Azərbaycanda dövlət dəstəyi ilə aqrar sığorta mexanizmi genişlənməkdə davam edir. GDP xəbər verir ki, 2024-cü ilin ilk 10 ayında fermerlərə ümumilikdə 4 milyon 49 min manat sığorta ödənişi həyata keçirilib.
Aqrar Sığorta Fondunun məlumatına görə, bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 2,9 dəfə artıb. Ödənişlərin 3 milyon 142 min manatı meyvə bağları və əkin sahələri üzrə olub ki, bu da ötən ilə nisbətən 4 dəfə çoxdur.
Hesabat dövründə gilas, üzüm, alça, ərik, badam, fındıq, xurma, limon, qoz bağları, habelə arpa, buğda, pambıq, çəltik, qarğıdalı, kartof kimi əkinlər üzrə sığorta ödənişləri edilib.
İri və xırdabuynuzlu heyvanların sığortası üzrə 907 min manat ödəniş həyata keçirilib ki, bu da əvvəlki illə müqayisədə 45% artıqdır.