Abşeron Ticarət Mərkəzində 2 000 kvadratmetrdən çox ərazini əhatə edən ölkənin ən böyük mərkəzləşdirilmiş boya mərkəzi fəaliyyətə başlayıb.
GDP xəbər verir ki, məlumata görə, oktyabrın 28-də açılışı baş tutan yeni mərkəzdə yerli və beynəlxalq brendlərin dekorativ, inşaat, sənaye və mebel boyaları, eləcə də rəngləmə üçün zəruri materiallar və divar kağızları təqdim olunur.
Müştərilər istədikləri rəng çalarını seçərək boyanı birbaşa mağazada hazırlada, təmir və dekorasiya üçün lazım olan məhsulları isə vahid məkandan əldə edə bilərlər.
Abşeron Ticarət Mərkəzinin Kommersiya direktorluğunun Korporativ Satış müdiri Mahir Quliyev bildirib ki, yeni mərkəzin yaradılmasında əsas məqsəd müştərilərə geniş seçim imkanları təqdim etmək və təmir prosesini asanlaşdırmaqdır.
Onun sözlərinə görə, yaxın gələcəkdə boya mərkəzinin sahəsinin 4 000 kvadratmetrə qədər genişləndirilməsi, məhsul çeşidinin və təmsil olunan brendlərin sayının artırılması nəzərdə tutulur.
Qeyd edək ki, divar kağızları sahəsində “Megawall” şirkətinin xüsusi çap texnologiyası da tətbiq olunur. Bu texnologiya vasitəsilə müştərilər seçdikləri təsvirləri birbaşa divar kağızına çap etdirə bilərlər.
Hazırda yeni mərkəzin açılışı münasibətilə boya və divar kağızlarına 50%-dək endirim kampaniyası keçirilir. Kampaniyanın şərtləri və müddəti barədə ətraflı məlumatı *6767 nömrəsi ilə əlaqə saxlayaraq əldə etmək mümkündür.



















