədə ilk dəfə 95 dolları ötüb

      22 İyul 2026

      Neft yenidən bahalaşır-Brent uzun müddətdən sonra ilk dəfə 90 dolları ötüb

      21 İyul 2026

      Neft qiymətləri ABŞ–İran atəşkəs təklifi fonunda ucuzlaşıb

      20 İyul 2026

      Asiya bazarlarında çöküş sürətlənir- Koreya, süni intellekt və yarımkeçiricilər təzyiq altındadır

      17 İyul 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      “Strategy” ilk dəfə həftəlik bitcoin alışını dayandırdı

      25 May 2026

      Coinbase 2026-cı ilin birinci rübündə 88 milyon dollarlıq bitcoin alıb

      08 May 2026

      BlackRock: Bitcoin-in qlobal dəyər saxlancı sahəsində real rəqibi yoxdur

      05 May 2026

      Brent markalı neftin qiyməti son altı həftədə ilk dəfə 95 dolları ötüb

      22 İyul 2026

      Neft yenidən bahalaşır-Brent uzun müddətdən sonra ilk dəfə 90 dolları ötüb

      21 İyul 2026

      Özəlləşdirmə çekləri ilə bağlı yayılan məlumatlar yalandır – Birgə açıqlama

      20 İyul 2026

      Neft qiymətləri ABŞ–İran atəşkəs təklifi fonunda ucuzlaşıb

      20 İyul 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      SOCAR dekarbonizasiya və rəqəmsallaşma sahəsində yeni əməkdaşlıq imkanlarını dəyərləndirib

      22 İyul 2026
      Recent

      SOCAR dekarbonizasiya və rəqəmsallaşma sahəsində yeni əməkdaşlıq imkanlarını dəyərləndirib

      22 İyul 2026

      Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub

      22 İyul 2026

      Yarımildə 1 034 müəssisə və 7 244 rüblük hesabat – rəqəmsal maliyyə nəzarəti güclənir

      21 İyul 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Digər » London birjasında ilk qadın brokerə icazə verilməsindən 53 il keçdi: statistik bərabərlik, real bərabərsizlik
    Bloq yazıları

    London birjasında ilk qadın brokerə icazə verilməsindən 53 il keçdi: statistik bərabərlik, real bərabərsizlik

    27 Mart 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    1973-cü ilin 26 mart tarixində Susan Şou London Fond Birjasının polad qapılarından içəri addımlayanda, o, sadəcə bir broker kimi deyil, 172 illik kişi hegemonluğunu qıran bir pioner kimi tarixə düşdü. Lakin bu qələbə nə asan qazanılmışdı, nə də sistemli bərabərsizliyin sonu idi. Bu gün, həmin hadisədən 53 il keçməsinə baxmayaraq, Londonun maliyyə mərkəzi olan “Siti” (The City) hələ də keçmişin kölgələrindən tam xilas ola bilməyib.

    1950–60-cı illərdə qadınların birjaya daxil olmaq cəhdləri qarşısında irəli sürülən “texniki infrastruktur çatışmazlığı”- yəni qadın tualetlərinin olmaması- əslində sistemli diskriminasiyanın utancverici bir «səbəbi» idi. Bu arqument o dövrün idarəçiləri tərəfindən ciddi bir hüquqi əsas kimi təqdim edilsə də, gerçəkdə yalnız mövcud kişi hegemonluğunu qorumağa xidmət edirdi.

    Muriel Vudun illərlə davam edən israrlı müraciətləri və Germaine Greerin “The Female Eunuch” (1970) əsərinin yaratdığı intellektual dalğa ictimai rəydə mühüm dönüş nöqtəsi oldu. Bu əsər göstərdi ki, problem infrastrukturda deyil, mentalitetdədir. Maliyyə institutlarının “texniki” adlandırdığı maneələr əslində dərin kök salmış kişimərkəzli dəyər sisteminin nəticələrindən başqa bir şey deyildi.

    1973-cü il islahatı könüllü bir inkişafın deyil, regional birjaların inteqrasiyası nəticəsində yaranan hüquqi çıxılmazlığın məhsulu idi. Bu fakt bizə mühüm bir institusional dərs verir: maliyyə kimi mühafizəkar sahələrdə transformasiya çox vaxt daxili etik arzulardan deyil, xarici hüquqi və iqtisadi məcburiyyətlərdən doğur.Təəssüflə qeyd edilməlidir ki, bu tarixi dəyişiklik qapıları açdı; lakin içəridəki qayda-qanunları dəyişdirmədi

    Bu gün qadınlar Londonun maliyyə sektorundakı işçi qüvvəsinin əhəmiyyətli hissəsini təşkil edirlər. Lakin statistikaya dərindən nəzər yetirdikdə narahatedici bir mənzərə ortaya çıxır: giriş səviyyəsində qadın və kişilərin sayı demək olar ki, bərabər olsa da, idarə heyəti və yüksək rəhbərlik (C-suite) pilləsinə qalxdıqca qadınların sayı kəskin şəkildə azalır.

    Bu hadisə akademik ədəbiyyatda “boru xəttinin sızması” fenomeni kimi təsvir olunur. Məzmunu belədir: qadınlar karyera nərdivanının hər pillələrindən azalmaqda davam edir – yalnız üst mərtəbəyə çatanda deyil, yolun ortasında da bu faktor özünü göstərir.  Bunun arxasında görünməz qərəzlər, mentorluğa qeyri-bərabər çıxış, şəbəkə qurma imkansızlıqları və analıqla bağlı karyera kəsilmələri kimi çoxsaylı struktur amillər dayanır.

    Böyük Britaniyanın rəsmi statistikasına görə, maliyyə və sığorta sektorlarında kişi və qadınların orta saatlıq qazancı arasındakı fərq 20-25% civarında qalmaqdadır. Bu göstərici digər sektorların çoxundan xeyli yüksəkdir.

    Maraqlı olan odur ki, bu fərqin böyük hissəsi birbaşa maaşlarda deyil, bonus strukturlarında özünü göstərir. Maliyyə sektorunun ümumi əmək haqqının böyük hissəsini təşkil edən bonus paketləri qeyri-şəffaf meyarlarla bölünür. Bu isə cinsiyyət fərqini ölçmək və aradan qaldırmaq prosesinə ciddi maneə yaradır:

    • Bonus müzakirələri çox vaxt qeyri-rəsmi müzakirə mühitlərində (kişi üstünlüklü şəbəkələrdə) baş verir
    • Qadınların xidmət müddəti orta hesabla daha qısa olduğundan staja görə ödəmə sistemlərindən daha az faydalanırlar
    • Analıq məzuniyyəti karyera yüksəlişini yavaşlatmaqla bonus hüququna dolayı təsir edir

    Susan Şounun həmin tarixi gündən sonra evə qayıdıb özünü televizorda izləyərkən paltar ütüləməsi , o dövrün qadınları üzərinə yüklənən “ikiqat yük”ün — həm peşəkar, həm də evdəki məsuliyyətin – ən bariz simvoludur. Bu obraz yalnız tarixi bir anekdot deyil; o dövrün sosial gözləntiləri haqqında dərin bir həqiqəti ifadə edir.

    Məsələ budur ki, bu ikiqat yük müasir dövrdə də tam aradan qalxmayıb. Araşdırmalar göstərir ki, maliyyə sektorunda yüksək vəzifəli qadınlar hələ də ev işlərinin qeyri-proporsional payını daşıyır. Pandemiya dövründə bu bərabərsizlik daha da kəskinləşdi.

    “Siti”nin gələcəyi artıq təkcə kişi ədaləti üzərində deyil, müxtəliflik və inklüzivliyin gətirdiyi institusional rəqabət üstünlüyü üzərində formalaşmalıdır. McKinsey, BCG və digər aparıcı tədqiqat qurumlarının məlumatları göstərir ki, gender müxtəlifliyinə sahib idarə heyətlərinin maliyyə nəticələri orta sektoral göstəricilərdən əhəmiyyətli dərəcədə yüksəkdir.

    Bu kontekstdə aşağıdakı sistemli dəyişikliklər prioritet kimi müəyyən edilməlidir:

    • Şəffaf və ölçülə bilən bonus meyarlarının tətbiqi
    • Sponsorluq (yalnız mentorluq deyil) proqramlarının genişləndirilməsi
    • Analıq/atalıq məzuniyyətinin struktur bərabərsizlik kimi deyil, institusional investisiya kimi qəbul edilməsi
    • İdarə heyəti tərkibi üçün hesabatlı gender hədəflərinin qoyulması

    Bütün bunlar onu  göstərir ki,  əsl bərabərlik yalnız qadınların o qapılardan keçməsi ilə deyil, içəridəki qərarvermə mexanizmlərində tam təmsil olunması ilə mümkündür

    Susan Şounun 1973-cü ildəki addımı bir simvol olaraq tarixə düşdü. Lakin simvollar kifayət deyil. Maliyyə dünyasında həqiqi transformasiya o zaman baş verəcəkdir ki, qadınların iştirakı yalnız say statistikasında deyil, qərar qəbuletmə cədvəlinin başında da əks olunacaq. Bu yolda hüquqi çərçivələr vacibdir; lakin daha vacib olan institusional mədəniyyətin dönüşüdür müəssləə dair formal statistikarda  deyil içindəki dəyər sisteminin yıxılmasıdır.

    Müəllif: Aynur Qəniyeva

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketini təsdiqləyib

    23 İyul 2026

    AZAL sərnişinlərə daha yüksək komfort vəd edən növbəti “A320neo”nu istismara verdi-2032-yə qədər 50 təyyarə hədəfləyir

    21 İyul 2026

    Google 4,1 milyard avro cərimədən yayına bilmədi

    05 İyul 2026

    OPEC+ avqustda neft hasilatını 188 min barel artıracaq

    05 İyul 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.