- Azərikard kart hesablarında yaranmış problemlə bağlı açıqlama yayıb
- ABB kartlarından əlavə vəsait silinməsi ilə əlaqədar istifadəçilərinə müraciət edib
- Mərkəzi Bank:”Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxındır”
- Mərkəzi Bank uçot dərəcəsini dəyişməz saxlayıb
- Murad Süleymanov: “PAŞA Bank-ın IPO nəticələri açıqlanıb – Örtülmə nisbəti 129,2% olub”
- Əliyar Məmmədyarov: “İşsizlikdən sığorta təminatı verən kredit sığortası məhsulu hazırlanıb”
- Bəhruz Nağıyev: “Miles&Smiles 7 ildə 29 min kart və 84 min biletə imza atıb”
Author: Aynure Gdp
Azərbaycandakı bankların 2026-cı ilin yanvar-aprel ayında kreditlərdən əldə etdiyi gəlirlər açıqlanıb. “GDP Media” Mərkəzi Banka istinadən xəbər verir ki, bu ilin ilk dörd ayında bankların kreditlər üzrə faiz gəlirləri 1 milyard 449.5 milyon manat təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 242.7 milyon manat və ya 20.1% çoxdur. Bankların 2025-ci ilin eyni dövründə kreditlər üzrə faiz gəlirləri 1 milyard 206.8 milyon manat təşkil etmişdir. Cari ilin yanvar-aprel ayında faizlər üzrə xərcləri isə 663.4 milyon manat olub. Faiz xərclərinin böyük hissəsi depozitlər üzrə faiz xərcləridir.
Bloomberg Billionaires Index-in məlumatına görə, Elon Muskın sərvəti 722 milyard dollara yüksələrək tarixi rekord yeniləyib. GDP Media xəbər verir ki, sahibkarın sərvəti son 24 saat ərzində 45,7 milyard dollar artıb. Artım əsasən texnologiya sektorundakı yüksəliş və Maskın şirkətlərinin bazar dəyərinin artması ilə əlaqələndirilir. Bununla da İlon Mask dünyanın ən varlı insanı statusunu daha da möhkəmləndirib.
Taleh Kazımov beşinci Yüksəliş müsabiqəsinin qalibləri Şəhriyar Həsənverdiyev və Fatimə Eyyub ilə növbəti görüş keçirib. GDP xəbər verir ki,görüş zamanı müsabiqə qalibləri üçün hazırlanmış fərdi inkişaf proqramı, onların peşəkar bacarıqlarının inkişaf etdirilməsi, strateji düşüncə və liderlik keyfiyyətlərinin gücləndirilməsi istiqamətində nəzərdə tutulan fəaliyyətlər müzakirə olunub. Bununla yanaşı, Taleh Kazımov maliyyə sektorunda mövcud müasir çağırışlar, rəqəmsal transformasiya prosesləri və innovativ idarəetmə yanaşmaları barədə fikirlərini qaliblərlə bölüşüb. Görüşdə həmçinin Mentorluq proqramının səmərəli icrası üçün Azərbaycan Mərkəzi Bankı tərəfindən zəruri dəstəyin göstəriləcəyi diqqətə çatdırılıb. Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi ölkədə perspektivli və idarəetmə bacarıqlarına malik gənc kadrların müəyyənləşdirilməsi və onların inkişafının dəstəklənməsi məqsədilə həyata…
®İnnovasiya lideri Bakcell gənclərin rəqəmsal bacarıqlarının inkişafına yönəlmiş təşəbbüslərini davam etdirir. Şirkətin tərəfdaşlığı ilə Peerstack Academy tərəfindən Java və Python proqramlaşdırma dilləri üzrə “SummerStack Bootcamp” proqramı həyata keçiriləcək. Üç ay müddətində davam edəcək bootcamp proqramının əsas məqsədi gənclərə proqramlaşdırma sahəsində fundamental biliklər qazandırmaq, onları real layihələr üzərində işləməyə cəlb etmək və İT karyerasına güclü başlanğıc imkanı yaratmaqdır. Proqram Java və Python proqramlaşdırma istiqamətlərini əhatə edir. Tədris prosesi qarşılıqlı öyrənmə və layihə əsaslı tədris modelləri əsasında qurulacaq. İştirakçılar təcrübəli mentorların dəstəyi ilə praktiki nümunələr üzərində işləyəcək, nəzəri biliklərini praktik tapşırıqlar vasitəsilə tətbiq edəcəklər. Bakcell-in dəstəyi ilə həyata keçirilən təqaüd proqramı çərçivəsində…
2025-ci ilin yanvar-aprel ayları ilə 2026-cı ilin aprel ayı üzrə “ABB Invest İnvestisiya Şirkəti” QSC-nin qiymətli kağızlar bazarında həyata keçirdiyi əməliyyatların müqayisəli təhlili göstərir ki, hesabat dövründə şirkətin fəaliyyət strukturunda mühüm dəyişikliklər baş verib. Təhlil nəticəsində bəzi maliyyə alətləri üzrə ciddi artım, digərlərində isə nəzərəçarpacaq azalma müşahidə olunur. Bu dinamika həm investor davranışlarında, həm də ümumilikdə kapital bazarının inkişaf istiqamətlərində yeni tendensiyaların formalaşdığını göstərir.Hesabat göstəricilərinə əsasən, 2025-ci ilin yanvar-aprel aylarında şirkətin ümumi əməliyyat həcmi 15 milyard 440 milyon 191 min 223 manat təşkil etdiyi halda, 2026-cı ilin aprel ayında bu göstərici 14 milyard 47 milyon 793 min 243 manata enib.…
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə yeni səlahiyyət verilib. GDP xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsinin təkmilləşdirilməsi və “Feldyeger rabitəsi haqqında” qanunun tətbiq edilməsi barədə” fərmanında dəyişiklik edib. Fərmana əsasən, Dövlət Xidməti İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyinin rəyi nəzərə alınmaqla göstərdiyi xidmətlər üçün yeni tarifləri təsdiq edəcək. Bu müddətdə Dövlət Xidmətinin göstərdiyi xidmətlər üçün mövcud tariflər öz hüquqi qüvvəsini saxlayacaq. Eyni zamanda, bu səlahiyyət Tarif (qiymət) Şurasından alınaraq Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə verilib. Dövlət Xidməti göstərdiyi xidmətlərin tariflərini dörd ay müddətində təsdiqləyib…
“PAŞA Financial Holding”in Baş icraçı direktoru Fərid Məmmədov Bir ekosisteminin inkişaf yolu və əldə olunan nəticələrlə bağlı fikirlərini bölüşüb. GDP Media -nın məlumatına görə,o bildirib ki, cümə günü təşkil olunan görüş sadəcə tədbir deyil, illər əvvəl formalaşdırılan ideyanın artıq müstəqil ekosistemə çevrildiyini görmək baxımından xüsusi əhəmiyyət daşıyıb. Fərid Məmmədov qeyd edib ki, fintech, marketplace və ödəniş həllərinin vahid vizyon altında birləşdirilməsi zamanı əsas məqsəd Azərbaycanda milyonlarla insanın gündəlik həyatını daha rahat etmək olub. Onun sözlərinə görə, məqsəd ayrı-ayrı məhsullar yaratmaq deyil, bir-biri ilə inteqrasiya olunmuş vahid ekosistem formalaşdırmaq idi. Baş İcraçı Direktor vurğulayıb ki, ötən illər ərzində bankçılıq, rəqəmsal ödənişlər…
Sərfəli mobil operator “Nar” DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi tərəfindən həyata keçirilən “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak edib. WUF13 öncəsi Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində təşkil olunan layihə əlilliyi olan şəxslərin peşəkar inkişafının və inklüziv iş mühitinin təşviqinə yönəlib. Tədbirdə “Nar”ın baş icraçı direktoru Özgür Genc şirkətin inklüziv təşəbbüslərə verdiyi dəstəyə görə təşəkkürnamə ilə təltif olunub. Həmçinin layihə iştirakçıları tərəfindən hazırlanan əl işi hədiyyə şirkət rəhbərinə təqdim edilib. Qeyd edək ki, “Nar” layihə çərçivəsində 25 nəfər əlilliyi olan şəxs üçün 2 ay müddətində şirkətin müxtəlif departamentlərində təcrübə proqramı təşkil edib. İştirakçılar bu müddət ərzində real iş mühiti…
PAŞA Həyat yeni strateji istiqaməti çərçivəsində regionun aparıcı sağlamlıq mərkəzlərindən biri olan Chenot Palace Gabala ilə əməkdaşlığa başladığını açıqlayıb. Mərkəz tibbi protokollar və aktiv uzunömürlülük (longevity) proqramları əsasında fəaliyyət göstərir. Bu əməkdaşlıq «Həyatın Yaşam Sığortası» məhsulunun müştəriləri üçün yeni imkan yaradır: formalaşmış sığorta yığımlarını premium sağlamlıq proqramlarına yönləndirmək. Proqram iştirakçıları üçün eksklüziv imtiyazlar paketi də nəzərdə tutulub. Bu paketə otaq kateqoriyası üzrə zəmanətli upgrade, VIP transfer xidməti, −110°C temperaturda bədənin tam krioterapiyası və fotobiomodulyasiya seansları daxildir. Qeyd edək ki, bu xidmətlər standart rezervasiya zamanı təqdim olunmur. Sığorta yığımlarının sağlamlıq mərkəzləri ilə bu cür inteqrasiya formatı Azərbaycanın həyat sığortası bazarında innovativ…
Dövlət Gömrük Komitəsi tərəfindən açıqlanan statistik məlumata əsasən, 2026-cı ilin ilk dörd ayında Azərbaycanın xarici ticarət əməliyyatlarında ixrac idxalı əhəmiyyətli dərəcədə üstələyib və ölkə üzrə müsbət ticarət saldosu formalaşıb. GDP Media xəbər verir ki, hesabat dövründə Azərbaycanın ümumi ixracının həcmi 11 milyard 878,5 milyon ABŞ dolları təşkil edib. İdxalın dəyəri isə 5 milyard 524,7 milyon dollar olub. Nəticədə xarici ticarət balansında 6 milyard 353,8 milyon dollarlıq müsbət saldo yaranıb. Ümumi xarici ticarət dövriyyəsi isə 17 milyard 403,3 milyon dollar səviyyəsində qeydə alınıb. Statistik göstəricilər aylıq əsasda ixracın artdığını göstərir. Belə ki, yanvar ayında 2,23 milyard dollar olan ixrac fevralda 2,70…
