PAŞA Bank-ın İdarə Heyətinin sədrinin müavini – baş maliyyə inzibatçısı Murad Süleymanov ilkin publik təklifin (IPO) yekun statistikasını açıqlayıb.
Süleymanovun təqdim etdiyi məlumata görə, yerləşdirmə zamanı səhmlərə tələb təklifi üstələyib. Örtülmə nisbəti 129,2 faiz təşkil edib ki, bu da investor marağının yüksək olduğunu göstərir.
İPO-ya qoşulan unikal investorların sayı 17,960 nəfər olub. Bu investorlardan daxil olan ümumi sifarişlərin sayı isə 20,188-ə çatıb. Ümumi sifariş həcmi 66,3 milyon manat təşkil edib.
Yerləşdirməyə dair digər rəqəmlərə gəldikdə, bank tərəfindən ümumilikdə 932,926 ədəd səhm satışa çıxarılıb. Yerləşdirmənin ümumi həcmi 51,3 milyon manat, bir səhmin qiyməti isə 55 AZN müəyyən edilib. İnvestorların orta investisiya məbləği isə 2,857 AZN olub.

