- Azərikard kart hesablarında yaranmış problemlə bağlı açıqlama yayıb
- ABB kartlarından əlavə vəsait silinməsi ilə əlaqədar istifadəçilərinə müraciət edib
- Mərkəzi Bank:”Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxındır”
- Mərkəzi Bank uçot dərəcəsini dəyişməz saxlayıb
- Murad Süleymanov: “PAŞA Bank-ın IPO nəticələri açıqlanıb – Örtülmə nisbəti 129,2% olub”
- Əliyar Məmmədyarov: “İşsizlikdən sığorta təminatı verən kredit sığortası məhsulu hazırlanıb”
- Bəhruz Nağıyev: “Miles&Smiles 7 ildə 29 min kart və 84 min biletə imza atıb”
Author: Aynure Gdp
“Rabitəbank” ASC beynəlxalq maliyyə və ödəniş ekosistemində strateji əhəmiyyət daşıyan növbəti uğura imza ataraq Visa beynəlxalq ödəniş sisteminin rəsmi “Principal member” statusunu əldə edib. Bu status Rabitəbankın Visa ilə birbaşa əməkdaşlıq modelinə keçdiyini və artıq bankın Visa şəbəkəsində sponsor bank vasitəçiliyi olmadan fəaliyyət göstərəcəyini ifadə edir. Bununla da, Rabitəbank Visa-nın qlobal ödəniş infrastrukturuna birbaşa çıxış əldə edərək kart biznesi, rəqəmsal ödəniş həlləri və beynəlxalq əməliyyatlar istiqamətində imkanlarını daha da genişləndirib. Visa “Principal member” statusu bank üçün bir sıra strateji üstünlüklər yaradır. Bu üstünlüklər sırasında Visa infrastrukturuna birbaşa inteqrasiya, ödəniş biznesinin daha çevik və effektiv idarə olunması, vasitəçi tərəflərdən asılılığın minimuma…
Genişzolaqlı və mobil şəbəkə keyfiyyətinin qiymətləndirilməsi üzrə qlobal şirkət olan “Ookla” aprel ayı üzrə “Speedtest Global Index” hesabatını təqdim edib. GDP xəbər verir ki,yeni hesabata görə, Azərbaycanda sabit genişzolaqlı internetin median sürəti 91,57 Mb/s, mobil internetin median sürəti isə 94,64 Mb/s olub. İllik müqayisədə sabit genişzolaqlı internetin sürəti 14,41 Mb/s (18,68 %), mobil internetin sürəti isə 20,51 Mb/s (27,67 %) artıb. Paytaxtların müqayisəsinə gəlincə isə apreldə Bakı şəhərində sabit genişzolaqlı internetin median sürəti 91,71 Mb/s, mobil internetin median sürəti isə 114,26 Mb/s olub. İllik müqayisədə sabit genişzolaqlı internetin sürəti 14,96 Mb/s (19,49 %), mobil internetin sürəti isə 23,63 Mb/s (26,07…
S&P Beynəlxalq Reytinq Agentliyi ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimovun Özbəkistanda fəaliyyət göstərən DavrBank haqqında açıqlamasından sonra DavrBankın reytinqlərinə yenidən baxıb. GDP-nin məlumatına görə, agentlik Bankın “B” uzunmüddətli emitent kredit reytinqini müsbət gözləntilərlə “CreditWatch” siyahısına daxil edib. Bankın qısamüddətli “B” reytinqinə isə “Pozitiv” proqnozu verib. ekspertlərinin rəyinə görə, satınalma başa çatandan sonra Davr Bank ABB Maliyyə Qrupunun dəstəyindən faydalanacaq. Davr-Bank ABB Maliyyə Qrupunun ümumi aktivlərinin və kapitalının 10%-11%-ni təşkil edəcək. Davr-Bankın orta kapital gəlirliliyi son bir neçə il ərzində davamlı şəkildə 35%-dən yüksək olub. S&P Beynəlxalq Reytinq Agentliyi bu göstəricinin növbəti üç il ərzində də güclü qalacağını və ən azı…
ABŞ fond bazarında risk indikatorlarının dotkom köpüyü dövrünün səviyyələrinə çatdığı bildirilir. GDP xəbər verir ki, analitiklərin fikrincə, investorların artan risk iştahı və bazardakı yüksək optimizm mümkün korreksiya risklərini yenidən gündəmə gətirib. Goldman Sachs-ın göstəricilərinə görə investorların bazarda risk alma həvəsi kəskin artıb və qiymət yüksəlişləri normadan daha sürətli gedir. Analitiklər bildirirlər ki, bu cür yüksək optimizm və aktivlərin həddindən artıq bahalaşması tarixdə əsasən bazarın “köpük” mərhələsində müşahidə olunub və sonradan ciddi korreksiyalarla nəticələnib Bazarın risk iştahı göstəricisi 1 səviyyəsini keçib, qiymət momentumu üzrə z-score isə 3-ə yüksəlib. Tarixdə bu göstəricilərin belə kombinasiyası yalnız bazarın həddindən artıq “bullish” olduğu və aktiv…
“Rabitəbank” ASC rəqəmsal bankçılıq həllərini genişləndirməyə davam edərək müştərilər üçün daha bir innovativ ödəniş imkanını istifadəyə verib. Artıq Kartmane kart sahibləri kartlarını Garmin ağıllı saatlarına əlavə etməklə ödənişlərini sürətli, rahat və təhlükəsiz şəkildə həyata keçirə bilərlər. Yeni xidmət sayəsində istifadəçilər gündəlik ödənişlərini fiziki karta və ya mobil telefona ehtiyac olmadan birbaşa Garmin saatları vasitəsilə icra edə biləcəklər. Bunun üçün müştərilər Kartmane kartlarını Garmin Pay platformasına inteqrasiya etdikdən sonra Garmin ağıllı saatlarını POS terminala yaxınlaşdırmaqla ödənişlərini sürətli, təhlükəsiz və tam təmassız şəkildə həyata keçirə bilərlər.Eyni zamanda Garmin saatları vasitəsilə Rabitəbankın təmassız bankomatlarında da müxtəlif əməliyyatların icrası mümkündür. “Rahat bankçılıq” konsepsiyasına uyğun…
ABŞ-ın fond bazarlarında ticarət mənfi dinamika ilə başlayıb. Səhmlərin dəyərinin aşağı düşməsi, Prezident Donald Trampın Çinə səfərinin başa çatmasından dərhal sonra qeydə alınıb. GDP xəbər verir ki, investorlar səfər çərçivəsində keçirilən danışıqların yekunlarını qiymətləndirirlər. Görüşlərdən konkret ticarət razılaşmaları çıxmaması bazarda ehtiyatlı gözləntilərə səbəb olub. Tariflər və bazarlara giriş imkanları ilə bağlı irəliləyiş xarakterli açıqlamaların olmaması iştirakçılar tərəfindən mənfi siqnal kimi qəbul edilir. Analitiklər qeyd edir ki, hazırkı eniş daha çox korreksion xarakter daşıyır. Bazar səfər ərəfəsində formalaşmış gözləntilər fonunda mənfəəti realizə edir. Qısamüddətli perspektivdə investorların diqqəti geosiyasi hadisələrdən çox makrostatistik göstəricilərə və şirkətlərin hesabatlarına yönələcək. Ekspertlərin fikrincə, bazarda yeni təkanverici…
Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) daha bir neçə bankla əməkdaşlıqla bağlı danışıqlar aparır. Bunu qurumun Korporativ Strategiya və Tədqiqat bölməsinin meneceri Elvin Əfəndi bildirib. Bununla belə, o, söhbətin hansı banklardan getdiyini açıqlamayıb (hazırda ICD-nin yerli tərəfdaşları “Rabitəbank” və “Turanbank” ASC-lərdir). E.Əfəndi əlavə edib ki, Azərbaycanda İslam bankçılığının inkişafı ölkəmiz üçün böyük imkanlar aça bilər: “Bu gün Azərbaycanda tam işlək İslam maliyyəsi qanunvericiliyi yoxdur. Bu qanunvericiliyin formalaşdırılması üçün Azərbaycan Mərkəzi Bankının aktiv iştirakı ilə iş görülür. Biz, İslam İnkişaf Bankı Qrupu olaraq öz dəstəyimizi veririk, texniki yardımımızı göstəririk. Paralel olaraq, məsələn, ‘Sükuk’ qanunvericiliyi ilə bağlı işlər gedir. Bu layihələrin…
ABB İnvest İnvestisiya şirkətinin icraçı direktoru Nadir Babazadə bu gün keçirilən “2025-ci ilin yekunlarına dair mətbuat konfransında” bankın səhmdarlarının ümumi yığıncağında qəbul edilmiş dividend qərarını açıqlayıb. GDP xbər verir ki, Nadir Babazadə bildirib ki, səhmdarlar tərəfindən 200 milyon manat məbləğində dividend ödənişi qərara alınıb. Səhmdarların Yığıncağından bir gün öncəki reyestrdə səhmdar olan hər kəs bu ayın sonunadək dividendləri əldə edəcək. İcraçı direktor həmçinin 2025-ci ildə Bakı Fond Birjası üzrə əməliyyatlara da toxunub. Onun sözlərinə görə, fond birjası üzərindən aparılan əməliyyatlarda toplam təxmini 39 milyard manata yaxın ümumi dövriyyə olub. Bu əməliyyatlar çərçivəsində 25 mindən çox əqd baş tutub ki, bu…
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyində “Dağ-mədən işlərinin şəhərsalma həllərində yeri və rolu” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə “Norm” ASC-nin Baş icraçı direktoru Henning Sasse təqdimatla çıxış edib. Sement istehsalçılarının dayanıqlı şəhərlərin inşasında rolundan bəhs edən Henning Sasse, istehsal zamanı xammal istifadəsinə məsuliyyətli yanaşmanın əhəmiyyətindən danışıb. O qeyd edib ki, bu gün Norm şirkətinin istehsal zamanı istifadə etdiyi xammalın təxminən 80%-i ikinci dərəcəli xammaldır. Xüsusilə, daş istehsalı fəaliyyətindən əmələ gələn tullantı əhəngdaşı sement istehsalında mühüm xammal kimi istifadə olunur. Henning Sasse vurğulayıb ki, ikinci dərəcəli xammalın uzunmüddətli…
AZCON Holding və Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşlığı, TUM International GmbH-nin akademik dəstəyi ilə yaradılan AZSET – AZCON School of Engineering and Technology-nin təqdimat mərasimi baş tutub. GDP Media xəbər verir ki, yeni təsis edilmiş məktəb Azərbaycanda sənaye və ali təhsil arasında daha praktik, beynəlxalq akademik keyfiyyət standartlarına əsaslanan və gələcəyin texnoloji peşələrinə yönəlmiş innovativ əməkdaşlıq modelini formalaşdırır. Tədbir çərçivəsində “AZCON School of Engineering and Technology” – AZCON Mühəndislik və Texnologiya Məktəbinin (AZSET) təsis edilməsinə dair müqavilə imzalanıb. AZCON Holding-in fəaliyyət strategiyasında insan kapitalının inkişafı prioritet istiqamətlərdən biridir. Proqramı yüksək akademik nəticə göstəriciləri ilə başa vuran məzunlar üçün AZCON Holding…
