Amerikanın Amazon korporasiyası pilotsuz uçuş aparatlarından (PUA)istifadə etməklə sifarişlərin çatdırılması üçün Böyük Britaniya Mülki Aviasiya İdarəsindən icazə alıb.
Amazon-dan başqa bir neçə başqa şirkət də PUA ilə çatdırılmanı sınaqdan keçirəcək. Əvvəllər Böyük Britaniyada da bununla bağlı məhdudiyyət var idi.
Sifarişləri çatdırmaq üçün pilotsuz təyyarələrdən istifadə olunurdu, lakin onlar ciddi şəkildə operatorun nəzarəti altında olmalı idi. İndi bu qayda ləğv edilib.