- ABB kartlarından əlavə vəsait silinməsi ilə əlaqədar istifadəçilərinə müraciət edib
- Mərkəzi Bank:”Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxındır”
- Mərkəzi Bank uçot dərəcəsini dəyişməz saxlayıb
- Murad Süleymanov: “PAŞA Bank-ın IPO nəticələri açıqlanıb – Örtülmə nisbəti 129,2% olub”
- Bəhruz Nağıyev: “Miles&Smiles 7 ildə 29 min kart və 84 min biletə imza atıb”
- Rəhman Hümmətov: “Orta Dəhlizin potensialı rəqəmsal əlaqələndirmə olmadan reallaşa bilməz”
- “PAŞA Bank”ın rəhbəri Cavid Quliyev:“19 il geridə qaldı, indi isə yeni mərhələ başlayır”
Author: Aynure Gdp
8 iyun 2026-cı il tarixində Bakcell baş icraçı direktor vəzifəsinə yeni təyinatla bağlı rəsmi məlumat yayıb. Telekommunikasiya sahəsində 35 ildən artıq beynəlxalq təcrübəyə sahib Qunnar Panke şirkətin baş icraçı direktoru vəzifəsinə təyin olunub. Qunnar Panke telekommunikasiya sektorunda müştəriyönümlü biznes transformasiyası, strateji inkişaf və dayanıqlı artım istiqamətlərində geniş təcrübəyə malikdir. O, Azərbaycan, Almaniya, Fransa, Rumıniya və digər ölkələrin aparıcı telekommunikasiya şirkətlərində müxtəlif rəhbər vəzifələrdə çalışıb. Qunnar Panke Fransanın Poitiers Universitetində strateji idarəetmə üzrə fəlsəfə doktoru (PhD) dərəcəsinə, həmçinin ENSPTT Universitetinin MBA dərəcəsinə sahibdir. Bundan əlavə, o, INSEAD (Fransa), Oksford Universiteti (İngiltərə), London Biznes Məktəbi (İngiltərə), IE (Madrid), ESMT (Almaniya) və Darden…
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 2026-cı ilin may ayında 1.6 milyon tondan çox yük daşıyıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23% çoxdur. ADY-dən GDP-yə verilən məlumata görə, qeyd olunan dövrdə tranzit daşımaları 700 min tonu ötərək keçən ilin göstəricisini 34% üstələyib. “Tranzit yükdaşımalarda Şərq-Qərb dəhlizi üzrə 48% (398 508 ton), Şimal-Cənub istiqaməti üzrə 26% (55 072 ton), Şimal-Qərb istiqaməti üzrə isə 19% (236 480 ton) artım qeydə alınıb”, – məlumatda qeyd olunur.
Avropa İttifaqı (Aİ) tarixində ilk dəfə olaraq Hörmüz boğazının bağlanması ilə əlaqədar İranın fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib. GDP xəbər verir ki,bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Kiprdə keçirilən Aİ müdafiə nazirlərinin qeyri-formal görüşündən sonra təşkil olunan mətbuat konfransında məlumat verib. Kallas bildirib ki, görüş zamanı nazirlər İranın Hörmüz boğazını bağlamaq istiqamətində atdığı addımları qəbuledilməz hesab etdiklərini bəyan ediblər. Onun sözlərinə görə, buna cavab olaraq Aİ üzv dövlətləri boğazın bağlanmasında iştirak edən İranın fiziki və hüquqi şəxslərinə qarşı sanksiyaların tətbiqini təsdiqləyiblər. Aİ rəsmisi vurğulayıb ki, bu, Avropa İttifaqının beynəlxalq gəmiçilik…
Beynəlxalq reytinq agentliyi Fitch Ratings Azərbaycan Respublikasının Uzunmüddətli İssuer Default Reytinqlərini (IDR) “BBB-” səviyyəsində Sabit Proqnozla təsdiqləyib. GDP-nin məlumatına görə, Agentliyin qərarında qeyd olunur ki, Yaxın Şərqdə davam edən münaqişə fonunda neft qiymətlərinin yüksəlməsi Azərbaycanın neft və qaz gəlirlərinin artmasına səbəb olacaq. Fitch-in proqnozlarına əsasən, bunun nəticəsində 2026-cı ildə dövlətin xarici valyuta aktivləri 93 milyard ABŞ dollarına çatacaq ki, bu da ölkənin proqnozlaşdırılan ümumi daxili məhsulunun (ÜDM) 117 faizinə bərabərdir. Məlumata görə, sözügedən vəsaitin 84 faizi Azərbaycan Respublikası Dövlət Neft Fondunda (SOFAZ), qalan hissəsi isə Azərbaycan Mərkəzi Bankının beynəlxalq ehtiyatlarında saxlanılacaq. Fitch Ratings həmçinin vurğulayır ki, Azərbaycanın dövlət sektorunun xalis…
Azərbaycanda kapital bazarlarının inkişafı yeni mərhələyə qədəm qoyur. Ölkənin aparıcı maliyyə institutlarından biri olan PAŞA Bank-ın səhmlərinin kütləvi şəkildə investorlara təklif edilməsi bu istiqamətdə atılan mühüm addımlardan hesab olunur. Bu prosesin investorlara yaratdığı imkanlar, kapital bazarlarının perspektivləri və səhmdar mədəniyyətinin formalaşması barədə “Capital Partners İnvestisiya Şirkəti” QSC-nin direktoru İkram Səfərəliyev danışıb. – PAŞA Bank-ın səhmlərinin kütləvi satışa çıxmasını siz necə qiymətləndirirsiniz? – Bu prosesi yalnız səhm satışı və ya IPO kimi qiymətləndirmək düzgün olmazdı. Məncə, burada söhbət maliyyə bazarlarının və iqtisadi münasibətlərin inkişafının yeni mərhələsindən gedir. Uzun illər insanlar bank xidmətlərindən istifadə edib, lakin bu gün artıq həmin sistemin inkişafında…
Bu gün Azərbaycanın paytaxtında “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi (milli) banklarının Şurası”nın növbəti iclası başlayıb. “GDP Media” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Sədri Taleh Kazımov rəsmi sosial şəbəkə hesabında məlumat bölşüb. Bildirib ki, toplantıda qardaş ölkələrin mərkəzi bank rəhbərləri və Türk Dövlətləri Təşkilatının Baş katibi iştirak edir. Mərkəzi Bank sədri Taleh Kazımov qonaqları salamlayaraq, onları Bakıda qarşılamaqdan böyük məmnunluq duyduğunu bildirib. O, türk dövlətləri arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğu bir dövrdə rəhbərlik etdiyi qurumlar arasında dialoq və təcrübə mübadiləsinin gücləndirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Kazımov əlavə edib ki, bu toplantı Şuranın fəaliyyətində növbəti mühüm səhifə olmaqla, regionda…
Eldar Rasulov “AzerGold” Qapalı Səhmdar Cəmiyyətində İctimaiyyətlə əlaqələr, Marketinq və Korporativ Sosial Məsuliyyət şöbəsinin rəis müavini vəzifəsinə təyin edilib. GDP xəbər verir ki,Rəsulov bu barədə sosial media hesabında məlumat verib. Qeyd edək ki, “AzerGold” Azərbaycanın dağ-mədən sənayesində mühüm rol oynayır və qeyri-neft sektorunda aparıcı dövlət ixracatçıları sırasında yer alır. Eldar Rasulov isə bu təyinatadək müxtəlif qurumlarda media, kommunikasiya və ictimaiyyətlə əlaqələr sahəsində zəngin təcrübə qazanıb. Belə ki, o, 2025-2026-cı illərdə World Urban Forum 13 Operational Company-də baş məzmun və media əlaqələri meneceri, 2022-2026-cı illərdə isə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində (ANAMA) strateji kommunikasiya və media məsləhətçisi vəzifələrində çalışıb. Bundan başqa, Rəsulov…
İyun ayının əvvəlində ABŞ-ın beş aparıcı bankı – Bank of America, Citi, Deutsche Bank, Goldman Sachs və UBS – investorlar üçün vacib proqnozlarını açıqlayıb. GDP xəbər verir ki,qiymətləndirmələrdə süni intellekt (AI) bazarında həddindən artıq qızma, tokenizasiyanın partlayışlı böyüməsi və fond bazarının kövrəkliyi vurğulanır. Bank of America xəbərdarlıq edir ki, AI sektorunda “qızma” müşahidə olunur. Amazon, Google, Meta, Microsoft və Oracle bu il AI infrastrukturuna təxminən 725 milyard dollar xərcləyəcək. Bu isə texnoloji nəhənglərin sərbəst pul axınını aşağı sala bilər. Bankın analitikləri hazırda çip və avadanlıq istehsalçılarını daha maraqlı hesab edirlər. Citi isə irəliyə baxır: banka görə, tokenləşdirilmiş aktivlərin həcmi 2030-cu ilə qədər…
Sərfəli mobil operator “Nar”ın dəstəyi ilə Peşə Əmək Reabilitasiya Mərkəzində “JestPlus” mobil tətbiqinin istifadəsinə həsr olunmuş maarifləndirici görüş keçirilib. Tədbirdə 30 eşitmə və nitq məhdudiyyətli şəxs iştirak edib. Görüşün məqsədi iştirakçıları “JestPlus” mobil tətbiqinin istifadə qaydaları və təqdim etdiyi imkanlarla tanış etmək olub. Azərbaycanda ilk dəfə jest dilinin öyrənilməsi üçün yaradılan “JestPlus” tətbiqi istifadəçilərə interaktiv dərslər, testlər və praktiki tapşırıqlar vasitəsilə jest dilini sistemli şəkildə mənimsəməyə imkan verir. Tətbiq eşitmə və nitq məhdudiyyətli şəxslərin ünsiyyət imkanlarının genişləndirilməsinə, inklüzivliyin təşviqinə və jest dilinin daha geniş auditoriya üçün əlçatan olmasına xidmət edir. Bu mühüm sosial layihə “Nar”la yanaşı, ADA Universiteti və ADA…
Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dollar həddinin altına enib. GDP Media xəbər verir ki, son sutka ərzində kriptovalyutanın qiyməti 3%-dən çox azalaraq 68 500 dollar səviyyəsinə qədər geriləyib. Bazar iştirakçıları enişi əsasən mənfəət realizasiyası və riskli aktivlərə marağın zəifləməsi ilə əlaqələndirirlər. Analitiklər bildirirlər ki, hazırkı hərəkət daha çox texniki xarakter daşıyır və kəskin enişə səbəb olacaq konkret fundamental faktor müşahidə olunmur. Qeyd edilir ki, son həftələr tarixi maksimumlara yaxın səviyyələrdə konsolidasiya edən bazar hazırda fasilə mərhələsinə keçib. 69 min dollar səviyyəsi psixoloji dəstək rolunu oynayırdı və bu həddin aşağı istiqamətdə qırılması daha aşağı likvidlik zonalarının test…
