Author: Aynure Gdp

Ələt Azad Zonası yerli bazar deyil, ixrac mərkəzi kimi inkişaf etdirilir. Bunu Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov “Dayanıqlılıq və enerji transformasiyası” mövzusunda Bakıda keçirilən “Technovation” Forumunda bildirib “Biz istənilən investorla potensial layihələrin müzakirəsinə açığıq, lakin biz Ələt Azad İqtisadi Zonasında daha çox yüksək əlavə dəyər yaradan və ixrac yönümlü istehsalla məşğul olan müəssisələrin fəaliyyətini üstün tuturuq. İxrac yönümlü istehsal o deməkdir ki, istehsal olunan malların ən azı 75 %-i ölkədən ixrac edilməlidir. Bunun əsas səbəblərindən biri, yerli bazara yönəlmiş kiçik və orta sahibkarlıq subyektlərinin həmin zonada formalaşmasının qarşısını almaq və Ələt Azad İqtisadi Zonasında…

Read More

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən maliyyə sektorunda kibertəhlükəsizlik insidentləri üzrə koordinasiyanın təmin edilməsi məqsədilə yaradılmış Maliyyə sektorunda sahəvi Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (FinCERT) beynəlxalq səviyyədə tanınmış “Forum of Incident Response and Security Teams” (FIRST) təşkilatına üzv qəbul edilib. GDP xəbər verir ki, Mərkəzi Bankdan verilən məlumata görə, FinCERT üzvlük üçün müəyyən edilmiş bütün tələbləri uğurla yerinə yetirərək dünyanın aparıcı kibertəhlükəsizlik insidentlərinə cavab komandalarını birləşdirən beynəlxalq təşkilatın üzvü statusunu əldə edib.Qeyd olunub ki, FIRST dövlət, kommersiya və akademik sektorlarda fəaliyyət göstərən kompüter təhlükəsizliyi insidentlərinə cavab qruplarını bir araya gətirən nüfuzlu beynəlxalq platformadır. FinCERT-in təşkilata üzvlüyü maliyyə sektorunda kibertəhlükəsizlik sahəsində beynəlxalq…

Read More

İqtisadi Şurada Ələt Azad İqtisadi Zonası və xidmət sektorunun inkişafı müzakirə olunub. GDP xəbər verir ki, iyunun 11-də Baş nazir Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın növbəti iclası keçirilib. Nazirlər Kabinetinin yaydığı məlumata görə, iclasda Ələt Azad İqtisadi Zonasının fəaliyyətinin təşkili istiqamətində görülmüş işlər, həlli vacib infrastruktur məsələləri, strateji baxış və inkişaf perspektivləri, həmçinin xidmət sektorunun iqtisadi artımda rolu və inkişaf potensialı müzakirə olunub. Bununla yanaşı, xidmət sektorunda müəyyən edilmiş prioritet istiqamətlər və təkliflər, eləcə də digər cari məsələlər gündəlikdə yer alıb. Gündəlikdəki məsələlər üzrə Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov…

Read More

ABŞ fond bazarında son illərin ən böyük birgünlük satış dalğalarından biri yaşanıb. İnvestorların artan ticarət gərginliyi və yeni tariflərlə bağlı narahatlıqları fonunda bazardan ümumilikdə 1,1 trilyon ABŞ dolları həcmində bazar kapitallaşması silinib. GDP xəbər verir ki,satış təzyiqi nəticəsində S&P 500, Nasdaq və Dow Jones indeksləri orta hesabla 2-3 faiz geriləyib. Mütəxəssislərin fikrincə, itkilər yalnız müəyyən sahələri deyil, iqtisadiyyatın əksər sektorlarını əhatə edib. Texnologiya, sənaye, maliyyə və enerji şirkətlərinin səhmlərində genişmiqyaslı ucuzlaşma müşahidə olunub. Analitiklər qeyd edirlər ki, investorlar qlobal iqtisadi artım tempinin zəifləməsi, resessiya risklərinin yüksəlməsi və ticarət siyasətinin daha da sərtləşdirilməsi ehtimalını qiymətləndirərək daha təhlükəsiz aktivlərə üstünlük verməyə başlayıblar.…

Read More

Azərbaycanda son illərin ən böyük sənaye sərmayələrindən biri kimi yeni neft emalı zavodunun tikintisi layihəsi üzrə müvafiq qərar qəbul olunub. GDP xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib. Nazirin sözlərinə görə, layihənin təxminən 5-6 il ərzində başa çatdırılması gözlənilir. “Bir müddət əvvəl ölkəmizdə bu sahədə son illərin ən böyük sərmayələrindən biri olan yeni neft emalı zavodunun qurulması və tikintisi barədə müvafiq qərar razılaşdırılıb və qəbul olunub. Bu nöqteyi-nəzərdən biz təxminən 5-6 il ərzində bu layihənin başa çatdırılmasını gözləyirik”, – deyə Mikayıl Cabbarov qeyd edib. Nazir vurğulayıb ki, yeni zavod tam müasir tələblərə cavab verəcək. Onun sözlərinə görə, layihə…

Read More

“Rabitəbank” ASC-də yeni kadr təyinatı baş tutub. 9 iyun 2026-cı il tarixindən etibarən Aygün Məmmədli bankın Marketinq Departamentinin Partnyorlarla iş şöbəsinin rəisi vəzifəsinə təyin edilib.        Aygün Məmmədli peşəkar fəaliyyətinə qeyri-bank sektorunda başlayaraq müxtəlif özəl təşkilatlarda marketinq və satış, ictimaiyyətlə əlaqələr, kommunikasiya və tədbirlərin təşkili istiqamətlərində çalışıb. Fəaliyyəti dövründə brend kommunikasiyası, tərəfdaşlarla iş, layihələrin koordinasiyası, satış proseslərinin dəstəklənməsi və tədbirlərin idarə olunması sahələrində praktiki təcrübə qazanıb.        2019–2023-cü illərdə “Rabitəbank” ASC-nin Marketinq departamentində baş mütəxəssis kimi fəaliyyət göstərib. Bu müddətdə bankın marketinq kommunikasiyaları, kampaniya və layihələrin icrası, eləcə də müxtəlif layihələrin koordinasiyası proseslərində yaxından iştirak edib.        2023–2026-cı illərdə İnnovasiya…

Read More

2026-cı ilin yanvar-aprel aylarında ölkədə inflyasiya səviyyəsi, yəni istehlak qiymətləri indeksinin artımı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,6 faiz təşkil edib. GDP Dövlət Statistika Komisətinə istinadən xəbər verir ki, eyni göstərici yanvar-mart aylarının nəticələri üzrə də 5,6 faiz səviyyəsində qeydə alınıb. Məlumatlar göstərir ki, istehlak bazarında qiymət artımları mülayim templə davam edib. İnflyasiyanın 5,6 faiz səviyyəsində formalaşması daxili tələbin, istehsal və idxal xərclərinin, eləcə də qlobal qiymət tendensiyalarının iqtisadiyyata təsirini əks etdirir. Eyni zamanda, yanvar-aprel və yanvar-mart dövrləri üzrə göstəricinin dəyişməz qalması qiymət artım tempində ciddi sürətlənmə və ya zəifləmənin müşahidə olunmadığını göstərir. Bu dinamika istehlak bazarında nisbi sabitliyin…

Read More

5 iyunda Bakıda Ümumdünya Ətraf Günü 2026 tədbiri baş tutub.   Azərbaycanın ev sahibliyi etdiyi qlobal tədbirdə yüksək səviyyəli dövlət rəsmiləri, BMT və onun aidiyyatı qurumlarının rəhbər şəxsləri, müxtəlif ölkələrdən gələn nümayəndələr, Azərbaycanın özəl sektorunu təmsil edən şirkətlərin, eləcə də Norm-un nümayəndələri iştirak ediblər. Norm tədbirin sponsorlarından biri kimi bu mühüm təşəbbüsə dəstək göstərib.   Ətraf mühitin qorunması, iqlim dəyişiklikləri ilə mübarizə və dayanıqlı inkişafın təşviqinə həsr olunmuş belə nüfuzlu tədbirin sponsor kimi tərəfdaşları sırasında yer almaq şirkət üçün mühüm əhəmiyyət kəsb edir.   Norm-da istehsal və biznes prosesləri ətraf mühitə məsuliyyətli yanaşma prinsipləri əsasında qurulub. Şirkət karbon emissiyalarının azaldılması…

Read More

2026-cı il iyulun 1-dən etibarən BP üçseqmentli strukturu əvəz edərək iki ayrı biznes seqmenti – kəşfiyyat və hasilat seqmentlərinə bölünəcək. GDP şirkətin məlumatına istinadən xəbər verir ki, Qordon Birrell kəşfiyyat və hasilat üzrə icraçı vitse-prezident təyin edilib, Riçard Hardinq isə hasilat üzrə icraçı vitse-prezident vəzifəsini icra edəcək. Hazırda hasilat üzrə daimi icraçı vitse-prezident vəzifəsinə namizədlərin seçimi prosesi aparılır. “İkiseqmentli model vəzifələr dairəsini dəqiqləşdirməyə imkan verəcək və qərarların daha sürətli və səmərəli qəbul edilməsini təmin edəcək”, – məlumatda bildirilib. “Upstream” bölməsi dünyanın ehtiyac duyduğu enerji resurslarının axtarışı, işlənilməsi və istehsalı proseslərini optimallaşdıraraq, kəşfiyyat, işlənmə və hasilat daxil olmaqla BP-nin neft-qaz regionlarını…

Read More

Süni intellektdən istifadə məhsul yaradılmasını əhəmiyyətli dərəcədə sürətləndirib. GDP xəbər verir ki, bunu Bakıda keçirilən X Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvü Vüsal Xəlilov bildirib. O rəqəmsallaşma və süni intellekt məsələsinə də toxunaraq bildirib ki, bu il fevralın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş müşavirədə vurğulandığı kimi, rəqəmsallaşma və süni intellekt ölkəmizin əsas prioritetlərindən biri kimi müəyyən edilib: “Maliyyə sektoru isə ölkənin ən çox rəqəmsallaşmış sahələrindən biri olaraq bu istiqamətləri öz strategiyalarında və təşəbbüslərində nəzərə alır. Hesab edirik ki, rəqəmsallaşma və süni intellekt yaxın gələcəkdə bütün təşkilatlarda geniş tətbiq olunacaq. Bu gün keçirilən…

Read More