“AFB Bank” ASC səhmdarlarının növbəti Ümumi Yığıncağının keçirilmə vaxtı və gündəliyi məlum olub. Bankdan verilən rəsmi məlumata görə, iclas 3 mart 2026-cı il tarixində saat 11:00-da (və ya təyin olunmuş vaxtda) Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, 206 ünvanında yerləşən baş ofisdə baş tutacaq.
GDP xəbər verir ki,iclasın gündəliyinə daxil edilmiş əsas məsələlər bankın ötən maliyyə ili üzrə fəaliyyətinin yekunlarını əhatə edir. Səhmdarlar ilk növbədə emitent “AFB Bank” ASC-nin 2025-ci il üzrə İllik İdarəetmə Hesabatının təsdiq edilməsini müzakirə edəcəklər. Bundan əlavə, yığıncaqda bankın 31 dekabr 2025-ci il tarixinə bitən maliyyə ili üzrə kənar auditor tərəfindən yoxlanılmış və təsdiqlənmiş Maliyyə Hesabatı Auditor Rəyi ilə birlikdə nəzərdən keçirilərək təsdiqə təqdim olunacaq.
Gündəlikdə həmçinin bankın cari fəaliyyəti və strateji inkişafı ilə bağlı digər məsələlərin də müzakirə olunması nəzərdə tutulub. Xatırladaq ki, bu cür yığıncaqlar bankın şəffaflıq prinsiplərinə uyğun olaraq hesabatlılığın təmin edilməsi və gələcək inkişaf planlarının müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

