ABŞ prezidenti Donald Tramp ölkəsinin Venesueladan 1 milyon barel neft qəbul etməyə hazır olduğunu bildirib.
GDP xəbər verir ki, açıqlama qlobal enerji tədarükü istiqamətlərinin dəyişməsi fonunda səsləndirilib.
“TradeTourney”nin şərhinə görə, bazar üçün əsas əhəmiyyət daşıyan tədarükün həcmindən çox, bu addımın gələcək əməkdaşlıq barədə verdiyi siqnaldır. Bir milyon barel neft dünyanın gündəlik istehlakının 1%-dən azını təşkil edir.
Şərhdə qeyd olunur ki, birdəfəlik tədarük sonradan davamlı təchizat kanalına çevrilərsə, ağır neft növlərinin qiymətinə əlavə olunan risk payı azala bilər. Bu halda Venesuela, İran və Rusiya arasında alıcılar uğrunda rəqabətin güclənməsi də mümkündür.
Brent və WTI neftinin qiymətlərinə birbaşa təsirin məhdud olacağı qiymətləndirilir. Bununla belə, sözügedən addım ABŞ-nin öz neft emalı zavodlarının maraqları naminə sanksiya təzyiqini müəyyən hallarda yumşaltmağa hazır olması kimi şərh edilir.
Tədarükün birdəfəlik sövdələşmə ilə məhdudlaşacağı, yoxsa daha davamlı əməkdaşlığa çevriləcəyi isə hələlik aydın deyil.

