- Azərikard kart hesablarında yaranmış problemlə bağlı açıqlama yayıb
- ABB kartlarından əlavə vəsait silinməsi ilə əlaqədar istifadəçilərinə müraciət edib
- Mərkəzi Bank:”Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxındır”
- Mərkəzi Bank uçot dərəcəsini dəyişməz saxlayıb
- Murad Süleymanov: “PAŞA Bank-ın IPO nəticələri açıqlanıb – Örtülmə nisbəti 129,2% olub”
- Əliyar Məmmədyarov: “İşsizlikdən sığorta təminatı verən kredit sığortası məhsulu hazırlanıb”
- Bəhruz Nağıyev: “Miles&Smiles 7 ildə 29 min kart və 84 min biletə imza atıb”
Author: Aynure Gdp
Avropa İttifaqı Çin mənşəli “Temu” marketpleysini platformada təhlükəli və qanunsuz məhsulların satışına görə 200 milyon avro (təxminən 232 milyon dollar) məbləğində cərimələyib. GDP cəbər verir ki, Avropa Komissiyasının açıqlamasına görə, platformada təhlükəli uşaq oyuncaqları və təhlükəsizlik standartlarına cavab verməyən enerji doldurucuları da daxil olmaqla bir sıra qanunsuz məhsullar satışa çıxarılıb. Qurum bildirib ki, şirkət potensial təhlükəli məhsulların yayılması ilə bağlı risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üçün effektiv nəzarət sistemi qurmayıb. Ekspertlər hesab edirlər ki, bu qərar Avropa İttifaqının rəqəmsal platformalar və onlayn ticarət şirkətləri üzərində nəzarəti daha da sərtləşdirdiyini göstərir. Analitiklərin fikrincə, yeni qaydalar xüsusilə Çin mənşəli iri e-ticarət platformalarının Avropa…
“Citi” bankının analitikləri tokenləşdirilmiş qiymətli kağızlar bazarının 2030-cu ilə qədər 5,5 trilyon dollara yüksələcəyini proqnozlaşdırır. Hazırda bazarın həcmi 300–600 milyard dollar arasında qiymətləndirilir və ekspertlər yaxın altı ildə onun 10 dəfədən çox böyüyəcəyini gözləyirlər. Mütəxəssislərin fikrincə, bazarın sürətli inkişafının əsas səbəbləri post-treyd xərclərinin azalması, likvidliyin artması və korporativ əməliyyatların avtomatlaşdırılması olacaq. Analitiklər hesab edirlər ki, tokenləşdirmə artıq eksperimental mərhələni geridə qoyaraq institusional tətbiq dövrünə daxil olur. Proqnozların reallaşacağı təqdirdə, bu proses infrastruktur protokollarına və platformalarına ciddi tələbat yaradacaq. Xüsusilə Ethereum şəbəkəsi və real dünya aktivlərinin (RWA) tokenləşdirilməsinə fokuslanan xüsusi blokçeyn layihələrinin bundan faydalanacağı gözlənilir. Ekspertlər qeyd edirlər ki, maliyyə institutlarının…
Avropa İttifaqının 2026-cı ildən tətbiq etməyə başladığı Transsərhəd Karbon Tənzimləmə Mexanizmi (CBAM) alüminium sənayesində yeni mərhələ formalaşdırır. GDP xəbər verir ki, yeni qaydalar fonunda Azərbaycanın əsas istehsalçılarından olan “Azəralüminium” MMC-nin fəaliyyəti xüsusilə diqqət mərkəzinə çıxır. Məlumata görə, alüminium CBAM çərçivəsində yüksək riskli məhsul qrupuna daxildir. Buna səbəb istehsal prosesinin yüksək enerji sərfiyyatı və böyük həcmdə karbon emissiyası ilə müşayiət olunmasıdır. Hesablamalara əsasən, 1 ton alüminium istehsalı zamanı 13-15 tonadək CO₂ emissiyası yarana bilər. 2026-cı ildən etibarən Aİ-yə alüminium ixrac edən şirkətlər karbon sertifikatları almağa və məhsulların emissiya göstəricilərini rəsmi qaydada hesabatlaşdırmağa başlayıblar. Bu isə aşağı karbon emissiyalı istehsal modelinə malik…
Azərbaycanda qadınların iqtisadi baxımdan güclənməsi üçün Azərbaycan Biznesinin İnkişafı Fondu daha çox güzəştli kredit verməlidir. GDP xəbər verir ki, bunu deputat Vüqar Bayramov parlamentin bugünkü plenar iclasında deyib. Onun sözlərinə görə, ölkədə qadınların iqtisadi baxımdan güclənməsi onların maliyyə resurslarına çıxış imkanının artırılmasını tələb edir: “Ona görə daha məqsədəuyğun olardı ki, Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən təqdim olunan güzəştli kreditlərdə qadınlara kreditlərin təklif olunması prioritet istiqamətlərdən biri kimi göstərilsin. Hazırda həmin fondun təqdim etdiyi kreditlərdə qadın sahibkarların cəlb etdiyi kreditlərin payı birrəqəmlidir və təbii ki, prioritet istiqamət olaraq müəyyənləşməsi nəticə etibarilə qadınların güzəştli kreditlərə çıxış imkanlarını artıra bilər”. Deputat qeyd edib…
Azərbaycanda toxumçuluğun (tingçiliyin) inkişafı üzrə hüquqi, institusional və dəstək tədbirlərinin hazırlanması və icra edilməsi nəzərdə tutulur. GDP xəbər verir ki, bu məsələ “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı”nda əksini tapıb. Sənədə əsasən, 2026-2030-cu illərdə “Toxumçuluq haqqında” Qanunun və digər normativ sənədlər yenilənəcək, toxum istehsal edən elmi tədqiqat müəssisə və təşkilatlarının və Toxum Fondunun fəaliyyəti təkmilləşdiriləcək, idxal olunan toxumlara dövlət nəzarətinin və toxumçuluqla bağlı subsidiyalaşma alətlərinin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq. Eyni zamanda toxum istehsal edən elmi tədqiqat müəssisə və təşkilatlarının, Toxum Fondunun fəaliyyətinin optimallaşdırılması və maddi-texniki bazasının…
Maliyyə icarəsi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin maliyyə icarəsi verənlərin reyestrinə daxil edilməsi üçün dövlət rüsumunun dərəcəsi müəyyənləşir. GDP xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, maliyyə icarəsi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin maliyyə icarəsi verənlərin reyestrinə daxil edilməsi üçün 550 manat dövlət rüsumu müəyyənləşir. Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib. *** Maliyyə icarəsi fəaliyyətinə dair yeni tələblər müəyyən edilir. Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Maliyyə icarəsi haqqında” yeni qanun layihəsində əksini tapıb.…
22 may 2026-cı il tarixində Quba şəhərində “Regional biznesin inkişafı və rəqəmsallaşma sammiti – Regional Expo: Quba 2026” tədbiri təşkil olunub. Tədbir regionlarda sahibkarlığın inkişafı, rəqəmsal transformasiya imkanlarının genişləndirilməsi, biznes mühitinin gücləndirilməsi və yeni əməkdaşlıqların təşviqi məqsədilə dövlət və özəl sektor nümayəndələrini, sahibkarları, investorları və müxtəlif sahələr üzrə ekspertləri bir araya gətirib. MUSIAD, TECHERA və QIAD-ın birgə təşkilatçılığı, Quba Rayon İcra Hakimiyyətinin dəstəyi, “Rabitəbank” ASC-nin qızıl sponsorluğu ilə baş tutub. Regionun biznes və sahibkarlıq potensialını nümayiş etdirən sərgidə Quba və ətraf rayonlardan fəaliyyət göstərən 130-dan çox müəssisə və təşkilat iştirak edib. Tədbir çərçivəsində kənd təsərrüfatı, sənaye, turizm, innovasiya və xidmət…
İnnovasiya lideri Bakcell və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə tərəfdaşlığı ilə həyata keçirilən “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramının iştirakçıları müəyyənləşib. Seçim mərhələlərini uğurla tamamlayan 25 gənc proqram çərçivəsində təqaüd qazanıb. Gənclərin innovasiya, süni intellekt və rəqəmsal bacarıqlarının inkişafını dəstəkləmək məqsədilə yaradılan proqram böyük maraqla qarşılanıb. Ümumilikdə 1851 nəfərin müraciət etdiyi proqram çərçivəsində iştirakçılar bir neçə seçim mərhələsindən keçiblər. İlkin qiymətləndirmə və test mərhələsini uğurla başa vuran namizədlər yekun müsahibə mərhələsində iştirak edib və yekunda ən yüksək nəticə göstərən 25 nəfər proqramın qalibi seçilib. Proqram çərçivəsində qalib gənclər süni intellekt, data analitikası, proqramlaşdırma və UI/UX dizayn istiqamətləri üzrə praktiki…
Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixrac coğrafiyası genişlənib. GDP xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə bildirib. Onun sözlərinə görə, son 5 il ərzində aqrar ticarət artım dinamikası ilə inkişaf edib: “Burada önəmli və diqqət etməli olduğumuz məqam məhz aqrar emalla kənd təsərrüfatı xammal istehsalı arasındakı idxal və ixracdakı nisbətlərdir. Belə ki, ixracda bu iki sahə arasındakı nisbətdə kənd təsərrüfatı xammalı istehsalının 3–4 dəfə daha yüksək olduğunu, idxalda isə aqrar emal məhsullarının demək olar ki, iki dəfə üstünlük təşkil etdiyini görürük. Bu, bizə onu göstərir ki, ölkədə…
“Strategy” şirkəti 10–16 mart tarixləri arasında yeni bitcoin alışı həyata keçirməyib. “GDP Media “xəbər verir ki, bu, şirkətin ardıcıl həftəlik alış seriyasından sonra bazarda ilk dəfə yeni bitcoin əldə etməməsi ilə diqqət çəkib. Məlumata görə, alışların müvəqqəti dayandırılması bazardakı qiymət korreksiyası, daha əlverişli giriş nöqtəsinin gözlənilməsi və ya şirkət daxilində kapitalın yenidən bölüşdürülməsi ilə bağlı ola bilər. Analitiklər hesab edirlər ki, bu addım şirkətin uzunmüddətli strategiyasından imtina etməsi anlamına gəlmir. Bununla belə, bazar iştirakçıları ən böyük korporativ bitcoin sahibinin növbəti addımlarını diqqətlə izləməyə başlayıblar. Qeyd edək ki, “Strategy” son illərdə balansında ən çox bitcoin saxlayan şirkətlərdən biri kimi tanınır və…
