ABŞ-da kommersiya neft ehtiyatları ötən həftə 4,65 milyon barrel azalaraq 426,03 milyon barrelə düşüb.
GDP xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyinin həftəlik hesabatında məluat verilib.
Benzin ehtiyatları 1,61 milyon barrel azalıb. Kommersiya distillat ehtiyatları 3,31 milyon barel azalıb. Mütəxəssislər neft ehtiyatlarının 2,2 milyon barrel, benzin ehtiyatlarının 1,8 milyon barrel, distillə ehtiyatlarının isə 1 milyon barrel azalacağını gözləyirdilər.