- Mərkəzi Bank uçot dərəcəsini dəyişməz saxlayıb
- Murad Süleymanov: “PAŞA Bank-ın IPO nəticələri açıqlanıb – Örtülmə nisbəti 129,2% olub”
- Bəhruz Nağıyev: “Miles&Smiles 7 ildə 29 min kart və 84 min biletə imza atıb”
- Rəhman Hümmətov: “Orta Dəhlizin potensialı rəqəmsal əlaqələndirmə olmadan reallaşa bilməz”
- “PAŞA Bank”ın rəhbəri Cavid Quliyev:“19 il geridə qaldı, indi isə yeni mərhələ başlayır”
- Azərbaycanda “smart büdcələr” dövrü. Niyə bizneslər artıq sadəcə like sayına inanmır və rəqəmsal marketinqdən nə gözləmək lazımdır?
- Taleh Kazımov: “Sudanla pul siyasəti və maliyyə texnologiyaları sahəsində əməkdaşlığı gücləndiririk”
Author: Aynure Gdp
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarına əsasən, uçot dərəcəsi 6,5%, faiz dəhlizinin aşağı həddi 5,5%, yuxarı həddi isə 7,5% səviyyəsində dəyişməz saxlanılıb. Qərar qəbul olunarkən faktiki və prognozlaşdırılan inflyasiyanın hədəf diapazonunda sabitləşməsi, mövcud geosiyasi vəziyyət, qlobal maliyyə bazarlarında müşahidə olunan meyillər, habelə ölkədaxili makroiqtisadi mühit nəzərə alınıb. Mərkəzi Bank bundan sonrakı dövrdə də inflyasiya proseslərini və iqtisadi inkişaf göstəricilərini izləyərək, zərurət yaranarsa, pul-kredit siyasətinin parametrlərinə yenidən baxılacağını bildirib.
PAŞA Bank-ın İdarə Heyətinin sədrinin müavini – baş maliyyə inzibatçısı Murad Süleymanov ilkin publik təklifin (IPO) yekun statistikasını açıqlayıb. Süleymanovun təqdim etdiyi məlumata görə, yerləşdirmə zamanı səhmlərə tələb təklifi üstələyib. Örtülmə nisbəti 129,2 faiz təşkil edib ki, bu da investor marağının yüksək olduğunu göstərir. İPO-ya qoşulan unikal investorların sayı 17,960 nəfər olub. Bu investorlardan daxil olan ümumi sifarişlərin sayı isə 20,188-ə çatıb. Ümumi sifariş həcmi 66,3 milyon manat təşkil edib. Yerləşdirməyə dair digər rəqəmlərə gəldikdə, bank tərəfindən ümumilikdə 932,926 ədəd səhm satışa çıxarılıb. Yerləşdirmənin ümumi həcmi 51,3 milyon manat, bir səhmin qiyməti isə 55 AZN müəyyən edilib. İnvestorların orta investisiya…
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı barədə press-reliz 24 iyun 2026-cı il tarixində saat 11:00-da yayımlanacaqdır. Mərkəzi Bankın indiyəqədərki sonuncu -6 may 2026-cı il tarixində, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri dəyişməz saxlanılıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-may aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-may aylarına nisbətən 5,6 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,7 faiz, qeyri-qida məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,7 faiz artıb. 2025-ci ilin may ayı ilə müqayisədə illik qiymət artımı 5,6 faiz, son…
PAŞA Bank ilə Türk Hava Yolları arasında Miles&Smiles birgə markalı kart üzrə 3 illik yeni əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib. GDP xəbər verir ki, tədbirdə çıxış edən PAŞA Bankın İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev tərəfdaşlığın 7 illik statistikasını açıqlayıb və strateji hədəfləri bölüşüb. Nağıyev bildirib ki, 2019-cu ildə start götürən bu layihə hazırda 29 mindən çox kart istifadəçisinə xidmət göstərir. Tərəfdaş şəbəkəsinin 200-ə çatdığını vurğulayan Nağıyev, bunun 700-ə yaxın brendin Azərbaycan bazarında müştərilər üçün əlçatan olması demək olduğunu qeyd edib. Diqqətçəkən rəqəmlərdən biri də yığılmış millərin istifadəsidir – bu müddət ərzində müştərilər 84 minə yaxın bilet məhz millər vasitəsilə…
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini Rəhman Hümmətov İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilən panel müzakirələrində çıxış edərək dayanıqlı əlaqələndirmənin müasir iqtisadiyyatda strateji əhəmiyyətindən danışıb. “GDP” -nin məlumatına görə nazir müavini vurğulayıb ki, bu gün dayanıqlı əlaqələndirmə artıq sadəcə nəqliyyat məsələsi deyil, iqtisadi artım, ticarət şaxələndirilməsi, tədarük zənciri təhlükəsizliyi və regional inteqrasiya üçün strateji ilkin şərtə çevrilib. O qeyd edib ki, son illərdə geosiyasi inkişaflar, qlobal tədarük zəncirlərindəki fasilələr və Asiya ilə Avropa arasında artan ticarət axınları səmərəli, etibarlı və şaxələndirilmiş nəqliyyat marşrutlarının əhəmiyyətini nümayiş etdirib. Bu kontekstdə Orta Dəhliz Şərqi və Qərbi birləşdirən ən perspektivli…
PAŞA Bank fəaliyyətinin 19-cu ildönümünü qeyd edir. “GDP Media”xəbər verir ki, bu münasibətlə bankın Baş İcraçı Direktoru Cavid Quliyev paylaşım edərək bildirib ki, son 19 il ərzində PAŞA Bank Azərbaycanın aparıcı korporativ banklarından birinə çevrilib, minlərlə biznesin inkişafına dəstək göstərərək ölkə iqtisadiyyatının, xüsusilə də qeyri-neft sektorunun inkişafına mühüm töhfələr verib. Onun sözlərinə görə, cari il bankın tarixində yeni mərhələnin başlanğıcı kimi yadda qalacaq. Belə ki, bir neçə gün əvvəl PAŞA Bank ilkin kütləvi səhm təklifi (IPO) prosesini uğurla başa çatdırıb. Bu hadisə bank üçün yeni inkişaf dövrünün əsasını qoymaqla yanaşı, illər ərzində formalaşdırılan dəyərin və qazanılmış etimadın daha geniş investor…
Azərbaycanın rəqəmsal bazarı sürətlə inkişaf edir və yetkinləşir. “Targertinqə daha çox pul tökməklə” uğura asanlıqla nail olmağın mümkün olduğu günlər tədricən keçmişdə qalır. Indi texnologiya, dəqiq siqnallar və ölçüləbilən nəticələr ön plana çıxır. Biz marketinqə yanaşmaların necə dəyişdiyi, şirkət rəhbərlərinin rəqəmsal marketinq haqqında niyə daha çox məlumatlı olduğu və yeni texnologiyaların gündəlik biznes əməliyyatlarını necə dəyişdirdiyi haqqında Aleph Azərbaycan-ın icraçı direktoru Tural Kərimovla danışdıq. Bölünmə əvəzinə sinergiya: marketinq necə təkamül edir — Tural, cəmi bir neçə il əvvəl Bakıda ofislərdə dəqiq bir bölgü görmək adi hal idi: TV, bilbordlar və radio ilə məşğul olan ənənəvi marketinq şöbəsi və haradasa bununla…
Taleh Kazımov: “Sudanla pul siyasəti və maliyyə texnologiyaları sahəsində əməkdaşlığı gücləndiririk”
Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində ölkəmizdə səfərdə olan Sudan Mərkəzi Bankının sədri Amna Mirqani rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. Görüş zamanı tərəflər makroiqtisadi vəziyyət və inkişaf meyilləri, pul siyasətinin ötürücülüyünün təkmilləşdirilməsi mexanizmləri, müxbir bankçılıq əlaqələrinin dərinləşdirilməsi, eləcə də maliyyə inklüzivliyinin genişləndirilməsi istiqamətində mövcud yanaşmaları müzakirə ediblər. Bununla yanaşı, maliyyə bazarlarının tənzimlənməsi və nəzarəti sahəsində mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşün yekununda Azərbaycan və Sudan Mərkəzi Bankları arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, pul siyasəti, maliyyə sektoru, ödəniş sistemləri, maliyyə texnologiyaları, bank nəzarəti, cinayət yolu ilə əldə…
Azərbaycanın bank sektoru və beynəlxalq maliyyə institutları ilə əməkdaşlığının genişlənməsi, xüsusilə Azərbaycan-Ərəb Koordinasiya Qrupu çərçivəsində qurulan tərəfdaşlıqlar iri infrastruktur layihələrinin – boru kəmərlərinin, dəmir yollarının və avtomobil yollarının maliyyələşdirilməsinə töhfə verir. GDP xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Prezident İlham Əliyevin də iştirak etdiyi Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantılarının açılış mərasimində çıxışı zamanı bildirib. M. Cabbarov Azərbaycanın son illərdə həyata keçirdiyi iqtisadi inkişaf strategiyasını və beynəlxalq tərəfdaşlıqların bu prosesdə rolunu vurğulayıb. Eyni zamanda, iqtisadi siyasətin əsas prioritetləri kimi özəl sektorun inkişafını, insan kapitalının gücləndirilməsini və texnoloji tərəqqini qeyd edib. Nazir, həmçinin İslam…
Azərbaycan kiçik və orta biznes subyektlərinin (KOB) rəqabət qabiliyyətinin artırılması, onların regional və beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Bu barədə Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində çıxışı zamanı İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib. Onun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən bizneslərin təxminən 99,7 faizini təşkil edən KOB-ların inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. “Ölkəmiz Şərqlə Qərbi, eləcə də Şimalla Cənubu birləşdirən mühüm ticarət yollarının kəsişməsində yerləşir və bu mövqe ticarət, investisiya və biznes əməkdaşlığı üçün geniş imkanlar yaradır. Həyata…
