OPEC+ alyansına daxil olan yeddi ölkə 2026-cı ilin dekabr ayında neft hasilatını sentyabr ayı üçün müəyyən edilmiş səviyyədə saxlamaq barədə qərar qəbul edib.
GDP.AZ xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Küveyt, Qazaxıstan, Əlcəzair və Omanın noyabrın 1-də keçirilən virtual görüşündə razılıq əldə olunub.
Görüş zamanı iştirakçı ölkələr qlobal neft bazarındakı mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə ediblər.
2023-cü ilin aprel və noyabr aylarında neft hasilatının əlavə könüllü tənzimlənməsini elan etmiş yeddi ölkə dekabr ayında hasilat səviyyəsini dəyişməz saxlamaq qərarına gəlib.
İştirakçı ölkələr, həmçinin Əməkdaşlıq Bəyannaməsi çərçivəsində üzərlərinə götürdükləri öhdəliklərə tam əməl etmək niyyətlərini bir daha təsdiqləyiblər.
Bildirilib ki, OPEC+ ölkələri neft bazarındakı vəziyyəti qiymətləndirmək məqsədilə aylıq görüşlərini davam etdirəcəklər.
Növbəti görüşün noyabrın 29-da keçirilməsi planlaşdırılır.

