Amerika fond indeksləri ticarətin əvvəlində yüksəlir, investorlar Federal Ehtiyat Sisteminin (FED) iclasının nəticələrini gözləyirlər.
Treyderlər hesab edirlər ki, Amerika Mərkəzi Bankı bu dəfə faiz dərəcələrini 5,25-5,5% səviyyəsində saxlayacaq. CME FedWatch-un , bazarın bu ehtimalı 95,9% qiymətləndirdiyini açıqlayıb.
Teslanın səhmləri kapotdakı problemlərə görə ABŞ-da 1,7 milyondan çox elektrik avtomobilinin geri çağırılması xəbərindən sonra 1,7% ucuzlaşıb.
Dow Jones 0,45% artaraq 40 721,42 bənd təşkil edib.
S&P 500 indeksi 0,3% artaraq 5 480,17 bənd olub. Nasdaq 0,22% dəyər qazanaraq 17 408,02 bənd təşkil edib.