Close Menu
    What's Hot

    AZCON Holding və Azərbaycan Texniki Universiteti arasında yeni mühəndislik məktəbinin təqdimatı keçirilib

    14 May 2026

    Çinin Xpeng şirkəti Volkswagen-in Avropa zavodunu almaq ərəfəsində

    14 May 2026

    SOCAR Özbəkistanda nümayəndəlik açacaq

    13 May 2026
    Trending
    • AZCON Holding və Azərbaycan Texniki Universiteti arasında yeni mühəndislik məktəbinin təqdimatı keçirilib
    • Çinin Xpeng şirkəti Volkswagen-in Avropa zavodunu almaq ərəfəsində
    • SOCAR Özbəkistanda nümayəndəlik açacaq
    • Nabiullina ilin sonu Duma seçkilərindən sonra vəzifəsini tərk edəcək
    • Aqrar Sığorta Fondu müstəqil ekspert sertifikatı üçün növbəti təlimlərə başlayır
    • Anthropic-in dəyəri OpenAI-i keçə bilər-şirkətin bazar dəyəri rekord həddə yüksəlib
    • Rövşən Rüstəmov: “Ən böyük qazancların harada olduğuna dair aydın mənzərəmiz var”
    • SOCAR “İtalyana Petroli”nin 99,82% səhminin satın almasını başa çatdırıb
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Nabiullina ilin sonu Duma seçkilərindən sonra vəzifəsini tərk edəcək

      13 May 2026
      Recent

      Nabiullina ilin sonu Duma seçkilərindən sonra vəzifəsini tərk edəcək

      13 May 2026

      “Təqdim olunan şərtlər maraqlarımıza uyğun gələrsə, ilin sonuna kimi beynəlxalq bazarda istiqraz buraxacağıq” – ABB rəhbəri Abbas İbrahimov

      10 May 2026

      ABB-nin rəhbəri Abbas İbrahimov: “Rusiyadakı törəmə bankımız ötən il 50 milyon dollar qazanıb”

      08 May 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      ABB 1 ilə 9%, 2 ilə 10% gəlir vəd edən yeni istiqrazlar buraxır

      24 Aprel 2026

      “Azərpoçt”un rəhbəri vəzifəsindən ayrılan İsi Mustafayev yeni vəzifəyə təyin olunub

      20 Aprel 2026

      İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb

      14 Aprel 2026

      Azərbaycanda 500 min manat kapital ilə yeni broker şirkət yaradılıb

      07 Aprel 2026

      Anthropic-in dəyəri OpenAI-i keçə bilər-şirkətin bazar dəyəri rekord həddə yüksəlib

      12 May 2026

      Tramp: ABŞ-da enerji böhranı yoxdur, neft ehtiyatları kifayət qədərdir

      08 May 2026

      Cənubi Koreya fond bazarı Kanadanı qabaqlayaraq dünyanın ən böyük 7 bazarı sırasına yüksəlib

      07 May 2026

      Qlobal bazarlarda son qiymətlər

      29 Aprel 2026

      Coinbase 2026-cı ilin birinci rübündə 88 milyon dollarlıq bitcoin alıb

      08 May 2026

      BlackRock: Bitcoin-in qlobal dəyər saxlancı sahəsində real rəqibi yoxdur

      05 May 2026

      Belarus kriptobanklara yaşıl işıq yandırdı: 26 sikkə, 11 əməliyyat

      24 Aprel 2026

      İran danışıqlardan imtina etdi, bitkoin 74.000 ABŞ dollarını sınaqdan keçirib

      20 Aprel 2026

      Anthropic-in dəyəri OpenAI-i keçə bilər-şirkətin bazar dəyəri rekord həddə yüksəlib

      12 May 2026

      Coinbase 2026-cı ilin birinci rübündə 88 milyon dollarlıq bitcoin alıb

      08 May 2026

      Tramp: ABŞ-da enerji böhranı yoxdur, neft ehtiyatları kifayət qədərdir

      08 May 2026

      Cənubi Koreya fond bazarı Kanadanı qabaqlayaraq dünyanın ən böyük 7 bazarı sırasına yüksəlib

      07 May 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      AZCON Holding və Azərbaycan Texniki Universiteti arasında yeni mühəndislik məktəbinin təqdimatı keçirilib

      14 May 2026
      Recent

      AZCON Holding və Azərbaycan Texniki Universiteti arasında yeni mühəndislik məktəbinin təqdimatı keçirilib

      14 May 2026

      SOCAR Özbəkistanda nümayəndəlik açacaq

      13 May 2026

      Rövşən Rüstəmov: “Ən böyük qazancların harada olduğuna dair aydın mənzərəmiz var”

      12 May 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Digər » Neftin bahalaşması və qlobal qeyri-müəyyənlik: Azərbaycan Mərkəzi Bankı aprelin 2-də faizi sabit saxlayacaqmı?
    Bloq yazıları

    Neftin bahalaşması və qlobal qeyri-müəyyənlik: Azərbaycan Mərkəzi Bankı aprelin 2-də faizi sabit saxlayacaqmı?

    01 Aprel 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2026-cı ilin ilk rübündə qlobal iqtisadiyyat yenidən enerji bazarlarından qaynaqlanan güclü şokla üzləşib. Neft qiymətlərinin kəskin bahalaşması fonunda inflyasiya təzyiqləri artıb və bu, mərkəzi bankların qarşısında klassik qeyri-müəyyənlik sualını  yenidən aktuallaşdırıb: qiymət sabitliyini qorumaq, yoxsa iqtisadi artımı dəstəkləmək? Goldman Sachs analitiklərinin də qeyd etdiyi kimi, inkişaf etmiş iqtisadiyyatlar adətən belə şoklara 2 mərhələdə reaksiya verirlər – əvvəlcə inflyasiya risklərinə qarşı faizləri artırır, daha sonra isə iqtisadi aktivlik zəiflədikcə yumşalmaya keçirlər. Lakin məlumdur ki, Azərbaycan Respublikası Mərkəzi Bankı (AMB) bu qlobal yanaşma əsasında deyil, daha spesifik daxili və xarici şərtlər fonunda qərar verir.

    Son dövrlərdə Azərbaycan Mərkəzi Bankı artıq yumşaq pul siyasəti mərhələsindən keçdiyi müahidə edilir. Belə ki, Mərkəzi bankın 2025-ci ilin dekabrında və 2026-cı ilin fevralında faiz dəhlizinin bütün parametrləri ardıcıl olaraq 0.25 faiz bəndi azaldılıb və nəticədə uçot dərəcəsi 6.5%-ə, dəhlizin aşağı həddi 5.5%-ə, yuxarı həddi isə 7.5%-ə endirilib. Bu qərarlar Mərkəzi bankın açıqlamalarında  inflyasiyanın hədəf diapazonuna yaxınlaşması, daxili tələbin normallaşması və qlobal maliyyə mühitinin nisbətən sabit olması ilə əsaslandırılmışdı.

    Lakin mart ayından etibarən xarici mühit kəskin dəyişib. Yaxın Şərqdə eyni zamanda ABŞ və İran arasında olan müharibə fonunda artan geosiyasi gərginlik, xüsusilə İranın Hörmüz boğazında tətbiq etdiyi məhdudiyyətlər fonunda enerji bazarlarında qeyri-müəyyənlik dərinləşib və neft qiymətləri sürətlə yüksəlib. Bununla yanaşı, qlobal əmtəə bazarlarında, o cümlədən qida məhsullarında bahalaşma müşahidə olunur ki, bu da idxal inflyasiyası kanalı ilə Azərbaycan iqtisadiyyatına birbaşa təsir edir.

    Mövcud şəraitdə AMB-nin qərarına təsir edən əsas amillərdən biri inflyasiya dinamikasıdır. Fevral ayında illik inflyasiya 5.7% səviyyəsində olmaqla hədəf intervalının yuxarı həddinə yaxınlaşıb. Neft və qida qiymətlərində artımın davam etməsi mart-aprel aylarında bu göstəricinin 6%-i aşması riskini artırır. AMB-nin mandatının əsas prioriteti qiymət sabitliyi olduğundan, bu tendensiya pul siyasətində ehtiyatlı yanaşmanı şərtləndirir.

    Digər mühüm faktor qlobal mərkəzi banklarının mövqeyidir. Xüsusilə ABŞ Mərkəzi Bankı funksiyasını həyata keçirən Federal Ehtiyat Sistemi (FED) və  Avropa Mərkəzi Bankı (AMB) kimi dünyanın vacib mərkəzi banklarının  mümkün sərt siyasət siqnalları inkişaf etməkdə olan ölkələr üçün əlavə çağırışlar yaradır. Belə bir şəraitdə Azərbaycan Mərkəzi Bankının uçot-faiz dərəcəsini daha da azaltması manatın məzənnəsinə təzyiq göstərə və idxal inflyasiyasını gücləndirə bilər.

    Azərbaycanda daxili iqtisadi aktivlik də qərarvermə prosesində mühüm rol oynayır. Faizlərin əvvəlki dövrdə endirilməsi kredit bazarının aktivləşməsinə və iqtisadi fəallığın dəstəklənməsinə şərait yaratsa da, hazırkı qeyri-müəyyənlik fonunda əlavə yumşalma inflyasiya gözləntilərinin idarə olunmasını çətinləşdirə bilər. Eyni zamanda, artıq qəbul olunmuş qərarların real sektora tam ötürülməsi üçün müəyyən vaxt tələb olunur.

    Bütün bu amillər nəzərə alındıqda, ən real ssenari AMB-nin aprelin 2-də keçiriləcək iclasında uçot dərəcəsini dəyişmədən 6.5% səviyyəsində saxlamasıdır. Bu qərar bir tərəfdən inflyasiya risklərinin qiymətləndirilməsi üçün əlavə zaman qazandıracaq, digər tərəfdən isə qlobal maliyyə şərtlərində baş verən dəyişikliklərə daha çevik reaksiya verməyə imkan yaradacaq. Eyni zamanda, əvvəlki iki faiz endiriminin iqtisadiyyata təsirini müşahidə etmək üçün “gözlə və gör” yanaşması məntiqli görünür.

    Alternativ olaraq, daha aşağı ehtimallı ssenari kimi faiz artımı da istisna edilmir. Əgər inflyasiya gözləntiləri kəskin şəkildə pisləşər və qlobal mərkəzi banklar sinxron şəkildə sərtləşmə siyasətinə keçərsə, AMB uçot dərəcəsini 0.25 faiz bəndi artırmaqla bazarlara siqnal verə bilər. Bununla belə, mövcud şəraitdə bu variant baza ssenari hesab olunmur.

    Faizlərin yenidən azaldılması isə hazırkı mərhələdə ən az ehtimal edilən variantdır. Belə bir addım yalnız qlobal enerji qiymətlərində kəskin eniş, geosiyasi risklərin azalması və daxili tələbin gözləniləndən daha sürətli zəifləməsi halında gündəmə gələ bilər.

    Nəticə etibarilə, 2025-ci ilin sonundan etibarən yumşaldıcı siyasət həyata keçirən AMB 2026-cı ilin əvvəlində dəyişən qlobal reallıqlar fonunda daha ehtiyatlı mövqeyə keçir. Neft qiymətlərinin sıçrayışı, artan geosiyasi risklər və güclənən inflyasiya təzyiqləri fonunda ən məntiqli qərar faizlərin sabit saxlanmasıdır. Bu yanaşma həm qiymət sabitliyinin qorunmasına xidmət edir, həm də qeyri-müəyyən qlobal mühitdə siyasət çevikliyini təmin edir.

    Müəllif: Aynur Qəniyeva

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Çinin Xpeng şirkəti Volkswagen-in Avropa zavodunu almaq ərəfəsində

    14 May 2026

    Risksiz gəlir illüziyası: Bitkoin, inflyasiya və real sərvət müqayisəsi-Tamerlan Bayramov yazır

    06 May 2026

    Dollar rekord qırdı: ofşor depozitlərin həcmi 14,5 trilyon dollar təşkil edib

    05 May 2026

    ABŞ-ın dövlət borcu II Dünya müharibəsindən sonra ilk dəfə ÜDM-i üstələyib

    02 May 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.