ABŞ Rusiya neftinə qarşı əlavə sanksiyalar tətbiq edə bilər.
GDP xəbər verir ki, bu barədə cümə günü ABŞ-ın Maliyyə naziri və Federal Ehtiyat Sisteminin keçmiş rəhbəri Canet Yellen məlumat verib.
ABŞ Rusiya neftinin daşınmasında istifadə olunan, “kölgə donanması” adlanan tanker qruplarına qarşı əlavə sanksiyalar tətbiq etməyi nəzərdən keçirir və Çin banklarına qarşı sanksiyaları da istisna etmir.