Əhalinin manatla əmanətləri 2 milyard 757,7 milyon manat və ya 26,50% artaraq 13 milyard 162,5 milyon manata çatıb.
GDP xəbər verir ki, xarici valyutada əmanətlər isə 301,6 milyon manat və ya 6,07% artaraq 5 milyard 273,8 milyon manat təşkil edib.
Manatla əmanətlərin daha sürətlə artması fiziki şəxslərin ümumi əmanətlərinin valyuta strukturunda dəyişikliklə müşayiət olunub. Belə ki, milli valyutada əmanətlərin payı 67,7%-dən 71,4%-ə yüksəlib. Bu, 3,7 faiz bəndi artım deməkdir. Xarici valyutada əmanətlərin payı isə eyni həcmdə azalaraq 32,3%-dən 28,6%-ə enib.
Fiziki şəxslərin müddətli əmanətlərində də artım qeydə alınıb. Bu əmanətlərin həcmi 2 milyard 11,4 milyon manat və ya 20,69% artaraq 11 milyard 731,6 milyon manata çatıb.

