Texnologiya nəhəngi Amazon 2024-cü maliyyə ilinin üçüncü rübü üzrə maliyyə nəticələrini açıqlayıb.
GDP xəbər verir ki, şirkətin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 11% artaraq 159 milyard dollar təşkil edib ki, bu da bazar gözləntilərindən 1.6 milyard dollar yüksəkdir.
Əməliyyat marjası illik müqayisədə 3 faiz bəndi artaraq 11%-ə yüksəlib. Son 12 ayın sərbəst pul axını (FCF) 48 milyard dollar olub.
Şirkətin bulud xidmətləri bölməsi olan AWS-in gəlirləri 19% artaraq 27.5 milyard dollara çatıb. Bu bölmənin əməliyyat marjası illik müqayisədə 8 faiz bəndi artaraq 38%-ə yüksəlib.
Amazon dördüncü rüb üçün təxminən 185 milyard dollarlıq gəlir proqnozlaşdırır ki, bu da analitiklərin gözləntilərindən 1.3 milyard dollar aşağıdır.