Android üçün Telegram-ın beta versiyasının mənbə kodunda fakt-yoxlama funksiyası yaradılıb
GDP xəbər verir ki, dəyişiklikləri Github-da Telegram Crawler layihəsi qeyd edib. Mənbə kodundan belə anlaşılır ki, məlumatları yoxlayan agentliklər (onları dezinformasiya ilə mübarizəyə cavabdeh olan ölkələrdə məsul orqanlar təyin edə bilər) sosial şəbəkələrdə müvafiq dəqiqləşdirmələr apara biləcəklər.