Close Menu
    What's Hot

    Azərbaycan və Dünya Bankı əməkdaşlığı genişləndirir – yeni istiqamətlər müzakirə edilib

    10 Sentyabr 2026

    ARDNF Çin-ASEAN Birgə İnvestisiya Şurasının təsisçi üzvü olub

    10 Sentyabr 2026

    “Unibank”ın sədr müavini vəzifədən ayrılıb

    10 Sentyabr 2026
    Trending
    • Azərbaycan və Dünya Bankı əməkdaşlığı genişləndirir – yeni istiqamətlər müzakirə edilib
    • ARDNF Çin-ASEAN Birgə İnvestisiya Şurasının təsisçi üzvü olub
    • “Unibank”ın sədr müavini vəzifədən ayrılıb
    • İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
    • Brent neftinin qiyməti 102 , WTI isə 97 ABŞ dollarını keçib
    • FED gözləntilərin əksinə olaraq gələn həftə faiz dərəcəsini 25 baza bəndi artıra bilər
    • Azərbaycanla Dünya Bankı arasında 53 layihəyə 4,9 milyard dollar ayrılıb- Sahil Babayev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb
    • Şəxsi baqaj üçün gömrük bəyannaməsi qaydaları yeniləndi, yeni qayda 30 gündən sonra qüvvəyə minəcək
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Azərbaycan və Dünya Bankı əməkdaşlığı genişləndirir – yeni istiqamətlər müzakirə edilib

      10 Sentyabr 2026
      Recent

      Azərbaycan və Dünya Bankı əməkdaşlığı genişləndirir – yeni istiqamətlər müzakirə edilib

      10 Sentyabr 2026

      ARDNF Çin-ASEAN Birgə İnvestisiya Şurasının təsisçi üzvü olub

      10 Sentyabr 2026

      “Unibank”ın sədr müavini vəzifədən ayrılıb

      10 Sentyabr 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      “PAŞA Kapital”da yeni təyinat

      07 Sentyabr 2026

      Azərbaycan kapital bazarında yeni dinamika: Bakı Fond Birjasının dövriyyəsi azalıb, əqd sayı artıb

      07 Sentyabr 2026

      Milli Depozit Mərkəzi Avropa Mərkəzi Depozitarlar Assosiasiyasına üzv olub

      01 Sentyabr 2026

      Azərbaycanda 4 illik dövlət istiqrazlarının gəlirliliyi 91 baza bəndi azalıb

      21 Avqust 2026

      Brent neftinin qiyməti 102 , WTI isə 97 ABŞ dollarını keçib

      10 Sentyabr 2026

      Neft bazarında risk artır: Brent 100 dollar sərhədində

      09 Sentyabr 2026

      Xarici investorlar ABŞ istiqrazlarını satır: uzunmüddətli gəlirlilik 20 ilin maksimumuna çatıb

      09 Sentyabr 2026

      Neft İran və ABŞ arasında gərginlik fonunda bahalaşmaqda davam edir

      09 Sentyabr 2026

      Citi yaponiyalı korporativ müştərilər üçün blokçeyn ödənişlərini işə salır

      09 Sentyabr 2026

      Tramp tərəfdarının bitkoin şirkətində böyük çöküş: səhmlər 99% ucuzlaşdı

      03 Sentyabr 2026

      Coinbase “Apple” və “NVIDIA” səhmlərini tokenləşdirdi

      25 Avqust 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      Brent neftinin qiyməti 102 , WTI isə 97 ABŞ dollarını keçib

      10 Sentyabr 2026

      Neft bazarında risk artır: Brent 100 dollar sərhədində

      09 Sentyabr 2026

      Xarici investorlar ABŞ istiqrazlarını satır: uzunmüddətli gəlirlilik 20 ilin maksimumuna çatıb

      09 Sentyabr 2026

      Citi yaponiyalı korporativ müştərilər üçün blokçeyn ödənişlərini işə salır

      09 Sentyabr 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Azərbaycan iqtisadiyyatı1,2% böyüyüb amma artım tempi bir qədər zəifləyib

      09 Sentyabr 2026
      Recent

      Azərbaycan iqtisadiyyatı1,2% böyüyüb amma artım tempi bir qədər zəifləyib

      09 Sentyabr 2026

      Dövlət təşkilatlarının ödənişli xidmətlərindən büdcəyə 481 milyon manat daxil olub

      08 Sentyabr 2026

      Dövlət əmlakı üzrə büdcə daxilolmaları proqnozu 23,8 faiz üstələyib

      08 Sentyabr 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Bank » “TuranBank” ICD ilə 15 milyon dollar həcmində niyyət bəyannaməsi imzalayıb
    Bank

    “TuranBank” ICD ilə 15 milyon dollar həcmində niyyət bəyannaməsi imzalayıb

    17 İyun 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan “TuranBank” ASC və İslam İnkişaf Bankı Qrupunun özəl sektor üzrə üzv qurumu olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) arasında Azərbaycanda özəl sektor layihələrinin dəstəklənməsi məqsədilə 15 milyon ABŞ dolları məbləğində vəsaitin cəlb edilməsinə dair niyyət bəyannaməsi imzalanıb.

    İmzalanma mərasimi İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində keçirilən Özəl Sektor Forumunun açılış tədbirində baş tutub.

    Qeyd edək ki, Bəyannamə ICD-nin icraçı direktoru vəzifəsini icra edən Dr. Xalid Xələfallah və “TuranBank” ASC-nin İdarə Heyətinin sədri Orxan Qarayev tərəfindən imzalanıb.

    Cəlb olunan vəsait ölkədə fəaliyyət göstərən kiçik və orta sahibkarlıq (KOB) subyektlərinin layihələrinin maliyyələşdirilməsinə yönəldiləcəkdir. Mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi sahəsində güclü təcrübəyə və geniş xidmət şəbəkəsinə malik olan “TuranBank” mövcud infrastrukturu vasitəsilə bu resursların səmərəli və operativ şəkildə sahibkarlara çatdırılmasını təmin edəcəkdir. Bu layihə kiçik müəssisələrin maliyyə ehtiyaclarını qarşılamaqla yanaşı, ölkəmizdə KOB sektorunun inkişafına və maliyyə əlçatanlığının artırılmasına mühüm töhfə verəcəkdir.

    Məlumat üçün qeyd edək ki, “TuranBank” ilə ICD arasında əməkdaşlıq 2008-ci ildən etibarən davam edir. Bu Memorandum tərəflər arasında mövcud olan çoxillik etibarlı əməkdaşlığın daha da dərinləşməsinin bariz nümunəsidir.

    “TuranBank” ASC 1992-ci ildə təsis edilmiş və Azərbaycan maliyyə sektorunda fəaliyyət göstərən ən sabit və etibarlı qurumlardan biri kimi tanınır. Bank müştərilərinə beynəlxalq standartlara uyğun geniş çeşidli maliyyə xidmətləri təqdim edir.

    Hazırda ölkə üzrə 22 xidmət nöqtəsi ilə fəaliyyət göstərən “TuranBank” 34 illik fəaliyyəti ərzində dayanıqlı inkişaf nümayiş etdirib. Bank şəffaflıq, etibarlılıq və sosial məsuliyyət prinsiplərinə sadiqliyi ilə seçilərək ölkənin bank sektorunda mühüm rol oynamaqda davam edir.

    Ətraflı məlumat üçün: www.turanbank.az

    Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) İslam İnkişaf Bankı Qrupunun üzvü olan çoxməqsədli maliyyə institutudur. Korporasiyanın əsas missiyası üzv ölkələrdə özəl sektorun inkişafını təşviq etmək və İslam şəriət prinsiplərinə uyğun maliyyə alətləri vasitəsilə iqtisadi inkişafı dəstəkləməkdir.

    ICD, həmçinin hökumətlərə və özəl təşkilatlara məsləhət xidmətləri göstərərək özəl müəssisələrin yaradılmasını, genişləndirilməsini və modernləşdirilməsini təşviq edir.

    ICD aşağıdakı beynəlxalq reytinqlərə malikdir: Moody’s – A2, S&P – A, Fitch – A+.

    Əlaqə üçün:

    Nabil El-Alami – Kommunikasiya və Korporativ Marketinq Departamentinin rəhbəri

    E-poçt: Nalami@isdb.org

    Veb-sayt:  www.icd-ps.org

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Azərbaycan və Dünya Bankı əməkdaşlığı genişləndirir – yeni istiqamətlər müzakirə edilib

    10 Sentyabr 2026

    ARDNF Çin-ASEAN Birgə İnvestisiya Şurasının təsisçi üzvü olub

    10 Sentyabr 2026

    “Unibank”ın sədr müavini vəzifədən ayrılıb

    10 Sentyabr 2026

    FED gözləntilərin əksinə olaraq gələn həftə faiz dərəcəsini 25 baza bəndi artıra bilər

    09 Sentyabr 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.