ABŞ fond bazarlarında ticarət sessiyası əsas indekslərin fərqli istiqamətlərdə hərəkəti ilə başlayıb. İnvestorlar Federal Ehtiyat Sisteminin (FED) faiz qərarını gözləyir və şirkətlərin rüblük maliyyə nəticələrini qiymətləndirirlər.
Bakı vaxtı ilə saat 17:49-a olan məlumata görə, Dow Jones indeksi 0,14% artaraq 52 450,37 bəndə, S&P 500 isə 0,01% yüksələrək 7 723 bəndə çatıb. Nasdaq indeksi isə 0,1% azalaraq 26 451,08 bəndə enib.
FED-in əsas faiz dərəcəsi ilə bağlı qərarını Bakı vaxtı ilə saat 22:00-da açıqlayacağı gözlənilir. Əksər analitik və iqtisadçılar faiz dərəcəsinin 3,75–4% səviyyəsində saxlanılacağını proqnozlaşdırırlar.
CME FedWatch məlumatlarına əsasən, bazar iştirakçıları çərşənbə günü faiz dərəcəsinin artırılması ehtimalını 9,4%, dekabrda artırılması ehtimalını isə 84,3% qiymətləndirirlər.

