Beynəlxalq kredit reytinqi agentliyi “AM Best” Azərbaycanın “AzRe Reinsurance” şirkətinin maliyyə reytinqini yüksəldib.
GDP xəbər verir ki, agentlik şirkətin Maliyyə Gücü Reytinqini B++ səviyyəsinə (Yaxşı), Uzunmüddətli İssuer Kredit Reytinqini isə “bbb” səviyyəsinə qaldırıb. Reytinqlərin proqnozu sabit olaraq qalır.
Reytinq yüksəlişi şirkətin balans möhkəmliyindəki irəliləyişlərlə bağlıdır. “AzRe” 2023-cü ildən etibarən investisiya portfelini diversifikasiya edərək xarici maliyyə alətlərinə üstünlük verir. Belə ki, şirkətin xarici investisiyaları 2023-cü ilin sonunda 10%-dən 2024-cü ilin iyun ayında 35%-ə qədər artıb.
2023-cü ildə şirkət 63.6% kombinə edilmiş əmsal və 24.4% kapitalın gəlirliliyi nümayiş etdirib. “AM Best” şirkətin orta müddətli dövrdə güclü fəaliyyət göstərəcəyini proqnozlaşdırır.
Müəllif:Aynur Qəniyeva