Azərbaycan Mərkəzi Bankının (AMB) keçmiş baş direktoru Vüqar Əhmədov yeni vəzifəyə təyin olunub.
GDP xəbər verir ki, o, iqtisadiyyat naziri Mikayıl Cabbarovun müşaviri təyin edilib.
Vüqar Əhmədov 2026-cı il avqustun 28-də öz ərizəsi ilə AMB-nin baş direktoru vəzifəsindən ayrılıb.
Qeyd edək ki, Vüqar Əhmədov 2009-cu ildən Mərkəzi Bankda çalışıb. Müxtəlif illərdə qurumun Tədqiqatlar departamentində rəhbər vəzifələr tutub, 2013–2017-ci illərdə Tədqiqatlar və İnkişaf Mərkəzinin direktoru olub. O, 2017-ci ilin dekabrından 2026-cı ilin avqustunadək AMB-nin baş direktoru vəzifəsində çalışıb.

