Close Menu
    What's Hot

    “Atəşgah Sığorta” mənfəətdən zərərə keçib – Kapitalı 8% azalıb, xərcləri 9% artıb

    11 Avqust 2026

    Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib

    11 Avqust 2026

    Deutsche Bank yuan üzrə ilk Avropa klirinq bankı olub

    11 Avqust 2026
    Trending
    • “Atəşgah Sığorta” mənfəətdən zərərə keçib – Kapitalı 8% azalıb, xərcləri 9% artıb
    • Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
    • Deutsche Bank yuan üzrə ilk Avropa klirinq bankı olub
    • Zeynal Kərimzadə: “Epoint-in kapitalının artırılması uzunmüddətli öhdəliklərimizin təsdiqidir”
    • “Mastercard”ın Azərbaycan üzrə keçmiş rəhbəri 81 ölkəni əhatə edən regionun prezidenti oldu
    • ABŞ-nin strateji neft ehtiyatları 1983-cü ildən bəri minimuma enib
    • Rabitəbankın Kartmane Taksit kartı 6 ayadək komissiyasız taksit fürsəti təqdim edir
    • MİDA-da yeni təyinat olub
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Zeynal Kərimzadə: “Epoint-in kapitalının artırılması uzunmüddətli öhdəliklərimizin təsdiqidir”

      11 Avqust 2026
      Recent

      Zeynal Kərimzadə: “Epoint-in kapitalının artırılması uzunmüddətli öhdəliklərimizin təsdiqidir”

      11 Avqust 2026

      “Mastercard”ın Azərbaycan üzrə keçmiş rəhbəri 81 ölkəni əhatə edən regionun prezidenti oldu

      11 Avqust 2026

      Rabitəbankın Kartmane Taksit kartı 6 ayadək komissiyasız taksit fürsəti təqdim edir

      11 Avqust 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      ABB Invest investisiya bölməsini yenilədi

      23 İyul 2026

      Özəlləşdirmə çekləri ilə bağlı yayılan məlumatlar yalandır – Birgə açıqlama

      20 İyul 2026

      Ziraat Bank 30 milyon manat həcmində istiqraz buraxır bu investorlar üçün fürsətdir, yoxsa risk?

      19 İyul 2026

      Milli Depozit Mərkəzinin İdarə Heyətinə üzv təyin edilib

      16 İyul 2026

      Deutsche Bank yuan üzrə ilk Avropa klirinq bankı olub

      11 Avqust 2026

      Brent nefti iyulun sonundan bəri ilk dəfə 88 dolları ötüb

      11 Avqust 2026

      Brent markalı neftin qiyməti bir barel üçün 85 dolları ötüb

      10 Avqust 2026

      ABŞ səhmləri fasilə götürüb, bitkoin sabit qalır, qızıl isə dayanıqlılığını qoruyur

      07 Avqust 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      “Strategy” ilk dəfə həftəlik bitcoin alışını dayandırdı

      25 May 2026

      Coinbase 2026-cı ilin birinci rübündə 88 milyon dollarlıq bitcoin alıb

      08 May 2026

      BlackRock: Bitcoin-in qlobal dəyər saxlancı sahəsində real rəqibi yoxdur

      05 May 2026

      Deutsche Bank yuan üzrə ilk Avropa klirinq bankı olub

      11 Avqust 2026

      Brent nefti iyulun sonundan bəri ilk dəfə 88 dolları ötüb

      11 Avqust 2026

      Brent markalı neftin qiyməti bir barel üçün 85 dolları ötüb

      10 Avqust 2026

      ABŞ səhmləri fasilə götürüb, bitkoin sabit qalır, qızıl isə dayanıqlılığını qoruyur

      07 Avqust 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib

      11 Avqust 2026
      Recent

      Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib

      11 Avqust 2026

      Dövlət büdcəsinin gəlirləri proqnozu 855,9 milyon manat üstələyib

      10 Avqust 2026

      Çəltik sahələrinin sığortalanması davam edir: müraciətlər üçün son 10 gün qalıb

      10 Avqust 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Sığorta » “Atəşgah Sığorta” mənfəətdən zərərə keçib – Kapitalı 8% azalıb, xərcləri 9% artıb
    Sığorta

    “Atəşgah Sığorta” mənfəətdən zərərə keçib – Kapitalı 8% azalıb, xərcləri 9% artıb

    11 Avqust 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2026-cı ilin I yarısında “Atəşgah Sığorta”nın biznes həcminin böyüməsinə baxmayaraq, xərclərin daha sürətli artması, investisiya portfelinin strukturunun dəyişməsi və kapital mövqeyinin zəifləməsi diqqəti cəlb edir.

    “Atəşgah Sığorta” 2026-cı ilin ilk yarısını 994 min manat zərərlə başa vurub

    Şirkətin ümumi gəlirləri 2026-cı ilin ilk yarısının sonunda 35 milyon 663,4 min manat təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 35 milyon 537,8 min manat idi. Beləliklə, gəlirlər cəmi 125,5 min manat və ya 0,35% artıb.

    Bunun əksinə olaraq, ümumi xərclər 33 milyon 627,2 min manatdan 36 milyon 657,5 min manata yüksəlib. Artım 3 milyon 30,3 min manat və ya 9,0% təşkil edib. Başqa sözlə, xərclərin artım tempi gəlirlərin artım tempini təxminən 26 dəfə üstələyib. Məhz bu uyğunsuzluq şirkətin mənfəətdən zərərə keçməsinə səbəb olan əsas maliyyə göstəricisidir.

    Nəticədə, 2025-ci ilin ilk yarısında 1 milyon 528,5 min manat xalis mənfəət əldə edən şirkət 2026-cı ilin eyni dövründə 994,1 min manat xalis zərər açıqlayıb. Maliyyə nəticəsi illik müqayisədə 2 milyon 522,6 min manat pisləşib. Mənfəətdən zərərə keçildiyi üçün bu dəyişməni adi “azalma faizi” kimi təqdim etmək iqtisadi baxımdan yanıldıcı ola bilər; əvvəlki müsbət nəticəyə nisbətdə dəyişmə -165,0% təşkil edir.

    Əsas əməliyyat gəlirləri 15,7% artıb

    Şirkətin qeyri-həyat sığortası üzrə hesablanmış sığorta haqları 30 milyon 590,7 min manatdan 35 milyon 393,8 min manata yüksəlib. Artım 4 milyon 803,0 min manat və ya 15,7% təşkil edib. Bu, şirkətin sığorta biznesinin həcminin böyüdüyünü göstərən əsas göstəricilərdən biridir.

    Sığorta sinifləri üzrə vəziyyət fərqlidir. Tibbi sığorta üzrə hesablanmış haqlar 3 milyon 800,3 min manatdan 3 milyon 700,2 min manata enib – 100,0 min manat və ya 2,6% azalma.

    Əmlak sığortası sinifləri üzrə hesablanmış haqlar 7 milyon 653,7 min manatdan 9 milyon 472,1 min manata yüksəlib. Artım 1 milyon 818,4 min manat və ya 23,8% olub.

    Bu qrup daxilində əmlakın yanğından və digər risklərdən sığortası üzrə haqlar 2 milyon 336,5 min manat, avtomobillərin könüllü sığortası üzrə 5 milyon 514,2 min manat, su nəqliyyatı vasitələrinin sığortası üzrə isə 1 milyon 621,3 min manat təşkil edib.

    Ən böyük mütləq artımlardan biri mülki məsuliyyət sığortası qrupunda qeydə alınıb: hesablanmış haqlar 16 milyon 490,4 min manatdan 19 milyon 263,2 min manata çatıb. Artım 2 milyon 772,9 min manat və ya 16,8% təşkil edib. Bunun əsas hissəsi avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının payına düşüb.

    Sığorta ödənişləri 6,6% artıb

    Şirkətin ümumi sığorta ödənişləri 19 milyon 511,2 min manatdan 20 milyon 795,4 min manata yüksəlib. Artım 1 milyon 284,2 min manat və ya 6,6% təşkil edib.

    Müsbət məqam odur ki, sığorta haqlarının artım tempi – 15,7% – ödənişlərin 6,6%-lik artımından yüksəkdir. Bu, yalnız sığorta haqları və ödənişlər prizmasından baxıldıqda şirkətin portfelində müəyyən yaxşılaşmaya işarə edir. Lakin digər əməliyyat xərclərinin artması bu üstünlüyün yekun mənfəətə çevrilməsinə imkan verməyib.

    Xüsusilə avtomobillərin könüllü sığortası üzrə ödənişlər 2 milyon 841,2 min manatdan 3 milyon 800,5 min manata, yəni 959,3 min manat və ya 33,8% artıb. Bu istiqamətdə zərərlilik dərəcəsi 96,92%-dən 98,33%-ə yüksəlib.

    Avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında isə ödənişlər 13 milyon 742,0 min manatdan 13 milyon 195,1 min manata düşüb  ki, bu da 546,9 min manat və ya təxminən 4,0% azalma deməkdir.  Bununla belə, həmin istiqamətdə zərərlilik dərəcəsi 103,87%-dən 111,88%-ə yüksəlib. Bu, şirkətin əsas portfel seqmentlərindən birində risk yükünün yüksək qaldığını göstərir.

    İnvestisiya portfeli 5,6% kiçilib, depozitlər isə 45% artıb

    Şirkətin investisiya portfelinin ümumi dəyəri 30 iyun 2025-ci ildəki 48 milyon 919,5 min manatdan 46 milyon 185,4 min manata düşüb ki, bu da  2 milyon 734,2 min manat və ya 5,6% təşkil edib.

    Ən böyük dəyişiklik istiqraz portfelində baş verib. Ümumi istiqraz yatırımları 29 milyon 135,9 min manatdan 19 milyon 347,3 min manata enib. Azalma 9 milyon 788,5 min manat və ya 33,6% azalmanın göstəricisidir.

    Dövlət istiqrazları 26 milyon 908,3 min manatdan 19 milyon 262,3 min manata düşüb ki, buda 7 milyon 646,4 min manat və ya 28,4% azalma deməkdir.

    Qeyri-dövlət istiqrazları isə 2 milyon 227,6 min manatdan 2 milyon 142,6 min manat və ya 96,2% azalaraq cəmi 85 min manata enib.

    Eyni zamanda, depozitlər 18 milyon 495 min manatdan 26 milyon 835 min manata yüksəlib. Artım 8 milyon 340 min manat və ya 45,1% olub.

    Göstəricilərin dəyişim istiqamətləri investisiya strategiyasında ciddi struktur dəyişikliyinə işarə edir: şirkət istiqrazların, xüsusilə qeyri-dövlət istiqrazlarının çəkisini kəskin azaldaraq vəsaitlərin daha böyük hissəsini bank depozitlərinə yönəldib. Bunun səbəbi barədə hesabatda açıqlama yoxdur; mümkün izahlar likvidliyin artırılması, faiz gəlirlərindən istifadə, portfel riskinin azaldılması və ya istiqrazların müddətinin başa çatması ola bilər.

    İnvestisiya gəlirləri artıb

    İnvestisiya portfelinin ümumi həcminin azalmasına baxmayaraq, faiz/dividend gəlirləri 741,5 min manatdan 824,0 min manata yüksəlib. Artım təxminən 82,5 min manat və ya 11,1% təşkil edib.

    Depozitlərdən gəlir 449,4 min manatdan 593,5 min manata yüksələrək 144,0 min manat və ya 32,0% artıb. Hesabat dövründə şirkətin depozit portfeli 45,1% artıb.

    İstiqrazlardan gəlirlər isə 741,5 min manatdan 824,0 min manata, yəni təxminən 11,1% artıb. Beləliklə, investisiya aktivlərinin həcminin azalmasına baxmayaraq, gəlirlilik göstəricilərinin yüksəlməsi portfel strukturundakı dəyişikliklərin gəlir baxımından müəyyən müsbət təsir göstərdiyini deməyə əsas verir.

    Aktivlər demək olar dəyişməyib

    “Atəşgah Sığorta”nın cəmi aktivləri 69 milyon 421,1 min manatdan 69 milyon 294,8 min manata düşüb. Azalma cəmi 126,3 min manat və ya 0,18% təşkil edir. Yəni balansın ümumi həcmi faktiki olaraq sabit qalıb.

    Bununla belə, aktivlərin daxilində ciddi struktur dəyişiklikləri var. Pul vəsaitləri və onların ekvivalentləri 1,882 milyon manatdan 5,327 milyon manata yüksəlib 3,446 milyon manat və ya 183% artıb. İnvestisiya aktivləri 48,920 milyon manatdan 46,185 milyon manata düşüb –2,734 milyon manat və ya 5,6% azalıb.Debitor borcları 7,157 milyon manatdan 8,602 milyon manata yüksəlib 1,445 milyon manat və ya 20,2% artıb.Təkrarsığortaçıların sığorta ehtiyatlarındakı payı 5,004 milyon manatdan 3,497 milyon manata düşüb –1,508 milyon manat və ya 30,1% azalıb.Digər aktivlər 1,485 milyon manatdan 701,9 min manata enib 783,0 min manat və ya 52,7% azalıb.Təxirə salınmış vergi aktivləri 14,0 min manatdan 54,1 min manata yüksəlib – təxminən 40,1 min manat və ya 286% artıb.

    Pul vəsaitlərinin 183% artması və depozitlərin böyüməsi şirkətin aktiv strukturunun daha likvid alətlər istiqamətində dəyişdiyini göstərir.

    Öhdəliklər 2,5% artıb

    Şirkətin cəmi öhdəlikləri 51 milyon 876,2 min manatdan 53 milyon 167,2 min manata yüksəlib. Artım 1 milyon 291,0 min manat və ya 2,49% təşkil edib.Sığorta ehtiyatları 47 milyon 220,4 min manatdan 47 milyon 889,9 min manata yüksəlib  669,6 min manat və ya 1,42% artıb. Kreditor borcları isə 2 milyon 803,8 min manatdan 3 milyon 506,2 min manata yüksəlib. Artım 702,5 min manat və ya 25,1% təşkil edir.

    Burada ən böyük artım təkrarsığorta əməliyyatları üzrə kreditor borclarında müşahidə olunur: göstərici 1 milyon 115,8 min manatdan 1 milyon 863,4 min manata yüksəlib 747,6 min manat və ya təxminən 67,0% artıb.Sığorta vasitəçiləri üzrə borclar isə 365,8 min manatdan 152,1 min manata düşüb 213,7 min manat və ya 58,4% azalıb.

    Digər öhdəliklər 1 milyon 852,1 min manatdan 1 milyon 771,0 min manata enib 81,1 min manat və ya 4,4% azalıb.Sığorta ehtiyatları 1,4% artıb.Ümumi sığorta ehtiyatları 47 milyon 220,4 min manatdan 47 milyon 889,9 min manata yüksəlib. Artım 669,6 min manat və ya 1,42% təşkil edir. Qazanılmamış sığorta haqları ehtiyatı isə əksinə, 36 milyon 107,0 min manatdan 33 milyon 950,0 min manata düşüb. Azalma 2 milyon 156,9 min manat və ya təxminən 6,0% olub.

    Zərərlər ehtiyatı 10 milyon 168,3 min manatdan 10 milyon 529,1 min manata yüksəlib – 360,8 min manat və ya 3,55% artıb.“Digər sığorta ehtiyatları” 945,2 min manatdan 3 milyon 410,8 min manata çatıb. Artım 2 milyon 465,7 min manat və ya təxminən 261% təşkil edib. Ümumi ehtiyatların artımının əsas mənbələrindən biri məhz bu maddədir.

    Kapital 8,1% azalıb

    Şirkətin balans kapitalı 17 milyon 544,9 min manatdan 16 milyon 127,6 min manata enib. Azalma 1 milyon 417,3 min manat və ya 8,1% təşkil edib. Nizamnamə kapitalı dəyişməyərək 5 milyon 8,5 min manat səviyyəsində qalıb.

    Kapital ehtiyatları 6 milyon 524,4 min manatdan 6 milyon 647,7 min manata yüksəlib  123,3 min manat və ya 1,9% artıb. Əsas mənfi dəyişiklik bölüşdürülməmiş mənfəətdədir. Bu göstərici 6 milyon 12,0 min manatdan 4 milyon 471,4 min manata düşüb. Azalma 1 milyon 540,6 min manat və ya 25,6% təşkil edib. Bu dinamikanı cari dövrdə yaranmış zərər və kapitalın ümumi azalması ilə əlaqələndirmək olar.

    Məcmu kapital və kapital buferi də azalıb

    Prudensial göstəricilər üzrə məcmu kapital 10 milyon 632,0 min manatdan 10 milyon 74,2 min manata düşüb. Azalma 557,8 min manat və ya 5,25% təşkil edir. Tələb olunan minimum kapital 5 milyon manat olaraq dəyişməyib. Ödəmə qabiliyyətinin tələb olunan səviyyəsi 10 milyon 102,5 min manatdan 9 milyon 636,8 min manata düşüb 465,6 min manat və ya 4,6% azalıb.

    Kapital buferi isə 529,5 min manatdan 437,3 min manata enib. Azalma 92,2 min manat və ya 17,4% təşkil edir. Şirkət minimum kapital tələbini yerinə yetirsə də, kapital buferinin 17,4% azalması maliyyə dayanıqlığı baxımından izlənilməsi vacib göstəricidir. Buferin daralması şirkətin tələb olunan ödəmə qabiliyyəti səviyyəsindən yuxarı əlavə kapital ehtiyatının azalması deməkdir.

    Sığorta hadisələri üzrə dinamika

    Sığorta hadisələri statistikasında da müxtəlif istiqamətlər üzrə fərqli tendensiya müşahidə olunur. Məsələn, avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında dövr ərzində 5 687 sığorta hadisəsi baş verib, onlardan 4 952-si üzrə ödəniş verilib, 559-u üzrə ödənişdən imtina edilib. Dövrün sonuna tənzimlənməmiş hadisələrin sayı 5 066 olub.

    Avtomobillərin könüllü sığortasında dövr ərzində 882, tibbi sığortada isə 1 993 hadisə qeydə alınıb.

    Şikayətlər statistikasına əsasən, icbari avtomobil sığortası üzrə dövr ərzində 243 şikayət daxil olub, bunlardan 235-i həll edilib və 8-i dövrün sonunda açıq qalıb. Avtomobillərin könüllü sığortasında 62 şikayətin 61-i, tibbi sığortada isə 340 şikayətin 314-ü həll edilib.

    Müqavilələrin yenilənmə əmsalı isə icbari avtomobil sığortasında 0,27144, tibbi sığortada 0,62879, avtomobillərin könüllü sığortasında 0,17171 göstərilib.

    Ümumi yanaşmada 2026-cı ilin ilk yarısının nəticələri “Atəşgah Sığorta” üçün biznes həcminin artdığı, lakin rentabelliyin pisləşdiyi dövr kimi xarakterizə oluna bilər. Sığorta haqlarının 15,7% artması şirkətin əsas fəaliyyətinin genişləndiyini göstərir. Bununla yanaşı, ümumi gəlirlərin cəmi 0,35% artdığı şəraitdə xərclərin 9% yüksəlməsi şirkəti 1,53 milyon manat mənfəətdən 994 min manat zərərə keçirib.

    Balansın digər tərəfində aktivlərin cəmi 0,18% azalmasına qarşı öhdəliklərin 2,49% artması nəticəsində kapital 8,1% kiçilib. Məcmu kapitalın 5,25%, kapital buferinin isə 17,4% azalması da bu tendensiyanı gücləndirir.

    Digər mühüm dəyişiklik investisiya siyasətindədir. Şirkət istiqraz portfelini 33,6% azaldıb, depozitləri isə 45,1% artırıb. Xüsusilə qeyri-dövlət istiqrazlarının təxminən 96% azalması portfelin risk profilinin əhəmiyyətli şəkildə dəyişdirildiyini göstərir. Buna baxmayaraq, investisiya gəlirlərində artım qeydə alınıb.

    Beləliklə,2026-cı ilin ilk 2 rübü əsrzində  “Atəşgah Sığorta”nın sığorta biznesi böyüyür, lakin 2026-cı ilin ilk yarısında xərc yükünün artması bu böyümənin mənfəətə çevrilməsinə mane olub. Eyni zamanda, öhdəliklərin artması və zərər kapital mövqeyini zəiflədib. Bununla belə, minimum kapital tələbinin yerinə yetirilməsi və likvid aktivlərin artması şirkətin maliyyə strukturunda müəyyən qoruyucu amillərin qaldığını göstərir.

    Müəllif: Aynur Qəniyeva

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    “PAŞA Sığorta” I yarımildən 15 milyon manata yaxın xalis mənfəətlə çıxdı

    28 İyul 2026

    Mərkəzi Bank sığorta agenti Rizvan Məmmədovun lisenziyasını ləğv edib

    22 İyul 2026

    Sığortaçılar Assosiasiyasında sığorta agentlərinin problemlərinə dair işçi qrupları yaradılıb

    20 İyul 2026

    “Avtoicbari sığortası üzrə hər il 100-120 milyon manat təzminat ödənilir”

    30 İyun 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.