- Neft qiymətlərində kəskin artım: Fyuçerslər 97 dolları keçdi
- Azərbaycanda qadınların iqtisadiyyatda rolu-Məşğulluq, əməkhaqqı fərqi və hüquqi təminat
- Rəsmi medianın məlumatına görə, Saudi Aramco təhlükəsizliyi və davamlı tədarükü təmin etmək üçün bəzi neft daşımalarını Yanbu limanına yönləndirir
- Azərbaycan, Qazaxıstan və Belarus Rusiyadan çay idxalında liderdir
- BlackRock və Blackstone özəl kredit fondlarında vəsait çıxarılmasını məhdudlaşdırıb
- Brent markalı neftin qiyməti 94 dollara qədər yüksəlib
- Bu il ayrılmış limit çərçəvəsində ipoteka krediti üçün 2 165 şəxsin müraciəti qeydiyyata alınıb
- “Bank BTB” BOKT-a çevrilir, aktivləri ABB-yə ötürülür
Author: Aynure Gdp
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyinat olub. GDP xəbər verir ki, bu vəzifəyə Fərid Osmanov təyinat alıb. F.Osmanov bu vəzifədə İnarə Vəliyevanı əvəzləyib. Qeyd edək ki, F.Osmanov 2005-ci ildən Azərbaycan Mərkəzi Bankının (AMB) İnformasiya texnologiyaları departamentində müxtəlif vəzifələrdə çalışıb, 2013-cü ildə həmin departamentin direktoru vəzifəsinə təyin edilib. 2020-ci ildən AMB-də baş direktor vəzifəsində fəaliyyətini davam etdirib. 2024-cü ilin avqust ayından rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri vəzifəsində çalışıb
“Kapital Bank” ASC 2024-cü ildə xalis mənfəəti 242,209 min manatdan 186,501 min manata düşmüş və 55,708 min manat və ya 23.01% azalma qeydə alınıb.. Bu azalma faiz xərclərinin və qeyri-faiz xərclərinin ciddi artımı ilə bağlıdır. 2024-cü ilin maliyyə göstəricilərini 2023-cü illə müqayisə etdikdə ümumi gəlirlər və xərclər üzrə nəzərəçarpan dəyişikliklər müşahidə olunur. Faiz gəlirləri 2023-cü ildə 703,659 min manat olduğu halda, 2024-cü ildə 850,258 min manata yüksələrək 146,599 min manat və ya 20.83% artım göstərmişdir. Xüsusilə, müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri 537,090 min manatdan 702,132 min manata yüksəlmiş, 165,042 min manat və ya 30.72% artım qeydə alınmışdır. Digər tərəfdən,…
Azərbaycandakı banklar 2024-cü il üzrə (yanvar-dekabr) maliyyə göstəricilərini açıqlayıb. GDP xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən 22 bankın hamısı 2024-cü ili mənfəətlə başa vurub. 2024-cü ildə xalis mənfəət əldə edən banklar arasında PAŞA Bank 210,538,000 manatla birinci sırada qərarlaşıb. İkinci yerdə 186,501,000 manat xalis mənfəətlə Kapital Bank, üçüncü yerdə isə 293,732,000 manat mənfəətlə ABB (Beynəlxalq Bank) dayanıb. Xalq Bank 65,700,000 manat xalis mənfəətlə dördüncü sırada yer alıb. AccessBank 54,062,000 manat mənfəət əldə edərək beşinci yerdə qərarlaşıb. Altıncı sırada 50,570,000 manat mənfəətlə Bank Respublika, yeddinci sırada isə 43,298,000 manatla Yelo Bank gəlir. Bank of Baku 25,931,000 manat mənfəətlə səkkizinci, Azər-Türk Bank isə 21,308,000 manat mənfəətlə doqquzuncu sıradadır. İlk onluğu 20,400,000 manat mənfəətlə Unibank tamamlayır. Daha sonra 11,238,000 manat…
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) 2024-cü il (yanvar-dekabr) ərzində faiz gəlirləri ötən ilə nisbətən 17.22% artaraq 914.2 milyon manat təşkil edib.. Xüsusilə müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri 40.78% artaraq ümumi gəlirlərdə mühüm paya sahib olub Lakin faiz xərcləri ötən illə müqayisədə 85.83% artaraq 249.6 milyon manata çatıb. Bu, xalis faiz gəlirində cüzi artım yaratsa da, dövr üzrə xalis mənfəət 293.7 milyon manat təşkil edərək ötən illə müqayisədə 8.85% və ya 28.5 milyon manat azalıb. GDP Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB)-nın 2024-cü ilin yanvar dekabr aylarını əhatə edən maliyyə hesabatlarının təhlili göstərir ki, aktivlərdə, 2024-cü ildə nağd pul vəsaitləri və…
Bank BTB-nin 2023-cü ilin 4-cü rübü ilə 2024-cü ilin 4-cü rübü üzrə maliyyə hesabatlarının müqayisəsi göstərir ki, bankın ümumi aktivləri 2023-cü ildə 369,155 min manat olduğu halda, 2024-cü ildə 362,817 min manata düşmüşdür. Bu, 6,338 min manatlıq, yəni 1.7% azalma deməkdir. Aktivlərin tərkibində bəzi maddələrdə artım, digərlərində isə azalma müşahidə edilmişdir. Nağd vəsaitlər 6,776 min manatdan 6,844 min manata yüksələrək 68 min manatlıq və ya 1 faiz artıb. Müxbir hesablar daha böyük artaraq, 6,293 min manatdan 8,531 min manata çatmış və 2,238 min manatlıq, yəni 35.6 faiz artım qeydə alınmışdır. Banklarda yerləşən depozitlər isə 13,500 min manatdan 9,000 min manata…
SOCAR-ın 2024-cü ilin ilk altı ayı üzrə maliyyə göstəricilərinin 2023-cü ilin eyni dövrü ilə müqayisəsinə əsasən, şirkətin ümumi gəlirləri artaraq 42,181 milyon manatdan 45,054 milyon manata çatıb ki, bu da 6.8% və ya 2,873 milyon manatlıq artım deməkdir. Bununla belə, satışların maya dəyəri 10.1% və ya 3,809 milyon manat artaraq 37,538 milyon manatdan 41,347 milyon manata yüksəlib. Bu dəyişiklik ümumi mənfəətin 4,643 milyon manatdan 3,707 milyon manata düşməsi ilə nəticələnib ki, bu da 20.2% və ya 936 milyon manat azalma deməkdir. Ümumi və inzibati xərclər 2.7% artaraq 928 milyon manatdan 953 milyon manata yüksəlib, sosial xərclər isə 9.7% artaraq 124…
Kreditlərin 357,7 milyon manatı adi ipoteka kreditləri və ya 3609 kredit, 82,1 milyon manatı yaxud 1076 kredit güzəştli ipoteka kreditləri olub. GDP xəbər verir ki, 2023-cü ildə İpoteka və Kredit Zəmanət Fondu vasitəsilə 4685 ailə mənzil sahibi olub. Məlumata görə,müvəkkil banklar tərəfindən verilən ipoteka kreditlərinin ümumi həcmi 439,8 milyon manat təşkil edib. Bu kreditlərin 357,7 milyon manatı adi ipoteka kreditləri (3609 kredit), 82,1 milyon manatı isə güzəştli ipoteka kreditləri (1076 kredit) olub. Fondun fəaliyyət göstərdiyi 2006-2024-cü illər ərzində ümumilikdə 52530-dan çox ailə ipoteka kreditindən yararlanaraq öz mənzil şəraitini yaxşılaşdırıb. Bu müddət ərzində verilən kreditlərin ümumi həcmi 3,31 milyard manatı ötüb.…
Çin hakimiyyəti TikTok-un ABŞ-dakı biznesini Elon Maska satmağı düşünür GDP xəbərinə görə Bloomberg məlumatlı mənbələrə istinadən yazır ki, bu seçim qısa videoların yaradılması və baxılması xidməti onun tətbiqinin ABŞ-da istifadəsinə qoyulan qadağaya etiraz edə bilmədikdə mümkündür. Eyni zamanda, mənbələr Çin hökumətinin TikTok-u ana şirkəti ByteDance Ltd-nin nəzarəti altında saxlamağa üstünlük verdiyini vurğulayır. Xidmətin qadağan edilməsi ilə bağlı ABŞ Ali Məhkəməsinə şikayət verilir, lakin çox güman ki, hakimlər qadağanı qüvvədə saxlayacaqlar.
Azərbaycan Mərkəzi Bankı 2024-cü ilin dekabr ayına dair bank müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksini açıqlayıb. GDP xəbər verir ki,təqdim olunan cədvələ əsasən, Bank BTB ASC ən yüksək şikayət indeksi (2.74) ilə diqqət çəkir və bu, müştəri xidmətlərində ciddi problemlərin mövcudluğunu göstərir. Eyni zamanda, TuranBank ASC (2.47) və Bank of Baku ASC (2.44) də yüksək şikayət indeksi ilə müştəri məmnuniyyəti baxımından çətinliklər yaşayan banklar arasında yer alır. Orta şikayət indeksinə malik olan banklar arasında Unibank ASC (2.09), Yelo Bank ASC (2.06), ExpressBank ASC (1.62) və Rabitəbank ASC (1.50) yer alır. Daha yaxşı göstəricilər əldə edən banklar arasında AFB Bank…
2024-cü ildə Moldova Prezidenti Maya Sanduya ən bahalı hədiyyə Qarabağdan olan ustaların əl işi xalça olub. GDP xəbər verir ki, bu barədə “IPN” agentliyi yazıb. Hədiyyəni dövlət başçısına etimadnaməsini təqdimetmə mərasimində Azərbaycanın Moldovadakı səfiri Ülvi Vaqif oğlu Baxşəliyev təqdim edib. Xalçanın qiyməti 17490 Moldova leyi (təxminən 1600 manat) təşkil edib.
