Mərkəzi Bank “AtaSığorta” ASC-yə icrası məcburi göstərişin verilməsi barədə məlumat yayıb.
GDP xəbər verir ki, məlumatda qeyd edilib ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “AtaSığorta” ASC-nin (Cəmiyyət) maliyyə vəziyyətinin və aktivlərinin qorunması məqsədilə Cəmiyyətə icrası məcburi olan göstəriş verilmişdir.
Göstərişə əsasən yeni öhdəliklərin qəbul edilməsinin, öhdəlik yaradan müqavilələrin bağlanmasının və xərc yaradan əməliyyatların aparılmasının dayandırılması Cəmiyyətə tapşırılmışdır.

