Maliyyə nəhəngi Morgan Stanley bütün bölmələrində 30 minə yaxın işçisini işdən çıxarmağı planlaşdırır. Martın 4-də baş verən ilk dalğada əsasən investisiya bankçılığı, treyderlik, kapital və investisiyaların idarə edilməsi şöbələrinin əməkdaşları ixtisara düşüblər.
Texnologiya sahəsində də vəziyyət gərgindir. “Oracle” korporasiyası, məlumat mərkəzlərinin (data mərkəzləri) genişləndirilməsi xərclərinin artması səbəbindən “minlərlə” işçisini işdən çıxarmağa hazırlaşır. Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Xatırladaq ki, ötən həftə ödəniş sistemləri üzrə ixtisaslaşmış “Block” şirkəti də işçi heyətinin 40 faizini ixtisar etdiyini açıqlamışdı.

