Close Menu
    What's Hot

    Azərbaycanda nağd dollar alışı və satışı azalıb, rubl alışı iki dəfədən çox artıb

    27 Oktyabr 2026

    Böhran əvvəlcə pıçıldayır, sonra qışqırır-böhranlara qarşı erkən xəbərdarlıq sisteminin qurulması

    27 Oktyabr 2026

    Azərbaycan Mərkəzi Bankının beynəlxalq ehtiyatları 4 milyard dollardan çox artıb

    27 Oktyabr 2026
    Trending
    • Azərbaycanda nağd dollar alışı və satışı azalıb, rubl alışı iki dəfədən çox artıb
    • Böhran əvvəlcə pıçıldayır, sonra qışqırır-böhranlara qarşı erkən xəbərdarlıq sisteminin qurulması
    • Azərbaycan Mərkəzi Bankının beynəlxalq ehtiyatları 4 milyard dollardan çox artıb
    • Manatın dəyəri ticarət tərəfdaşlarının valyutalarına qarşı necə dəyişib?
    • Əhalinin manatla əmanətləri 26,5% artaraq 13 milyard manatı ötüb
    • Bankların vergi ödənişləri 26%, xalis mənfəəti 19%-ə yaxın artıb
    • OPEC+ hasilat kvotalarını dəyişməyə bilər
    • “Azər Türk Bank”ın Müşahidə Şurasının tərkibində dəyişiklik nəzərdə tutulur
    pashabank
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Azərbaycanda nağd dollar alışı və satışı azalıb, rubl alışı iki dəfədən çox artıb

      27 Oktyabr 2026
      Recent

      Azərbaycanda nağd dollar alışı və satışı azalıb, rubl alışı iki dəfədən çox artıb

      27 Oktyabr 2026

      Azərbaycan Mərkəzi Bankının beynəlxalq ehtiyatları 4 milyard dollardan çox artıb

      27 Oktyabr 2026

      Manatın dəyəri ticarət tərəfdaşlarının valyutalarına qarşı necə dəyişib?

      27 Oktyabr 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      Azərbaycan şirkətlərinin London Fond Birjasına çıxışı müzakirə olunub – Londonda mühüm görüş

      26 Oktyabr 2026

      “PAŞA Kapital” və İnnovasiyalar Mərkəzi maliyyə savadlılığı üzrə əməkdaşlıq edəcək

      21 Oktyabr 2026

      ABB Invest Daşkənddə neft-qaz layihələrinin maliyyələşdirilməsi təcrübəsini bölüşüb

      21 Oktyabr 2026

      10 min manatlıq PAŞA Bank səhmi nə qədər qazandıra bilər?- RƏQƏMLƏRLƏ İZAH

      17 Oktyabr 2026

      Brent neftinin qiyməti 110 dollardan aşağı düşüb

      26 Oktyabr 2026

      Avropada qazın qiyməti 1 000 kubmetr üçün 1 070 dolları ötüb

      23 Oktyabr 2026

      ABŞ süni intellekt və yarımkeçirici sektorlarına xarici investisiyaları məhdudlaşdırmağa hazırlaşır

      23 Oktyabr 2026

      ABŞ-ın texnologiya şirkətləri bir gündə təxminən 1,2 trilyon dollar dəyər itirib

      23 Oktyabr 2026

      Steyblkoin köçürmələrinin həcmi III rübdə 891 milyard dollara çatıb

      25 Oktyabr 2026

      BlackRock-un investisiya yatırdığı Securitize şirkəti Solana blokçeynində tokenləşdirilmiş səhmlər buraxmağa başlayıb

      08 Oktyabr 2026

      WSJ: Ripple Uoll-Strit banklarının ciddi rəqibinə çevrilir

      08 Oktyabr 2026

      Bitkoin 550 milyon dollarlıq mövqelərin məcburi bağlanmasından sonra ucuzlaşıb

      07 Oktyabr 2026

      Azərbaycan şirkətlərinin London Fond Birjasına çıxışı müzakirə olunub – Londonda mühüm görüş

      26 Oktyabr 2026

      Brent neftinin qiyməti 110 dollardan aşağı düşüb

      26 Oktyabr 2026

      Steyblkoin köçürmələrinin həcmi III rübdə 891 milyard dollara çatıb

      25 Oktyabr 2026

      Avropada qazın qiyməti 1 000 kubmetr üçün 1 070 dolları ötüb

      23 Oktyabr 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

      26 Oktyabr 2026
      Recent

      Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

      26 Oktyabr 2026

      Vergi Xidmətində tələblər: qanunazidd əmrlərə görə məsuliyyət, rəhbərlərin intizam öhdəliyi, şəxsi davranış və xidməti vəsiqədən istifadə qaydaları

      23 Oktyabr 2026

      Maliyyə Monitorinqi Xidmətinin departament rəhbəri Fuad Əliyev: “ŞƏMS sisteminə gündə orta hesabla 25 minə yaxın məlumat daxil olur”

      22 Oktyabr 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    pashabank
    Gdp.azGdp.az
    Ana səhifə » Digər » Böhran əvvəlcə pıçıldayır, sonra qışqırır-böhranlara qarşı erkən xəbərdarlıq sisteminin qurulması
    Bloq yazıları

    Böhran əvvəlcə pıçıldayır, sonra qışqırır-böhranlara qarşı erkən xəbərdarlıq sisteminin qurulması

    27 Oktyabr 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    Şirkətdə və ya dövlət qurumunda böhran yarananda çox vaxt eyni sözü eşidirik: “Heç gözləmirdik, qəfil baş verdi”. Doğrudan da, qəfil baş verən hadisələr var. Amma bəzi böhranlar gələcəyini əvvəlcədən xəbər verir. Vətəndaşlar və ya müştərilər eyni məsələdən şikayətlənirlər, əməkdaşlar problemin böyüdüyünü deyirlər, jurnalistlər suallar göndərirlər. Sosial şəbəkələrdə də arabir həmin mövzuya rast gəlinir.

    Sadəcə, şirkət bunların hərəsinə ayrı məsələ kimi baxır. Müştərinin şikayətini satış şöbəsinə, işçinin xəbərdarlığını kadrlar şöbəsinə, jurnalistin sualını isə PR mütəxəssisinə ötürürlər. Hər kəs özünə aid hissəni görür. Bəs bütün bunları yan-yana qoyub ümumi mənzərəyə kim baxır?

    Bir gün mövzu böyüyəndə məlum olur ki, əslində, xəbərdarlıq çoxdan varmış. Sadəcə, heç kim onu ciddi qəbul etməyib.

    Hər problem böhran deyil

    İstənilən qurumda problem olur. Müştəri narazı qalır, məhsul gecikir, texniki nasazlıq yaranır, tərəfdaşla fikir ayrılığı yaşanır. Bunların hamısını böhran adlandırsaq, gərək hər gün böhran rejimində işləyək. Amma adi görünən problemin hansı halda böyüyəcəyini də nəzərdən qaçırmaq olmaz.

    Məsələn, şirkətlə müştəri arasında müqavilə mübahisəsi yaranıb. Hüquqşünas sənədə baxıb deyir ki, şirkət haqlıdır. Ola bilər, həqiqətən də haqlıdır. Amma müştəri hadisəni sosial şəbəkədə paylaşır və insanlar bunu “böyük şirkət sadə vətəndaşın haqqını yeyir” kimi qəbul edirlər. Bu halda müqavilənin hansı bəndinə istinad etdiyiniz hamını maraqlandırmayacaq. İnsanlar sizin həmin adama necə davrandığınıza da baxacaqlar.

    Ona görə kommunikasiya mütəxəssisi məsələnin hüquqi tərəfini bilməklə yanaşı, onun cəmiyyətdə necə qarşılanacağını da düşünməlidir. Kimlər narazı qala bilər? Mövzuya başqa kim qoşula bilər? Şirkətin izahı insanlara inandırıcı görünəcəkmi?

    Şikayətləri saymaqla iş bitmir

    Bəzən rəhbərin qarşısına monitorinq hesabatı qoyulur: bu ay şirkət haqqında bu qədər xəbər çıxıb, bu qədər mənfi şərh yazılıb. Yaxşı, sonra? Həmin rəqəmlərə baxıb hansı qərarı vermək lazımdır?

    Tutaq ki, bir qurum haqqında ay ərzində 200 mənfi paylaşım edilib. Onların əksəriyyəti bir-birini təkrarlayan, geniş yayılmayan şərhlər də ola bilər. Amma cəmi bir neçə paylaşımda sənədlə göstərilən ciddi problem varsa, ona ayrıca baxmaq lazımdır. Xüsusən, həmin məsələ ilə jurnalistlər də maraqlanmağa başlayıblarsa.

    Sayla yanaşı, narazılığın səbəbini, kimdən gəldiyini, kimlərə çatdığını və əvvəlki həftə ilə müqayisədə nə dəyişdiyini öyrənmək lazımdır. PR mütəxəssisinin işi rəhbərə sadəcə “haqqımızda pis yazırlar” deməklə bitmir. O, hansı mövzunun böyüyə biləcəyini və bunun qarşısında nə etmək lazım olduğunu da izah etməlidir.

    Xəbərdarlıq yalnız mediadan gəlmir

    Beynəlxalq praktikada “Issues Management” deyilən yanaşma var. Sadə dillə desək, qurum üçün problem yarada biləcək məsələləri vaxtında görmək və böyüməmiş onlarla məşğul olmaq. Bunun üçün xəbər saytlarını və sosial şəbəkələri izləmək kifayət etmir. Bəzən ən vacib məlumat hələ internetə çıxmamış olur. Çağrı mərkəzində eşidilmiş, satış əməkdaşına çatdırılmış, vətəndaş qəbulunda səslənmiş olur.

    Məsələn, eyni məhsul barədə bir həftədə on nəfər şikayət edib. Hərəsinə ayrılıqda cavab verilib, müraciət də bağlanıb. Hesabatda hər şey qaydasında görünür. Amma on nəfərin səkkizinin eyni qüsurdan danışdığını kimsə görüb istehsala məlumat veribmi?

    Erkən xəbərdarlıq sistemi məhz belə işləməlidir. Müxtəlif şöbələrdə toplanan məlumat bir yerdə qiymətləndirilməlidir ki, təkrarlanan problem diqqətdən yayınmasın.

    Böhran birdən-birə böyüməyə də bilər

    Bəzi hallarda əvvəl ayrı-ayrı şikayətlər görünür. Sonra həmin adamlar bir-birini tapırlar. Məlum olur ki, eyni problemlə üzləşən başqaları da var. Mövzu yayılır, media maraqlanır, qurumdan cavab gözlənilir.

    Şirkət hələ də bunu “bir neçə narazı müştəri” məsələsi sayırsa, gecikə bilər. Çünki müəyyən mərhələdən sonra insanlar təkcə ilkin hadisəni yox, rəhbərliyin davranışını da müzakirə etməyə başlayırlar: bilirdilərsə, niyə tədbir görməyiblər?

    Əlbəttə, hər hadisə bu ardıcıllıqla getmir. Bəzən ciddi qəza və ya başqa ağır hadisə dərhal böhran yaradır. Amma böyüməsi vaxt alan problemlərdə həmin vaxtdan istifadə etmək lazımdır.

    Risk xəritəsi hazırlanmalıdır və kompüterdə qalmamalıdır

    Hər tənqiddən təşvişə düşmək də düzgün deyil. Hansı məsələnin sadəcə izlənəcəyini, hansına dərhal müdaxilə olunacağını əvvəlcədən müəyyənləşdirmək lazımdır. Problem neçə nəfərə təsir edir? İnsanların sağlamlığına və təhlükəsizliyinə aidiyyəti varmı? Nə qədər sürətlə yayılır? Qurumun məsuliyyəti nədir? Vaxtında həll olunmasa, nə baş verə bilər?

    Bu suallar əsasında risk xəritəsi hazırlanmalıdır. Hər risk üzrə məsul şəxs, məlumatın kimə çatdırılacağı və hansı halda rəhbərliyin müdaxiləsinin lazım olduğu bilinməlidir.

    Amma sənədi hazırlayıb qovluğa qoymaqla iş bitmir. Komanda onunla işləməyi bacarmalıdır. Sınayın: sabah bu hadisə baş versə, kim kimə zəng edəcək? Məlumatı kim yoxlayacaq? Qərarı kim verəcək? Belə simulyasiyalarda üzə çıxan qarışıqlığı sakit vaxtda düzəltmək daha asandır.

    Hazır açıqlama hələ hazırlıq deyil

    Əvvəlcədən açıqlama mətnləri yazmaq faydalıdır. Amma böhran başlayanda sözçü kimin olduğunu bilmirsə, hüquqşünasla PR mütəxəssisi razılaşa bilmirsə, rəhbər də əlçatan deyilsə, həmin mətnin xeyri az olacaq.

    Kimin danışacağı, məlumatı kimin təsdiqləyəcəyi, əməkdaşlara, müştərilərə və digər tərəflərə nə vaxt xəbər veriləcəyi əvvəlcədən razılaşdırılmalıdır. Əsas kommunikasiya kanalı işləməsə, alternativ də hazır olmalıdır.

    Bir məsələni də unutmayaq: problem davam edirsə, yalnız açıqlama ilə onu həll etmək mümkün deyil. Müştərinin məhsulu çatmayıbsa, ona yaxşı yazılmış mətnlə yanaşı, konkret həll də lazımdır.

    Rəhbərlik PR-dan vaxtında istifadə etməlidir

    Bəzi qurumlarda kommunikasiya mütəxəssisini qərar veriləndən sonra çağırırlar: “Bunu ictimaiyyətə yaxşı izah etmək lazımdır” deyirlər. Halbuki həmin adamın qərar müzakirə olunanda iştirakı daha faydalı ola bilərdi. O, hansı addımın narazılıq yaradacağını, kimə əvvəlcədən məlumat verməyin lazım olduğunu, hansı izahın yetərsiz qalacağını göstərə bilərdi.

    Bunun üçün kommunikasiya rəhbərinin məlumatlara çıxışı və risk barədə rəhbərliyə birbaşa danışmaq imkanı olmalıdır. Ondan yalnız yaxşı xəbər gözləyirsinizsə, erkən xəbərdarlıq sistemi qurmaq çətin olacaq.

    Heç bir hazırlıq bütün böhranların qarşısını almır. Amma təhlükəni vaxtında görmək quruma seçim imkanı verir. Problemi araşdırmağa, zərəri azaltmağa, insanlarla danışmağa vaxt qalır. Böhran qışqıranda onsuz da hamı eşidir. Peşəkarlıq onun pıçıltısını vaxtında duyub tədbir görməkdir.

    Müəllif: Vüqar Baba — strateji kommunikasiya eksperti

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    OPEC+ hasilat kvotalarını dəyişməyə bilər

    27 Oktyabr 2026

    Merts: Almaniya iqtisadiyyatının təcili dəyişikliklərə ehtiyacı var

    25 Oktyabr 2026

    Varlı investorlar qızıl ehtiyatlarını Sinqapura köçürür: Həcm 16 dəfə artıb

    23 Oktyabr 2026

    Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

    22 Oktyabr 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.