- Mərkəzi Bank:”Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxındır”
- Mərkəzi Bank uçot dərəcəsini dəyişməz saxlayıb
- Murad Süleymanov: “PAŞA Bank-ın IPO nəticələri açıqlanıb – Örtülmə nisbəti 129,2% olub”
- Bəhruz Nağıyev: “Miles&Smiles 7 ildə 29 min kart və 84 min biletə imza atıb”
- Rəhman Hümmətov: “Orta Dəhlizin potensialı rəqəmsal əlaqələndirmə olmadan reallaşa bilməz”
- “PAŞA Bank”ın rəhbəri Cavid Quliyev:“19 il geridə qaldı, indi isə yeni mərhələ başlayır”
- Azərbaycanda “smart büdcələr” dövrü. Niyə bizneslər artıq sadəcə like sayına inanmır və rəqəmsal marketinqdən nə gözləmək lazımdır?
Author: Aynure Gdp
Azərbaycan kiçik və orta biznes subyektlərinin (KOB) rəqabət qabiliyyətinin artırılması, onların regional və beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Bu barədə Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində çıxışı zamanı İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib. Onun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən bizneslərin təxminən 99,7 faizini təşkil edən KOB-ların inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. “Ölkəmiz Şərqlə Qərbi, eləcə də Şimalla Cənubu birləşdirən mühüm ticarət yollarının kəsişməsində yerləşir və bu mövqe ticarət, investisiya və biznes əməkdaşlığı üçün geniş imkanlar yaradır. Həyata…
“Biz iqtisadi inkişafımızla bağlı hər hansı çətinliklər gözləmirik”. Bunu Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışında bildirib. Ölkəmizdə həyata keçirilən sosial proqramlara da toxunan dövlətimizin başçısı deyib: “Onlar genişmiqyaslı proqramlardır. Son bir neçə il ərzində biz bir sıra sosial dəstək paketlərini həyata keçirmişik”. “İqtisadiyyatımızın şaxələndirilməsi artıq reallıqdır” Prezident İlham Əliyev çıxışında “İqtisadiyyatımızın şaxələndirilməsi artıq reallıqdır, lakin biz birmənalı olaraq səylərimizi davam etdirməliyik” deyib. “Xarici borcumuza gəldikdə, biz müəyyən işlər görmüşük. Son illər ərzində nailiyyətlər var və bu gün planlarımız daha genişdir”, – deyə dövlətimizin başçısı qeyd edib. XXX “Biz Azərbaycanı açıq dənizə çıxışı olmayan ölkədən…
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) və “Norm” ASC-nin tərəfdaşlığı çərçivəsində qeyri-formal və informal təhsilin tanınması istiqamətində “İnşaat ustası” peşə ixtisası üzrə qiymətləndirmənin ikinci mərhələsi başa çatıb. İyunun 8, 9 və 10-da keçirilən praktik imtahanlarda nəzəri mərhələni uğurla başa vurmuş 24 usta iştirak edib. Qiymətləndirmə prosesində ustalar peşə standartlarına müvafiq modullar üzrə tapşırıqları yerinə yetiriblər. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, eləcə də Norm Ustalar Klubunun nümayəndələrinin təmsil olunduğu komissiyanın yekun rəyi əsasında 24 iştirakçının hamısının nəticəsi məqbul hesab olunub. Növbəti mərhələdə ustalar Nazirlər Kabinetinin 5 avqust 2020-ci il tarixli 279 nömrəli Qərarı ilə təsdiq…
İyunun 12 “PAŞA Bank” ASC-nin ilkin kütləvi səhm təklifi (IPO) üzrə abunə yazılışı mərhələsi uğurla başa çatıb. Bu münasibətlə “PAŞA Maliyyə Holdinqi”nin rəhbəri Fərid Məmmədov bildirib ki, sözügedən hadisə təkcə bir maliyyə institutunun uğuru deyil, bütövlükdə ölkənin kapital bazarlarının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, PAŞA Bank maliyyə ekosisteminin əsas iştirakçılarından biri olmaqla yanaşı, uzun illər ərzində formalaşmış etimadın, dayanıqlı inkişafın və strateji baxışın nəticəsi olaraq kapital bazarına çıxış edib. “Bu nailiyyəti xüsusi əhəmiyyətli edən yalnız investorların yüksək marağı deyil. 20 mindən artıq sifarişin daxil olması və IPO-nun artıq tələblə qarşılanması bazarın potensialını bir daha nümayiş etdirdi. Daha…
Bakcell-in dəstəyi ilə şəhid övladları üçün təşkil olunmuş 5-ci “YAŞAT” düşərgəsinə start verilib. Bakcell və NEQSOL Holding-in dəstəyi ilə həyata keçirilən layihə “YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə davam edir. Lənkəran şəhərində təşkil olunan layihə çərçivəsində ümumilikdə 400-ə yaxın şəhid övladının iştirakı nəzərdə tutulur. Yeddi həftə davam edəcək düşərgə proqramı uşaqların asudə vaxtının səmərəli təşkili, şəxsi inkişafı və sosial bacarıqlarının gücləndirilməsi məqsədilə hazırlanıb. İştirakçılar üçün müxtəlif əyləncə proqramları, maarifləndirici təlimlər, teatr tamaşaları, ekskursiyalar, peşəkar mütəxəssislərlə görüşlər və konsert proqramları təşkil olunur. Bakcell-in dəstəyi ilə düşərgənin ikinci günü iştirakçılar üçün süni intellekt və innovasiya mövzularına həsr olunmuş təlim…
Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan “TuranBank” ASC və İslam İnkişaf Bankı Qrupunun özəl sektor üzrə üzv qurumu olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) arasında Azərbaycanda özəl sektor layihələrinin dəstəklənməsi məqsədilə 15 milyon ABŞ dolları məbləğində vəsaitin cəlb edilməsinə dair niyyət bəyannaməsi imzalanıb. İmzalanma mərasimi İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində keçirilən Özəl Sektor Forumunun açılış tədbirində baş tutub. Qeyd edək ki, Bəyannamə ICD-nin icraçı direktoru vəzifəsini icra edən Dr. Xalid Xələfallah və “TuranBank” ASC-nin İdarə Heyətinin sədri Orxan Qarayev tərəfindən imzalanıb. Cəlb olunan vəsait ölkədə fəaliyyət göstərən kiçik və orta sahibkarlıq (KOB) subyektlərinin layihələrinin maliyyələşdirilməsinə yönəldiləcəkdir.…
Qiymətli kağızlar bazarı haqqında qanunvericiliyə yeni dəyişikliklər təklif edilib. Bu dəyişikliklər səhmlərin və istiqrazların emissiyasının kütləvi şəkildə daha sadələşdirilmiş mexanizm əsasında həyata keçirilməsinə imkan yaradacaq. GDP xəbər verir ki, bunu parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 17-də keçirilən iclasında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov deyib. Fərid Osmanov bildirib ki, prosesdə əsas prioritetlərdən biri şəffaflıq və nəzarətdir. Onun sözlərinə görə, bu məqsədlə çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı qanunvericiliyə müvafiq dəyişikliklər edilir ki, Mərkəzi Bank və aidiyyəti qurumlar effektiv nəzarət və tənzimləmə funksiyalarını həyata keçirə bilsinlər. “Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinə…
Azərbaycan və OPEC Beynəlxalq İnkişaf Fondu arasında əməkdaşlığın başlıca istiqamətləri nəzərdən keçirilib. GDP xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. O qeyd edib ki, bu müzakirələr İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində OPEC Beynəlxalq İnkişaf Fondunun prezidenti Əbdülhəmid Əlxəlifə ilə görüşdə aparılıb. Nazir qeyd edib ki, 2025-2030-cu illəri əhatə edən Ölkə Tərəfdaşlıq Çərçivəsinin uğurlu icrası, su təchizatının, sosial infrastrukturun və ekoloji dayanıqlığın təkmilləşdirilməsi istiqamətində görülən işlər, özəl sektora dəstək və regional bağlantı layihələrində iştirak imkanları barədə müzakirələr aparılıb. Qeyd edək ki, OPEC Beynəlxalq İnkişaf Fondu (OPEC Fund for International Development) neft ixrac edən…
Daşkənddə keçirilən V Beynəlxalq İnvestisiya Forumu (TIIF 2026) çərçivəsində Azərbaycanın aparıcı banklarından biri olan ABB, Özbəkistanın Davr Bankı və Özbəkistan İnvestisiya, Sənaye və Ticarət Nazirliyi arasında strateji əməkdaşlıq sazişi imzalanıb. Sənəd Azərbaycanın Baş naziri Əli Əsədov və Özbəkistanın Baş nazirinin iştirakı ilə rəsmiləşdirilib. “GDP Media” xəbər verir ki, forum çərçivəsində ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və baş nazir Əli Əsədov arasında keçirilən yüksək səviyyəli görüşdə iştirak edib. Görüşdə ölkələrarası ticarət, investisiya, nəqliyyat-logistika və energetika sahələrində əməkdaşlığın genişləndirilməsi, həmçinin birgə layihələrin həyata keçirilməsi perspektivləri ətraflı müzakirə olunub. Yeni imzalanan üçtərəfli sazişə əsasən, ABB Maliyyə Qrupu DavrBank-ın…
Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımov İslam İnkişaf Bankı (İİB) Qrupunun 20-ci Forumunda çıxış edərək ölkəmizin İslam maliyyəsinin tətbiqi sahəsində apardığı islahatlar, qarşıda duran hədəflər və qlobal əməkdaşlığa açıqlıq barədə ətraflı məlumat verib. Forumda çıxış edən Kazımov vurğulayıb ki, tarixən ticarət və sivilizasiyaların kəsişmə nöqtəsində yerləşən Azərbaycan bu gün də qlobal iqtisadi parçalanma və artan qeyri-müəyyənlik şəraitində adaptiv və inklüziv maliyyə sistemlərinin qurulmasına töhfə verməyə hazırdır. Onun sözlərinə görə, riskin bölüşdürülməsi və etik prinsiplərə əsaslanan İslam maliyyəsi bu baxımdan mühüm praktiki alətlər təklif edir. Mərkəzi Bank sədri ölkədə İslam maliyyəsinin uğurlu tətbiqi üçün iki əsas istiqaməti –…
