Azərbaycanın İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanovun Portuqaliyaya səfəri çərçivəsində “Deloitte Portugal” şirkətinin baş icraçı direktoru Antonio Lagartixo ilə görüş keçirilib.
Görüşdə süni intellekt, bulud texnologiyaları, kibertəhlükəsizlik və digər innovativ sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunub.
Tərəflər, həmçinin insan kapitalının inkişafı, yerli mütəxəssislərin bilik və bacarıqlarının artırılması, Azərbaycanda texnologiya şirkətləri, rəqəmsal köçərilər və frilanserlər üçün yeni imkanların yaradılması məsələlərinə diqqət yetiriblər.
Fərid Osmanov görüşün gələcəkdə yeni əməkdaşlıq istiqamətlərinin formalaşmasına töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Görüşdə “Deloitte Azerbaijan” şirkətinin idarəedici partnyoru Nuran Kərimova da iştirak edib.


