ABŞ-ın neft ehtiyatları həftə ərzində 4,87 milyon barrel azalıb
GDP xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyinin həftəlik hesabatında deyilir
Bildirilir ki, ABŞ-da kommersiya neft ehtiyatları ötən həftə 4,87 milyon barrel azalaraq 440,23 milyon barrelə düşüb, .
Benzin ehtiyatları 3,33 milyon barel artıb. Kommersiya kondensat ehtiyatları 3,45 milyon barel artaraq 128,07 milyon barelə çatıb.
Mütəxəssislər neft ehtiyatlarının 1,08 milyon barrel azalacağını, benzin ehtiyatlarının 1,23 milyon barrel azalacağını və kondensat ehtiyatlarının 200 min barrel artacağını gözləyirdilər.